"O qədər ağrılarım var ki, səhərə qədər yata bilmirəm" - Qazi niyə əlillik ala bilmir? + FOTO

"O qədər ağrılarım var ki, səhərə qədər yata bilmirəm" - Qazi niyə əlillik ala bilmir? + FOTO"Tovuz döyüşlərindən sonra orduya könüllü yazıldım, 44 günlük Vətən müharibəsində iştirak etdim. Füzuli, Xocavənd istiqamətində ağır yaralandım. Qolumda, ayağımda, boynumda qəlpə yaraları var, səhhətim mənə işləməyə imkan vermir. Buna baxmayaraq, 1 il 6 aydır ki, əlillik dərəcəsi ala bilmirəm".

Bu şikayətlə "Qafqazinfo"ya Vətən müharibəsi qazisi Davud Bağırzadə müraciət edib. Qazinin sözlərinə görə, onu ağır yaralı vəziyyətdə ön cəbhədən Füzuli Mərkəzi Rayon Xəstəxanasına təxliyə edərək əməliyyat ediblər.

Sonra Mingəçevir xəstəxanasına göndərilib, bağırsaq və qaraciyərindən əməliyyat olunub. Daha sonra Bakıda Hərbi Hospitalda müayinələrdən keçib və lazımi sənədlərini alıb:

"Mənə deyirlər ki, sizin xəstəliyinizə əlillik təyin olunmur. Nə etməli idim, ölməli idim? Qarnımda 20 tikiş var, qolumda qan işləmir, rahat hərəkət etdirə bilmirəm. Həm də hissiyyat yoxdur. Ayağım da axsayır. Belimdə o qədər ağrılar var ki, səhərə qədər yata bilmirəm. Belim ağrımasın deyə taxta üzərində yatıram. İndi vəziyyətimə görə işləyə bilmirəm. Mənə 80 manat təqaüd verilir. O da heç dərmanlarıma kifayət etmir, mən hər gün dərman atıram. O qədər əsəbi olmuşam ki, evimdə mənimlə rahat danışa bilmirlər.

Atam rəhmətə gedib, anam və bacımla qalırıq. Bacım ödənişli təhsil alır, onun üçün pul lazımdır. 27 yaşım var, indiyə kimi heç kimdən 1 manat pul istəməmişəm. Amma indi bu vəziyyətə düşmüşəm. Mən də işləyə bilmirəm ki, özümə baxım..."

Qazi yaralı halda çəkilmiş fotoşəkillərini də redaksiyamıza göndərib. Görüntülərin həssas insanlara təsir edə biləcəyini nəzərə alıb yayımlamırıq.

Məsələ ilə bağlı ƏƏSMN-in Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Tural Qurbanov sorğumuza cavab olaraq qazinin mart ayında əyani müayinə edildiyini və əlilliklə bağlı müraciətinə imtina verildiyini bildirib: "Vətən müharibəsi iştirakçısı Bağırzadə Davud Rasim oğlu 01.03.2022-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.

Müəyyən edilib ki, aidiyyəti qurum tərəfindən təqdim edilən sənəddə D.Bağırzadə barəsində "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan kor qəlpə yaralanması" diaqnozu qeyd edilib. Müayinə zamanı D.Bağırzadənin orqanizmində əlillik təyinatına əsas yaradan ağırlaşmalar olmadığı müəyyən edilib və bu səbəbdən əlillik təyin edilməsindən imtina qərarı verilib".

Qeyd edək ki, Davud Bağırzadə Vətən müharibəsində göstərdiyi şücaətə görə Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.
"O qədər ağrılarım var ki, səhərə qədər yata bilmirəm" - Qazi niyə əlillik ala bilmir? + FOTO"O qədər ağrılarım var ki, səhərə qədər yata bilmirəm" - Qazi niyə əlillik ala bilmir? + FOTO"O qədər ağrılarım var ki, səhərə qədər yata bilmirəm" - Qazi niyə əlillik ala bilmir? + FOTO"O qədər ağrılarım var ki, səhərə qədər yata bilmirəm" - Qazi niyə əlillik ala bilmir? + FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1540   Tarix: 06 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?

Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini

23 oktyabr
.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr
.

Şagirdlər hazır cavablara öyrəşir: Süni intellekt təhsilə necə təsir edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin ev tapşırıqlarını süni intellektə həvalə etməsi onların bilik və bacarıqlarının inkişafı ilə bağlı ciddi suallar yaradır. Dərslərini müstəqil hazırlamaq, suallara cavab tapmaq üçün araşdırma aparmaq və qarşılaşdıqları çətinlikləri özləri həll etmək əvəzinə, hazır cavablardan istifadə edə

23 oktyabr
.

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl

22 oktyabr
.

Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib

23 oktyabr
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

23 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr