Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə planlaşdırılan görüşü ilə bağlı mühüm bəyanat gözlənilir
Azərbaycan və Ermənistan liderlərinin Belçikanın Brüssel şəhərində planlaşdırılan görüşü ilə bağlı mühüm bəyanat gözlənilir.
Polşanın Ermənistandakı səfiri Pavel Çeplak bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bəyanatı ATƏT-in Vyanadan olan mətbuat katibi səsləndirəcək.
"Razılığa əsasən, ilk bəyanatı ATƏT nümayəndəsi verəcək və ümid edirəm ki, o, müsbət olacaq. Bu mərhələdə nəsə vəd etmək qeyri-real olardı. Gəlin, bəyanatı gözləyək", - deyə diplomat qeyd edib.
O, Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında danışıqların gündəliyində duran məsələlər barədə məlumat verməyib.
Səfir əlavə edib ki, ATƏT-in Minsk qrupunun formatının bərpası məsələsi Azərbaycan və Ermənistanla müzakirə olunub.
Xatırladılır ki, aprelin 6-da Belçikanın paytaxtında Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının Prezidenti Şarl Mişel arasında birgə görüş keçiriləcək. Ermənistan hökumətinin başçısı deyib ki, o, sülh danışıqlarının başlanması məsələlərini Azərbaycan Prezidenti ilə razılaşdırmaq niyyətindədir./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı