"Ermənistan bizim ərazi bütövlüyümüzü sülh sazişi çərçivəsində rəsmən tanısa, bütün mənzərə köklü şəkildə dəyişəcək"
Bildiyimiz kimi, Ermənistan XİN-in yaydığı məlumatlarda Azərbaycanın guya ermənilərin kütləvi qətlində iştirak etdiyi barədə itithamlar yağdırılır. Daha sonra isə bu ölkə regionda sülhün tərəfdarı olduğunu bildirir. Bu ikili açıqlamalara səbəb nədir?
Məsələ ilə bağlı Sonxeber.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev açıqlama verib.
O bunların ayrı-ayrı məsələlər olduğunu vurğulayaraq, Ermənistanla sülh sazişinə nələrin daxil olacağının dəqiq bilinmədiyini deyir:
"Biz Ermənistana qarşı müvafiq beynəlxalq məhkəmələrdə iddia qaldırmışıq, onlar da bizə qarşı iddia qaldırıblar. Ermənilərin əsas məqsədi "Qarabağ statusu" məsələsini gündəmdə saxlamaqdır. Onlar Qarabağ üçün ən azından avtonomiya istəyirlər, bu ərazini Azərbaycandan ayırmaq isə ən ali arzularıdır. İnanmıram ki, Paşinyan və havadarları bu məqsədlərindən əl çəksinlər.
Amma bu o demək deyil ki, biz onlarla sülh sazişini imzalamamalıyıq. Çünki Ermənistan bizim ərazi bütövlüyümüzü sülh sazişi çərçivəsində rəsmən tanısa, bütün mənzərə köklü şəkildə dəyişəcək.
Sülh prosesi özü də böyük bir prosesdir və uzun illər çəkə bilər.
Biz sazişi imzalaya bilərik, lakin orada delimitasiya-demarkasiya məsələləri var. Neçə illərdir ki, Gürcüstanla bu prosesi davam etdiririk.
Təbii ki, yaxın bir ildə sülh sazişi imzalamağımız yaxşı olardı, amma humanitar və digər məsələlər uzun illər çəkəcək".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı