Bakıda qapı-qapı gəzib 80 AZN tələb edən bu şəxsə pul verməyin - FOTO
Bakının Nizami rayonunda özünü "Azərsu" ASC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.
Bu barədə BAKU.WS-ə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən və qurumun xidməti geyimində olan bu şəxs sahibkarlardan su sayğacının quraşdırılması və dəyişdirilməsi müqabilində pul tələb edib.
Məsələn, həmin şəxs Rövşən Rüstəmov küçəsi, 50A ünvanında yerləşən özəl uşaq bağçasına 80 manata su sayğacı quraşdırmağı təklif edib.
Bundan sonra bağçanın rəhbərliyi məsələ ilə bağlı Nizami rayon Sukanal İdarəsinə müraciət edib. İdarənin əməkdaşları dərhal hadisə baş verən obyektdə olub. Həmin şəxs ərazidən uzaqlaşsa da, kamera görüntüləri əldə olunub.
Ətrafda yerləşən obyekt və mənzillərin sahibləri də əvvəllər onlara qarşı belə halın baş verdiyini bildiriblər. Aşkar olunmuş fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
"Xidməti vəzifələrini yerinə yetirən "Azərsu" əməkdaşlarından vəsiqə tələb edilməli, heç bir halda onlara nağd pul ödənilməməlidir. Vətəndaşlardan özlərini "Azərsu" işçisi kimi təqdim edən şəxslərin qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat vermələri, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirmələri xahiş olunur", - deyə qurum bəyan edib.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2943 Tarix: 25 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl
21 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabrQızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı
Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru
22 oktyabrPolkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy
22 oktyabrLeyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs
21 oktyabr