Rusiyanı Brüssel görüşündən narazı salan SƏBƏB? - Moskva qəzəbini gizlədə bilmir

Rusiyanı Brüssel görüşündən narazı salan SƏBƏB? - Moskva qəzəbini gizlədə bilmir"Brüssel sülh gündəliyinə uyğun olaraq baş tutan danışıqların ikinci raundu başa çatandan sonra Sergey Lavrov və Ararat Mirzoyan arasında keçirilmiş görüşdə də bir sıra maraqlı məqamlar yaşandı".
Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Laçın dəhlizində qeyri-qanuni gediş-gəlişin qarşısının alınması üçün Rusiyanın üzərinə böyük məsuliyyət düşür:

"Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətini gücləndirməyə, sərhədlərinin mühafizəsini təmin etməyə kömək edəcəyi ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat üçün brifinqdə məlumat verdi. Bu xəbərlər davamlı olaraq regionda gərginlik müşahidə olunandan sonra Rusiya tərəfindən verilir və hazırda gərginliyin artırılmasına xidmət etməyi sonlandırır. Daha çox birgə yaşayış, sülh və gələcək inkişaf layihələri haqqında düşünməyin vaxtıdır. Çünki müxtəlif çətinliklər və problemlər regionu inkişafdan geri qoyub.

Eyni zamanda hazırda Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və etimad atmosferinin qurulmasına çox böyük ehtiyac var. Bu baxımdan Rusiya, eləcə də Avropa İttifaqı çərçivəsində keçirilmiş görüşlərə rəsmi Bakı böyük önəm verir və əsas məqsəd təhlükəsizlik mühitinin gücləndirilməsidir. Yalnız təhlükəsizliyin təmin olunması ziddiyətlərin, fikir ayrı-seçkiliklərinin aradan qaldırılması fonunda təhlükəsizlik arxitekturası möhkəmlənə bilər.

Sülhün dayanıqlılığını artırmaq üçün bir sıra təşəbbüslər həyata keçirilməlidir. Bu baxımdan nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı fikirlər 2020-ci ilin 10 noyabr tarixindən bu yana öz aktuallığını qoruyub. Lakin Ermənistana verilən vaxt çərçivəsində bu təşəbbüslərə müsbət cavab verilmədi. Azərbaycan və İran arasında imzalanan Anlaşma Memorandumu da göstərdi ki, Azərbaycan öz siyasi iradəsi və qətiyyəti sayəsində qarşıya qoyduğu hədəflərə çatmaqda maraqlıdır. Buna görə də hazırki durumda 10 noyabr bəyanatının digər maddələrinin icrasına böyük ehtiyac var.

İlk növbədə Laçın dəhlizində qeyri-qanuni gediş-gəlişin qarşısının alınması və üçtərəfli bəyanatən 4-cü maddəsinin (Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir- red.) implementasiyası xüsusi əhəmiyyət kəsb edir və bu xüsusda Rusiyanın da üzərinə böyük məsuliyyət düşür. Çünki sülhməramlıların məsuliyyət zonasında terrorçu dəstələrin hələ də qalması sülhə böyük təhdid yaradır və onların bölgəni tərk etməsi üçün şərait yaradılması sülhün daha da genişlənməsi üçün zəmin formalaşdırılmalıdır.

Bu baxımdan Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına çalışmalıdır. Etimad atmosferinin genişləndirilməsinə, birgə yaşayış haqqında olan fikirlərin daha da geniş vüsət almasına çalışmaq, təhlükəsizlik mühitini gücləndirməyə böyük ehtiyac var".

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistandan olan həmkarı Mirzoyanla görüşündən sonra brifinqdə bildirib ki, "Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətini gücləndirməyə, sərhədlərinin mühafizəsini təmin etməyə kömək edəcək"./mili.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3153   Tarix: 12 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr