"Sonxeber.az"da MEDİA-nın tövsiyə etdiyi redaksiya siyasəti və peşə etikası müzakirə olundu - FOTOLAR
Bu gün Sonxeber.az xəbər portalının redaksiyasında Medianın İnkişafı Agentliyi tərəfindən media subyektlərinə göndərilən "Redaksiya siyasəti və peşə etikası qaydaları" ilə bağlı nümunənin müzakirəsi keçirilib.
Sonxeber.az xəbər verir ki, müzakirələr zamanı çıxış edən "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib ki, hər bir jurnalist redaksiya siyasətinə və peşə etikası qaydalarına əməl etməlidir. Həmçinin, jurnalistika prinsiplərindən irəli gələn məsələlərə riayət etmək bu peşə ilə məşğul olan hər kəsin işində hiss olunmalıdır.
E.Əkbərov əlavə edib ki, bu gün peşə prinsiplərinə riayət etməyən media subyektləri gözləmədikləri anda özlərini məhkəmə çəkişməsində görürlər. O, bu mövqedən çıxış edərək, rəhbəri olduğu media orqanının əməkdaşlarına öz tövsiyələrini çatdırıb.
Sonxeber.az xəbər portalının baş redaktoru Aysel Yusifqızı isə qeyd edib ki, redaksiya siyasəti və peşə etikası qaydaları jurnalist prinsiplərindən kənarda deyil:
"Bütün bunlar Azərbaycan Jurnalistlərinin peşə davranışı qaydalarında öz əksini tapıb. Həqiqətə xidmət, informasiya qaynaqlarına sayğılı yanaşma, şərəf və ləyaqətin qorunması, eləcə də jurnalistin özünün və çalışdığı media orqanının reputasiyasının qorunması peşə etikası kodeksi baxımından bu gün də aktualdır. Hər birimiz çalışdığımız media subyektində bu prinsipləri əlimizdə rəhbər tutmalıyıq".
Müzakirələrdən sonra saytda çalışan jurnalistlərə "Redaksiya siyasəti və peşə etikası qaydaları" təqdim olunub.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 888 Tarix: 25 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl
21 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabrQızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı
Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru
22 oktyabrPolkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy
22 oktyabrLeyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs
21 oktyabr