Layihə çərçivəsində növbəti maarifləndirici görüş keçirilmişdir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən icra olunan "Region gəncləri arasında dini radikalizm və ekstremizmin meyillərindən qorunma mövzusunda maarifləndirmə işinin təşkili" adlı layihə çərçivəsində növbəti maarifləndirici görüş 22 aprel 2022-ci il tarixində Sabirabad rayonunda keçirilmişdir. Keçirilən görüşdə "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək" İctimai Birliyinin sədri Cavid Əliyev çıxış edərək layihənin keçirilmə məqsədi və hədəfləri barədə iştirakçılara ətraflı məlumat vermişdir. Daha sonra Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsənov Həsən, Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev rayonda bu istiqamətdə görülən işlər haqqında çıxış etmişdilər. Görüşdə həmçinin DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov çıxış edərək dövlət tərəfindən bu sahədə həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırmışdır. Rəsmi çıxışlar yekunlaşdıqdan sonra görüş diskussiya formatında davam etmişdir.
Qeyd edək ki, növbəti bu formatlı görüşlərin Quba və İsmayıllı rayonlarında keçirilməsi nəzərdə tutulmuşdur.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 897 Tarix: 25 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl
21 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabrQızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı
Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru
22 oktyabrPolkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy
22 oktyabrLeyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs
21 oktyabr