"Aprel döyüşlərinin Azərbaycanın hərb tarixində xüsusi rolu və əhəmiyyəti var" - Deputatdan AÇIQLAMA
"Aprel döyüşləri xalqımızda Qarabağın işğaldan azad olunması ilə bağlı inamı daha da artıraraq ordumuzda ruh yüksəkliyi yaratdı".
Bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat qeyd edib ki, Aprel döyüşlərində Azərbaycan Ordusu həm də müasir silahları sınaqdan keçirmiş oldu:
"Bu döyüşlərdə Ermənistanın yaratdığı "keçilməz sədd"i ordumuz dağıtdı və Azərbaycan Lələtəpə yüksəkliyini işğaldan azad etdi. Ən önəmlisi isə odur ki, Suqovuşan-Ağdərə istiqamətində gedən yollar Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçdi. Aprel ayında əldə etdiyimiz qələbə bizi növbəti zəfərlərə hazırladı.
Aprel döyüşlərində uzun illər davam edən ordu quruculuğu sahəsində həyata keçirilən islahatların və müasir hərbi-texniki bazanın gücləndirilməsi nəticəsində nələrə qadir olduğumuzu və Azərbaycanın, ərazi bütövlüyünü bərpa etməkdə nə dərəcədə istəkli olduğunu bütün dünya anladı. Bütün qonşularımız, o cümlədən də Ermənistanın havadarları tam olaraq anladılar ki, Azərbaycan nəyin bahasına olursa olsun torpaqlarnı işğaldan azad edəcək. Biz bunu 44 günlük Vətən müharibəsində tam sübut etmiş olduq.
Ən əsası isə odur ki, Aprel döyüşləri zamanı Xalq-Lider-Ordu birliyinin vəhdətinin şahidi olduq. Bu birlik nəticə etibari ilə bizə həm Aprel Zəfərini, həm də Vətən müharibəsi zamanı möhtəşəm qələbəni qazandırdı".
Aysel Quliyeva
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı