Valideynlərin bu səhvi uşaqlarda qüsur yarada bilər - Loqopedlə MÜSAHİBƏ

Valideynlərin bu səhvi uşaqlarda qüsur yarada bilər - Loqopedlə MÜSAHİBƏTanınmış loqoped, defektoloq Rufa Mirişli Sonxeber.az saytının qonağı olub.

O, uşaqlarda yaranan bir çox nitq qüsurları haqqında suallarımızı cavablandırıb.

Rufa xanımla müsahibəni oxuculara təqdim edirik:

- Rufa xanım, istəyərdim ilk öncə uşaqlarda nitqin inkişafına təsir edən amillərdən danışaq. Uşaq böyüdən valideynlər hansı səhvlərə yol verməklə onların danışığında qüsur yaranmasına səbəb ola bilərlər? Hansı nüanslara xüsusi diqqət göstərməliyik?

- Uşaqların inkişafına təsir edən amillər ana bətnindən böyüyənə kimi davam edir. Uşaq məktəbə gedənə, hətta bitirənə kimi, yəni valideynin himayəsində olduğu müddətdə onun bütün inkişaf etaplarına diqqət yetirmək lazımdır. Niyə "ana bətnindən" deyirik? Çünki bəzən elə olur ki, ananın pis vərdişləri bətndəki körpədə kəkələmə, rinolaliya kimi qüsurlar, dizarteriya (serebral iflic) və s. kimi nitq qüsurları yarada bilər. Valideynlər (əsasən də ana) özlərini 9 ay qorumalıdırlar. İstər emosional, istər qidalanma baxımından - hər bir halda ana özünə diqqət etməlidir. Dünyaya gəldikdən sonra uşaqla emosional kontakt qurulmalıdır, onun rejiminə fikir verilməlidir. Yaşını nəzərə alaraq, bərabər iri həcmli kitablar oxumalıdırlar. Valideyn onu oxuduqca uzun cümlələr qurmamalıdır. Qısa, lakonik cümlələr seçməlidir ki, uşaq bunu yadda saxlayıb tətbiq edə bilsin.
Valideynlərin bu səhvi uşaqlarda qüsur yarada bilər - Loqopedlə MÜSAHİBƏ- Uşaqlarda kəkələmə problemi anadangəlmə də olur, sonradan da yaranır. Sonradan yaranmasına qorxunun səbəb olduğunu bilirəm. Başqa hansı hallar kəkələməyə səbəb ola bilər? Bu problemin anadangəlmə olmasına nə yol açır?

- Burada genetik faktorun böyük rolu var. Əgər ailədə (ata, ana, baba, nənə, əmi, dayı və s.) kəkələmə varsa, bu uşağa da təsir edə bilir. Bundan əlavə, uşaqda təqlid etmə xüsusiyyəti varsa, bu da kəkələmə problemini yarada biləcək səbəblərdəndir. Mərkəzi sinir sistəmi zəif, həssas olarsa, uşaqda bu qüsur yaranacaq. Təbii ki, onunla yanaşı gedən burun-boğaz, nevroloji xəstəliklər də olur . Nitqin tempinin surətli olması da gələcəkdə kəkələməyə çevrilə bilər. Yenə də valideynin diqqətcil olması, zamanında mütəxəssisə müraciət etməsi və korreksiya aparılması mütləqdir.

Valideynlərin bu səhvi uşaqlarda qüsur yarada bilər - Loqopedlə MÜSAHİBƏ- Bəzi insanlar "R" səsini tələffüz edə bilmirlər və ya çətinliklə tələffüz edirlər. Buna uşaqlarda da, böyüklərdə də rast gəlirik. "R" səsinin tələffüzünün pozulmasının yaranma səbəbi nədir? Bildiyimə görə, bu qüsur anadangəlmə olmur, sonradan yaranan problemlərdəndir. Bu problemin həlli nədir?

- Səslərin tələffüzünün pozulmasına loqopediyada "dislaliya" deyilir. Əgər bir uşaqda "d, r, t, s, c, s, ş" və s. kimi səslər pozularsa, dislaliyaya aid olunur. Biz loqopedlər ilk öncə artikulyar aparatın vəziyyətinə diqqət yetiririk. Əgər uşaqda artikulyar aparatda heç bir defekt yoxdursa, bu, mərkəzlə əlaqəli ola bilər. Mərkəzi sinir sisteminin funksional dəyişməsi buna səbəb ola bilər və ya mexaniki olaraq artikulyar aparatın anomaliyasıdır: damaq hündürdür, dilaltı pərdəsi var, dişləm yanlışdır. Uşağın yaşına uyğun problem də ola bilər. 3 yaşı var, "R" deyə bilmirsə, normaldır. Bu 5-6 yaşından sonra qüsur sayılacaq. O zaman da yoxlayırıq ki, anatomik quruluşdur, yoxsa funksional xarakter daşıyır? Aradan qalxma ehtimalının olub-olmamasını müəyyənləşdiririk. Biz loqopedlər müayinə zamanı diqqətlə yaşını, artikulyar aparatını, vəziyyətini, onun hərəkətliliyini nəzərdən keçiririk, bundan əlavə, valideynlərdə bu qüsurun olub-olmamasına baxırıq. Bu müşahidə olunursa, biz düşünə bilərik ki, bəlkə, uşaq valideynini təqlid edir? Uşaq danışıq formasının elə olduğunu normal qəbul etdiyi üçün onu özündə tətbiq edir.

Biz diqqət yetirməliyik ki, hansı nüansa görə uşaq "R" hərfini deyə bilmir. "R" səsinin koorreksiyası adətən 5 yaşdan sonra aparılır. Ola bilsin ki, bu, həftədə 2 və ya 3 dəfə olacaq. Zondlardan istifadə edərək və ya təqlid etdirərək bu səsi qoymaq olar. Amma zondlar iş prosesini daha da sürətləndirir. Çünki bu uşaq məktəbə getməlidir. Məktəbdə səsləri düzgün tələffüz etsin ki, hərfləri düzgün oxuya bilsin. Çünki gələcəkdə bizdə disqrafiya, disleksiya yarana bilər. Bu isə artıq oxu vərdişinə mane olar. Ona görə sürətləndirmək üçün mexaniki üsul daha əlverişlidir.

- Müasir dövrdə aktual olan autizmli uşaqlarda nitq qüsurlarının həlli üçün nələr edilir? Bu uşaqlarla məşğul olmaq, məncə, daha çox diqqət və qayğı tələb edir.

- Əfsuslar olsun ki, müasir dövrdə bu, ən çox hazırda rast gəldiyimiz problemlərdən biridir. Belə halların son zamanlar nə üçün artdığı haqqında tədqiqatlar, araşdırmalar aparılır. Loqopedlər, psixoloqlar, psixopedaqoqlar, reflektoloqlar müalicəvi idmanları, masajları autizm sindromlu uşaqlarla kompleksli şəkildə işləyir, onların davranışı, emosiyası, kommunikasiya bərpası üzərində çalışırlar. Bir loqoped yalnız uşağın nitqi üzərində yox, eyni zamanda onun emosiyası, əqli bacarığının artırılması ilə də işləyir. Yəni bir loqoped tək olaraq deyil, kompleksli yanaşma edir. Fərdi şəkildə başlayır, kiçik qruplar, sonra böyük qruplarla davam edir. Valideynin dəstəyi ilə üçlü piramida kimi iş prosesi gedir: uşaq, mütəxəssis və valideyn. Bu formada bizim korreksiyamıza kompleksli təsir olur. Məqsəd autizm sindromlu uşaqları sağaltmaq deyil. Onlar fərqlidirlər. Biz fərqliliyi başa düşərək onların cəmiyyətə uyğunlaşmasını istəyirik. Çox təəssüf ki, bəzi autizmli uşaqların potensialı aşağı olduğuna görə, onların nitqi formalaşmır. Amma o demək deyil ki, biz orada dayanırıq. Bu zaman kartlardan, jestikadan istifadə edirik. Xüsusi kartlarla, jest dili ilə bir gün ərzində uşağa nəsə öyrədilmir, o özü də bir təlimdir. Çünki bu, uşaqlarda birmənalı deyil, sistemli problemlərdir.
Valideynlərin bu səhvi uşaqlarda qüsur yarada bilər - Loqopedlə MÜSAHİBƏ- Eşitmə qüsurlu uşaqlarda loqopedik işin məqsədindən bir az bəhs etmənizi istərdim.

- Dünyaya gələrkən biz danışmaqdan öncə eşidirik, hətta bu, ana bətnindən başlayır. Eşitmənin danışıqda rolu böyükdür. Bizim bu aparatımız passiv orqandır. Aktiv olan nitqin anlamasıdır. Biz eşidə-eşidə, görə-görə anlayırıq. Beləliklə, 1 yaşdan sonra biz gördüklərimizi, eşitdiklərimizi tətbiq edib sözlə ifadə edirik. Ona görə də eşitmənin insan həyatında rolu böyükdür. Xarici qıcıqlanmanı alır, eşidir, reaksiya verir, cavablandırır. Əgər uşaqda anadangəlmə, sonradan qazanılma kimi ağır eşitmə, ikitərəfli və ya birtərəfli eşitmə qüsuru müşahidə olunarsa, Biz loqopedlər onlarla səslərin deyilişi, söz ehtiyatının artırılması, cümlənin qurulması üzərində işləyir, nitqi formalaşdıraraq onların söz ehtiyatını artırırıq. Biz onlara suallar verərkən anlayıb, düzgün məqsədyönlü şəkildə cavablanmasını formalaşdırırıq. Loqopedin ən önəmli işi nitqlə bağlıdır. Loqopedlər 1 yaşdan sonra da, 3 yaşdan sonra da işləyə bilərlər. O, uşağa taxılan aparata baxır. Məsələn, koklear implant kimi bu uşaqlarla əməliyyatdan sonraki vəziyyətdə sudrapedaqoq işləyir. Əgər sudrapedaqoq nitqin anlamasının, eşitmənin dəyişdiyini görərsə, o, loqopedi məsləhət görür. Amma ola bilər ki, loqoped dəstəyi bir müddət sonra da olsun.
Valideynlərin bu səhvi uşaqlarda qüsur yarada bilər - Loqopedlə MÜSAHİBƏ- Bir loqoped kimi valideynlərə nə tövsiyə edərdiz?

- Tövsiyəm odur ki, uşaqlarını sevsinlər. Övladlarına qarşı münasibətləri fərqli olsun. Əgər evdə 2-3 uşaq varsa, onlara eyni cür münasibət göstərsinlər. Emosional inkişaf olan yerdə IQ inkişaf edir. Belə olduqda nitq də inkişaf edir və uşaq cəmiyyətdə özünə fərqli yer tapır, özünü doğruldur. Bu doğrultma da gələcəkdə uşağın inkişafına böyük təkan verir. Əgər uşaqda qüsur varsa, o uşağın qüsurlarını yox, onun uğurunu görməyi sevin. Onda həyat sizin üçün daha fərqli, daha gözəl olacaq. Uşaqlarınızı sevin!

Aysel SƏFƏRZADƏ


Sonxeber.az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 3376   Tarix: 06 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Razi Nurullayev: "Vətən müharibəsindən sonra gözləntimizdən daha müsbət hadisələr baş verdi"-VİDEOMÜSAHİBƏ

İstiqamət:İctimai və dövlət maraqlarının müdafiəsi. "Bu 3 il ərzində gözləntimizdən daha müsbət hadisələr baş verdi. Gözləyirdik ki, 5 ilin tamamında rus sülhməramlıları gedər və ondan sonra Qarabağ ermənilərini ram etmək olar. Onların əsas güvəndiyi qüvvə rus sülhməramlıları idi. Cənab Preziden

27 sentyabr 2023
.

"COP29 avtoelektrik və hibrid avtomobillərə marağın artmasına təkan oldu" - VİDEOMÜSAHİBƏ

"Bildiyimiz kimi artıq 2022-ci ildə ölkəmizdə avtoelektrik və hibrid avtomobillərə xüsusi güzəştlər tətbiq olundu. Bu güzəştlərdən sonra ekaloji təmiz nəqliyyat vasitələrinə maraq artdı". Bu sözləri AADA ictimai birliyinin icraçı direktoru Eyyub Əliyev -a müsahibəsində COP29-dan sonra ekoloj

24 yanvar 2025
.

Razi Nurullayev: "Vahid Əhmədovun başına dubinka dəyməyib, mənim başıma dəyib" -VİDEOMÜSAHİBƏ

"Kimsə xalqın məhəbbətini qazanmaq istıyirsə, bunu başqalarını hədəf alıb özünü yaxşı göstərməklə etməməlidi. O insan o zaman bunu edə bilər ki, özü məşəqqətlər yaşamış olsun,dissedent həyatı sürsün, həbs olunsun , təzyiq olunsun, bir dəfə parlamentdən qovulsun, bir dəfə xaricə buraxılmasın, bi

29 aprel 2023
.

"Sahibkarlığa başlamaq üçün hansısa meyarlar tələb edilmir" - VİDEOMÜSAHİBƏ

"Sahibkarlıq sektorunda çalışdığım müddət ərzində topladığım təcrübələr və müşahidələrim onu göstərir ki, sahibkarlıq fəaliyyəti də digərləri kimi peşəkarılıq tələb edən bir sahədir. Danılmazdır ki, bu sahəyə yanaşma bir az fərqlidir. Misal üçün insanın əgər təşəbbüsü, həvəsi, müəyyən mənada maliyy

23 dekabr 2024
.

"Ailə baxımından amansız il oldu": Şahzadə Uilyamın açıq etirafı

Şahzadə Uilyam həyat yoldaşı və atasında xərçəng aşkarlandığı dövrü həyatının ən çətin ili adlandırıb. -ın verdiyi məlumata görə, bu barədə o, Cənubi Afrikada Keyptaunda jurnalistlərə müsahibəsində deyib. Uilyamdan bu ili necə keçirdiyi soruşulub. "Açığı, dəhşətli il oldu. Yəqin ki, bu ili həyatımı

10 noyabr 2024
.

Eyyub Əliyev: "Köhnə avtomobillərin utilizasiyası könüllülük prinsipi ilə olacaq"-VİDEOMÜSAHİBƏ

"Utilizasiya əsasən yaşı 20-30 dan yuxarı olan avtomobillərə şamil olunacaq. Ölkəmizin avtomobil parkının 8 faizindən çoxu yaşı 40-dan çox olan avtomobillərdir. Həmin avtomobillər həm büdcəmizə, həm ekologiyamıza ziyandır. Köhnə avtomobillərin utilizasiyası könüllülük prinsipi ilə olacaq. Yəni məcbur

9 dekabr 2023
.

"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə MÜSAHİBƏ

xəbər portalının baş redaktoru Əli Vəliyev APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızından özəl video müsahibə alıb. Müsahibədə Milli Mətbuatın 150 illik yubileyi, medianın dünəni və bu günü, onlayn xəbər platformaları, Media İnkişafı Agentliyinin fəaliyyəti ilə bağlı suallara cavab alınıb

17 iyul 2025
.

Psixoloq: "Bizdə insanlar yuvadan uçmağı öyrənmirlər" - VİDEOMÜSAHİBƏ

Klinik psixoloq Şirin Məmmədli -ın "Həftənin qonağı" layihəsinə müsahibə verib. xəbər verir ki, psixoloq müsahibə zamanı cəmiyyətdə fərdin müstəqilliyi və ailədaxili münasibətlər barədə fikirlərini bölüşüb:. "Burada əsas məsələ odur ki, bizdə insanlar yuvadan uçmağı öyrənmir. Yəni si

10 iyun
.

"Bəzən qiraətlə məşğul olmağım aktyor fəaliyyətimdə mənə mane olur" - Sabirə Abdullayeva Rüstəmli

"Mən aktrisayam. Bu işlə məşğulam. Aktyorların çoxu qiraətlə də məşğul olur. Amma, mən aktyor olmamışdan əvvəl, ta kiçik yaşlarımdan şeir yazıram,səsləndirirəm və buna görə şeir mənim ayrılmaz bir hissəmdir". Bu sözləri aktrisa, qiraətçi Sabirə Abdullayeva Rüstəmli -a müsahibəsində qeyd edib

27 yanvar 2025