"Dedilər, üzü "Moşu"dur, rədd eləyin, getsin..."- Valeh Kərimov
"Məcburam ki, oturum ölümümü gözləyim".
Sonxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycanın xalq artisti Valeh Kərimov "Üzə düz" verilişində deyib.
Aktyor bildirib ki, onu yalnızca "Bəxt üzüyü" filminə çəkiblər:
"İndiyə kimi mənə "Moşu", "xalq" deyirdilər. Mənim adımı yeni-yeni tanıyırlar. O, xalqın içindən çıxmış obrazdır, xalq adamıdır. Sadəcə bir az demaqoqluğu var, istedadsız insandır. İstedadı yoxdur, amma şair olmaq istəyir, qafiyə qoşur, ortalığa isə bir şey çıxmır.
O rol mənə çox mane oldu. Hamını filmə çəkirlər, məndən başqa. Təkcə filmim elə "Bəxt üzüyü"dür. Bir-iki dəfə məni kinostudiyaya dəvət ediblər. Gördüm pıçıldayırlar ki, sifəti "Moşu"dur, nə rol oynasa da, alınmaz. Rədd eləyin, getsin. Bu məni çox incidib. Axı başqa obraz üçün məni qrim də etmək olardı, saqqal, bığla görünüşümü dəyişmək də olardı.
Evdə oturub ölümümü gözləyirəm. Söhbət küskünlükdən getmir. Bekar insanam. Mənim də bekarçılıqdan zəhləm gedir. Mən bu sənətə gəlmişəm ki, ömürlük işləyim. Axı niyə kənarda qalım ki? Canım sağ, danışığım yerində, gözlərim görür, qulağım da eşidir. Mən yaratmaq istəyirəm.
Maaş vermə, prezident təqaüdü alıram, amma çalışım. Axı vaxtı ilə səhnədən ötəri atam da məni danışdırmayıb. Səhnəyə hər şeyimizi qurban vermişik, səhnədən ötəri gec ailə qurdum. Müəllimim dedi ki, "ailəlisən"? Dedim, subay. Dedi, "özünü sənətdə tapsan, evlənərsən". Gördüm, tapmadım, gedib evləndim. İkisindən birini seçdim. Evdə öz-özümə nə qədər monoloq qurum?.."
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO
Əməkdar artist Bəyimxanım Vəliyeva sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, xanəndənin paylaşdığı videoda onun 1993-cü ildə AzTV2-də yayımlanan Novruz şənliyində səhnəyə çıxdığı əks olunub. Maraqlı məqam isə həmin vaxt Bəyimxanım Vəliyevanın cəmi 4 yaşında olmasıdır. Görüntülər izləyicilə
31 mart"Odissey"in kitab satışları 1400 faiz artdı
Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri
31 iyul2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı
Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin
2 iyulRauf Hacıyevin ailəsində itki
Görkəmli Azərbaycan bəstəkarı və dövlət xadimi, Azərbaycan SSR mədəniyyət naziri, SSRİ Xalq artisti Rauf Hacıyevin bacısı oğlu vəfat edib. "Qafqazinfo" xəbər verir ki, onun nəslinin davamçılarından olan Nazim Musayev Göyçay şəhərində dünyasını dəyişib. Mərhum rayonda tanınmış stomatoloqlarda
1 iyunAlim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Dünən "Eurovision-2026" Mahnı Müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilib. Yarımfinalda 15 ölkənin təmsilçiləri final uğrunda mübarizə aparıb. Azərbaycanı müsabiqədə təmsil edən Cəmilə Həşimova (JIVA) "Just Go" mahnısı ilə ikinci nömrə altında səhnəyə çıxsa da, finala vəsiq
15 mayMehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım
Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"
3 avqustSəhnəmizin Florasının 85-ci baharından - Görüntülər
Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:
24 iyulXalq artistinə ağır İTKİ: Səhhəti pisləşdi
Xalq artisti Fatma Mahmudovanın ailəsində ağır itki üz verib. xəbər verir ki, Axşam.az-a açıqlama verən aktrisa yaxın qohumunun gənc yaşda dünyasını dəyişdiyini bildirib. F.Mahmudova qeyd edib ki, Ağdama yas mərasiminə yollanıb, orada isə səhhəti pisləşib:. "Özümü yaxşı hiss etmirəm. Halım çox pisdir
8 may