Dünyanın ən bahalı 10 TELEFONU - SİYAHI

Dünyanın ən bahalı 10 TELEFONU - SİYAHIYeni "iPhone"ların qiyməti 1000 dollardan yuxarı ola bilər ki, bu da əksər insanlar üçün böyük puldur.

Sonxeber.az Lent.az-a istinadla xəbər verir ki, əslində, 1 milyon dollardan çox qiymətə satılan mobil telefonlar da var.

Əgər sensorlu ekrana sahib olan telefonları bəyənmirsinizsə, bu telefon əsl sizin üçün yaradılıb. Amma qiyməti sizə görə olmaya bilər. Telefonun hər bir tərəfi qiymətli daşlarla bəzədilib və normal telefonda olan hər bir özəlliyə sahibdir. Bu telefon cəmi 8 ədəd istehsal edilib.
Dünyanın ən bahalı 10 TELEFONU - SİYAHI"Goldvish revolution" - 488 min 150 dollar

Bu telefonun forması digər telefonlardan nəzərəçarpacaq qədər fərqlənir. Telefonun özəlliyi də bununla bağlıdır. Bundan əlavə, smartfon ağ və çəhrayı rəngli qızıldan olan nazik dəridən və brilliantdan hazırlanıb. Ekranı isə sapfir şüşə ilə örtülüb.
Dünyanın ən bahalı 10 TELEFONU - SİYAHI"Gresso Luxor Las Vegas Jackpot" – 1 milyon dollar

Bu telefona sahib olmaq istəyirsinizsə, 1 milyon dollar ödəməlisiniz. Qiyməti çox baha görünə bilər, amma bu telefonu hazırlamaq üçün 45 karat qara almaz, 18 karat saf qızıl və digər qiymətli daşlardan istifadə edilib. Bu telefonu əldə etmək çox çətindir. Çünki dünyada bu smartfondan cəmi 3 ədəd var.
Dünyanın ən bahalı 10 TELEFONU - SİYAHI"GoldVish Le Million" – 1 milyon dollar

İsveçrə istehsalı olan bu smartfonun örtüyündə 18 karat qızıl, 120 karat brilliant və platindən istifadə edilib. "GoldVish Le Million" cəmi 3 ədəd istehsal olunub.
Dünyanın ən bahalı 10 TELEFONU - SİYAHI"Diamond Crypto" – 1,3 milyon dollar

1.3 milyon dollarlıq bu ağıllı telefon digərlərindən bir xeyli fərqlənir. Çünki heç bir smartfon bu qədər qiymətli daşlarla bəzədilməyib. Aralarında 10 ədəd mavi daşın da olduğu bu telefonun örtüyünü düzəltmək üçün 50-ə yaxın qiymətli daşdan istifadə edilib.
Dünyanın ən bahalı 10 TELEFONU - SİYAHI"Iphone 3G kings button" – 2.5 milyon dollar

Telefonu avstriyalı dizayner Pitır Alisson hazırlayıb. Smartfon 18 karatlıq sarı, ağ rəngli qızıldan, kənarları isə 138 brilliantla bəzədilib. Ən xüsusi özəlliyi isə əsas düyməsinin 6,6 karatlıq almazdan ibarət olmasıdır.
Dünyanın ən bahalı 10 TELEFONU - SİYAHI"Goldstriker Iphone 3GS supreme" – 3,2 milyon dollar

3,2 milyonluq bu telefonun istehsalında 22 karat qızıl, 136 ədəd brilliant və menyu düyməsində 7.1 karat ağırlığında almazdan istifadə olunub. Telefonun özünü isə almaq mümkün deyil. Çünki az sayda istehsal edildiyi üçün artıq satışda yoxdur.
Dünyanın ən bahalı 10 TELEFONU - SİYAHI"Stuart Hughes Iphone 4 Diamond Rose Edition" – 8 milyon dollar

"Iphone"un bu markasının istehsalında 100 karat ağırlığında 500 ədəd almazdan istifadə edilib. Arxa hissəsində 53 ədəd brilliantdan yaradılan "Apple" loqosu isə telefona ayrıca bir gözəllik verir. Telefonun menyu düyməsi isə 7 karat almazdan istifadə edilərək dizayn edilib.
Dünyanın ən bahalı 10 TELEFONU - SİYAHI"Stuart Hughes Iphone 4S Elite Gold" – 9,4 milyon dollar

Əl işi olan telefon 100 karat brilliantla örtülmüş, arxa paneli və loqosu 24 karatlıq qızıldan hazırlanıb.

Əsas düyməsi isə 8,6 karatlıq almazla döşənib. Əgər bu almaz itirilsə, o zaman telefon sahibinə 7,6 karatlıq ağırlığında almaz verilir.

Qeyd edək ki, smartfon orijinal "T-Rex" dinozavr sümüyü ilə platindən hazırlanmış bərk qutuya da malikdir.
Dünyanın ən bahalı 10 TELEFONU - SİYAHI"Falcon Supernova Iphone 6 Pink Diamond" – 48,5 milyon dollar

Siyahımızın birinci yeri 48,5 milyon dollarlıq "Falcon Supernova Iphone 6"dır. Bu cihaz dünyanın ən bahalı telefonu olmaqla yanaşı, həm də ən gözəl görünüşə sahib olan smartfonlardan biridir.

"Falcon Supernova" 2004-cü ildə istifadəyə verilib. Telefonun arxa hissəsi çox nadir tapılan çəhrayı qızılla düzəldilib. Telefonun bu qədər bahalı olmasının əsas səbəbi də budur.

Milyon dollarlıq bu smartfon Asiyanın ən varlı adamı və Hindistan kriket komandasının sahibi Mukeş Ambaninin həyat yoldaşı Nita Ambaniyə məxsusdur.
Dünyanın ən bahalı 10 TELEFONU - SİYAHI


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 10458   Tarix: 05 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü fakt

Britni Spirsin ən məşhur mahnılarından biri olan "Toxic" əslində onun üçün yazılmayıb. xarici mediaya istinadla xəbər verir ki, mahnının müəllifləri əvvəlcə kompozisiyanı Canet Cekson üçün hazırlayıblar. Mahnının həmmüəllifi Keti Dennis də bildirib ki, "Toxic" üzərində işləyərkə

22 sentyabr
.

Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı

Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq

19 sentyabr
.

Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət

"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları

21 sentyabr
.

Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi

ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi

19 sentyabr
.

Bir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA

Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal

21 sentyabr
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21 sentyabr
.

Yaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?

Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları

22 sentyabr
.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr
.

Süni intellektin təhlükəli potensialı ilə bağlı xəbərdarlıq: Viruslar yarada bilir?

"Anthropic", "OpenAI", "Google DeepMind" şirkətləri və Böyük Britaniyanın Süni İntellekt Təhlükəsizliyi İnstitutunun (AISI) əməkdaşları süni intellekt modellərin sürətli inkişafı səbəbindən güclü psixoloji təzyiq və stres yaşadıqlarını bildirirlər. FT-yə istinadən xəbə

23 sentyabr