"Müharibəyə son qoymağın yeganə yolu budur" - Putinin keçmiş köməkçisi açıqladı

"Müharibəyə son qoymağın yeganə yolu budur" - Putinin keçmiş köməkçisi açıqladıRusiya prezidenti Vladimir Putinin keçmiş baş iqtisadi müşaviri Andrey İllarionov hesab edir ki, Qərb Rusiyadan neft və qaz alışını dayandırsa, Ukraynadakı müharibəyə son qoyula bilər. Andrey İllarionov hesab edir ki, Kreml Qərbin Rusiyadan enerji istehlakını azaltmaq barədə xəbərdarlığını "ciddi qarşılamayıb".

Milli.Az BBC News-a istinadən bildirir ki, Qərb Rusiyadan enerji asılılığını azaltmağa çalışsa da, Avropa bu ölkədən neft və qaz alışını davam etdirməkdədir. Keçən il qiymətlərin bahalaşması Rusiyaya büdcəsinin üçdə birindən çoxunu neft və qaz gəlirlərinin hesabına formalaşdırmağa imkan verib.

Bu gəlirin böyük hissəsi Avropa İttafaqından daxil olur. Aİ qazının təxminən 40%-ni və neftin 27%-ni Rusiyadan idxal edir.

Bu həftə Aİ-nin baş diplomatı Josep Borrell Aİ-nin Rusiyaya aldığı enerjiyə görə nə qədər pul ödənildiyi məsələsinə diqqəti çəkib.

"Biz Putindən aldığımız eneriyə görə hər gün ona bir milyard [avro] ödəyirik", - Josep Borrell bildirib.

Andrey İllarionov hesab edir ki, əgər Qərb ölkələri "Rusiyadan neft və qaz ixracına real embarqo tətbiq etsələr, yəqin ki, bir-iki aya Rusiyanın Ukraynadakı hərbi əməliyyatları dayandırılacaq".

"Bu, Qərb ölkələrinin əlində olan çox təsirli alətlərdən biridir", o əlavə edib.

Münaqişə başlayandan neft və qaz ticarəti davam etsə də, geniş miqyaslı sanksiyalar o deməkdir ki, bir çox digər sahələrdə iqtisadi fəaliyyət donub, bir çox xarici şirkət Rusiyanı tərk edib və ixrac pozulub.

Rusiya Mərkəzi Bankı tərəfindən aparılan son sorğulardan biri iqtisadiyyatın bu il 8% düşəcəyini proqnozlaşdırır, Beynəlxalq Maliyyə İnstitutu isə bu göstəricinin 15% azala biləcəyini bildirib.

Doktor İllarionov hesab edir ki, prezident Putinin iqtisadi zərbələrə dözməyə hazırdır, çünki onun üçün prioritet təşkil edən hədəf fərqlidir.

"Onun üçün ərazi ambisiyaları, imperiya ambisiyaları hər şeydən, o cümlədən Rusiya əhalisinin dolanışığından və ölkədəki maliyyə vəziyyətindən, hətta hökumətinin maliyyə vəziyyətindən də qat-qat vacibdir", - İllarionov deyib.

Keçən həftə Avropa ilə qaz haqq- hesablarına görə gərginlik fonunda Prezident Putin Rusiya iqtisadiyyatının sağlamlığının əsas göstəriciləri "iş yerlərinin yaradılması, yoxsulluğun və bərabərsizliyin azaldılması, insan həyatının keyfiyyətinin yaxşılaşdırılması, mal və xidmətlərin mövcudluğu" kimi amillərdən asılıdır.

Dünya Bankının hesabatları rusiyalıların təxminən 20 milyonunun yoxsulluq içində yaşadığını göstərir.

Prezident Putin son illərdə bu rəqəmi iki dəfə azaltmağı vəd edirdi.

Lakin doktor İllarionova görə, son hadisələr Rusiyada yoxsulların sayının "ikiqat, bəlkə də üçqat artacağını güman etməyə" əsas verir.

Moskvada mənzillənən Strateji araşdırmalar mərkəzinin hesablamalarına görə, bu il Rusiyada iki milyonadək iş yeri itirilə bilər.

Bu narahatlıqları Rusiyanın keçmiş energetika nazirinin müavini, hazırda isə müxalifət lideri Aleksey Navalnının "Gələcəyin Rusiyası" partiyasının üzvü olan Vladimir Milov da bölüşür: "Bir çox insan işlərini itirməkdən narahatdır. Müharibəyə görə ölkədə inflyasiya 15,7% səviyyəsinə artqı qalxıb, bahalaşmaya görə camaat idman zalları və restoranlara pul xərcləməyi azaldacaq- bu isə kiçik biznes üçün pis xəbərdir."

Bu ilin əvvəlindən şəkər, soğan və kələm kimi bəzi əsas ərzaq məhsulları 40%-dən çox bahalaşıb. Milov hesab edir ki, həyat standartlarının hər hansı nəzərəçarpacaq dərəcədə aşağı düşməsi müxalifətin işini asanlaşdıracaq. "Biz insanlara başa salırıq ki, Putinin siyasəti Rusiyanı tam sosial və iqtisadi fəlakətə, o cümlədən onilliklər ərzində görmədiyimiz həyat səviyyəsinin pisləşməsinə gətirib çıxaracaq".

Vladimir Milov deyir ki, "bir neçə ay belə davam etsə, bu, cəmiyyətin əhval-ruhiyyəsini dəyişəcək - daha çox insan etiraz səsini qaldıracaq".

Prezident Putinin keçmiş müşaviri Andrey İllarionov hesab edir ki, hökumət dəyişikliyi "gec-tez" qaçılmazdır: "Mövcud siyasi rejimlə Rusiya üçün hər hansı pozitiv gələcək mümkün deyil"./milli.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2249   Tarix: 11 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr