"Bu, Azərbaycan ordusunun qüdrətini və sarsılmaz döyüş ruhunu, erməni ordusunun isə acizliyini və zəifliyini nümayiş etdirdi"

"Bu, Azərbaycan ordusunun qüdrətini və sarsılmaz döyüş ruhunu, erməni ordusunun isə acizliyini və zəifliyini nümayiş etdirdi""6 illik zaman kəsiyindən baxış 2016-cı ildə Ermənistan silahlı qüvvələrinin aprel avantürası onların "məğlubedilməzliyi" haqqında mifin bir neçə gün ərzində Azərbaycanın şanlı ordusunun əks-həmləsi ilə darmadağın edilməsinə gətirib çıxartdı. Bu qələbə Azərbaycan ordusunun hərbi-texniki təchizatı və döyüş ruhunun ən yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

O bildirirb ki, münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın hərbi üstünlüyü təmin edilib:

"Bu, həqiqətdir ki, Azərbaycan ordusu dünyada ən güclü 50 ordusu sirasındadır. Azərbaycanın milli hərbi sənaye kompleksi formalaşıb. Son illər ərzində ölkəmizdə 20 hərbi zavod tikilərək istifadəyə verilib. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsullar istehsal edilir. Bu məhsullar dünyanın müxtəlif ölkələrinə, o cümlədən Azərbaycanda keçirilən müdafiə sənayesi sərgilərində təqdim olunur və müsbət reaksiyalar doğurmaqdadır.

"Bu, Azərbaycan ordusunun qüdrətini və sarsılmaz döyüş ruhunu, erməni ordusunun isə acizliyini və zəifliyini nümayiş etdirdi"Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, "Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasınadır. Güclənən Azərbaycan və qüdrətli Azərbaycan ordusu, qəhrəman Azərbaycan əsgəri onlar üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün, sadəcə olaraq, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır".

Ermənistan tərəfi bu fikirlərə uzun müddət ərzində bir təbliğat kampaniyasının tərkib hissəsi kimi yanaşırdı. Elə bu məntiqlə də aprelin 1-dən 2-nə keçən gecə növbəti hərbi avantüraya əl atdı və layiqli cavabını aldı. Ermənistanın Azərbaycanla dövlət sərhəddində və qoşunların təmas xəttində törətdiyi növbəti hərbi insident Azərbaycan ordusunun qüdrətini və sarsılmaz döyüş ruhunu, erməni ordusunun isə acizliyini və zəifliyini nümayiş etdirdi. Ən müasir hərbi texnika və silahlarla təhciz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik ordumuzun 4 gün ərzində düşməni əks-hücumu ilə darmadağın etməsi cənab Prezidentin yuxarıda qeyd olunan fikirlərinin tam həqiqəti əks etdirdiyini bir daha təsdiqlədi Bu təxribatın səbəbləri də bəllidir. Prezident İlham Əliyev Aprel döyüşlərindən 4 gün sonra, 2016-cı ilin aprel ayının 9-da Nazirlər Kabinetinin ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında silahlı təxribatı şərtləndirən amillərə toxunaraq bunları deyib: "Görünür ki, danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın bu təxribata getməsini şərtləndirdi. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın".

Cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistan, işğalçı dövlət olaraq, münaqişənin permanent şəkildə davam etməsində, status-kvo vəziyyətinin qorunub saxlanmasında maraqlı idi. İşğalçı dövlət münaqişənin həllində müsbət tendensiyaların işartısını gördükdə belə, bütün qüvvələrini səfərbər edir və həmin prosesinın qarşısını alırıdı. Bu məqsədlə arsenalında olan bütün ənənəvi təxribat üsullarından istifadə edir, bir çox hallarda hərbi avantüraya əl atırdı.

Fikrimizi əsalandırmağa çalışaq. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2016-ci ilin 31 mart-1 aprel tarixlərində Vaşinqtonda keçirilən IV Beynəlxalq Nüvə Sammitində iştirakla bağlı ABŞ prezidenti Barak Obamadan dəvət almışdı. Azərbaycan nə nüvə dövlətidir, nə də ərazisində AES vardır. Bu dəvət ölkəmizin beynəlxalq təhlükəsizliyin təminatına verdiyi mühüm töhfələrlə bağlı idi və dövlətimizə olan böyük etimaddan qaynaqlanırdı. Səfər çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər, xüsusilə də ABŞ-ın Dövlət katibi Con Kerri və vitse-prezidenti Cozef Bayden ilə apardığı məhsuldar danışıqlar Ermənistanda şok effekti yaratmışdı. Düşmən ölkə Cozef Baydenin arasında artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik prinsipləri çərçivəsində həlli ilə bağlı mövqeyini süngi ilə qarşılamışdı. Burada heç bir halda Ermənistanın daima əlində bayraq etdiyi xalqların öz müqəddəratını təyinetmə hüququndan söhbət getmirdi. Onu da xüsusi olaraq qeyd edək, əslində ABŞ-ın vitse-prezidentinin bu mövqeyi elə prezident Barak Obamanın mövqeyi kimi qiymətləndirilməlidir. Bir qədər də açıq desək, bu, ABŞ ali icra hakimiyyətinin mövqeyidir. Vitse-prezidentin ölkə konstitusiyasına görə, həm də Senatın rəhbəri olduğunu nəzərə alsaq, deməli, bu yanaşma həm də ABŞ-ın ali qanunverici hakimiyyətinin mövqeyi anlamındadır. Bu hadisə Ermənistanda günün günorta çağı "şimşək efekti" yaratdı. Rəsmi İrəvan bu vəziyyətin münaqişənin həlli prosesinə və deməli, status-kvonun dəyişməsinə gətirib çıxaracağından ehtiyatlanaraq, növbəti dəfə silahlı təxribat hərəkətlərinə əl atdı.

Əslində ermənilər yalnız milli ordumuzun mövqelərinə hücum etməyib, həm də beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı hərbi cinayətlər törədiblər. Təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələri, məcburi köçkün qəsəbələri də düşmən atəşinə məruz qalmışdı. Nəticədə, dinc sakinlər həlak olmuş, biri 13 yaşlı uşaq olmaqla, mülki vətəndaşlar yaralanmış, müxtəlif yaşayış məntəqələrində infrastruktur obyektləri, hətta təhsil müəssisələri zədələnmiş, çoxlu evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdi".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1190   Tarix: 04 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 2-də başa çatıb. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen

2 iyul
.

Prezident sloveniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan v

25 iyun
.

Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb

Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal

25 iyun
.

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektləri

30 iyun
.

Teymur Musayevin müavinlərinin SAYI ARTIRILDI - Fərman

Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. Dəyişikliyə əsasən, səhiyyə nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb. Qeyd edək ki, hazırda səhiyyə nazir

2 iyul
.

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyas

13 iyun
.

Prezident Lyayen ilə geniş tərkibdə görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun
.

Azərbaycan nümayəndə heyəti İrandadır

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak üçün Tehrana gedib. xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın nümayəndə heyətini hava limanında parlament sədri Məhəmməd Baqir Qalibafın müavini qarşılayıb. Qeyd edək ki, İran

3 iyul