Telefon söndürüldükdə də radiasiya yayır?

Telefon söndürüldükdə də radiasiya yayır?Ətrafımızdakı bütün smartfonlar radiasiya yayır. Radiasiyaya uzun müddət və yüksək dozada məruz qalmaq həyati tarazlığı pozur. Smartfonlar isə bizə ən çox zərər verən süni şüalanma mənbələri arasındadır.

Telefon söndürüldükdə radiasiya yayırmı?

Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, gözlədiyiniz cavab "Xeyr" idi, amma belə deyil. Telefonların radiasiya yayma səviyyəsi modeldən modelə fərqlənir. Elə cihazlar var ki, hətta söndürüldükdə belə bu təhlükə qalır.

Doğrudur, köhnə mobil telefonların əksəriyyəti söndürüldükdə radiasiya yaymır. Smartfonlarda isə bəzi funksiyalar söndürüldükdə belə arxa planda işləməyə davam edir.

Telefon açıq, lakin ekranı sönük olanda radiasiya yayır?

Telefonlar ən çox işə salındıqda və istifadə edildikdə radiasiya yayır. Çünki mesaj yazmaq, e-poçt göndərmək və ya zəng etmək telefondan birbaşa simsiz əlaqə qurmağı tələb edir. Bu əməliyyatları siqnal gücü az olan bir ərazidə həyata keçirirsinizsə, radiasiya emissiyası daha da artacaq. Çünki telefonunuz yaxşı əlaqə yaratmaq üçün daha çox enerji sərf etməyə başlayır.

Telefonların yaydığı radiasiyanın zərərindən necə qorunmaq olar?

Telefonların yaydığı radiasiyanı ən aşağı səviyyədə saxlamaq istəyirsinizsə, verə biləcəyimiz ən təsirli məsləhət telefonunuzu söndürməkdir. Lakin biz onu da bilirik ki, dövrümüzdə bu tövsiyəni həyata keçirmək, demək olar ki, mümkün deyil.

Buna görə də telefon açıq olarkən görəcəyiniz ehtiyat tədbirləri üzərində dayanacağıq. İndi telefon açıq olarkən nə edilə biləcəyinə baxmağa başlayaq.

Telefonu bədəninizə çox yaxın tutmayın.

Telefonların bədənə toxunduqda və ya cibdə daşınarkən yaydığı radiasiya daha çox təsiredicidir. Bu səbəbdən telefonu cibdə yox, çanta və ya telefon qabında daşımaq tövsiyə olunur.

Telefondan istifadə etmədiyiniz zaman "WiFi" və "Mobil data"nı söndürün.

"WiFi" və "Mobil data" funksiyaları aktiv olduğu müddətcə telefonunuz daim qoşulu qaldığı üçün radiasiya yaymağa davam edəcək.

İstifadə etmədiyiniz zaman internet bağlantısını söndürməklə telefonun yaydığı radiasiyadan özünüzü ciddi şəkildə qoruya bilərsiniz. Məsləhət görülür ki, radiasiyadan qorunmaq üçün saxta telefonlardan da istifadə etməyəsiniz.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1485   Tarix: 25 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti - "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsin

21 oktyabr
.

Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda evlərin istilik sistemində dəyişikliklər nəzərdə tutulur. 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən avadanlıqlardan elektrik istilik nasoslarına keçidin təmin edilməsi hədəflənir. Bu plan evində qazla işləyən kombi quraşdıran ailələrdə gələcəkdə istilik sistemin

23 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr
.

Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məhsulların üzərindəki istehsal tarixinin və son istifadə müddətinin dəyişdirilməsi istehlakçıların aldadılması ilə yanaşı, qida təhlükəsizliyi baxımından da ciddi narahatlıq doğurur. Xüsusilə, qablaşdırmanın üzərindəki tarix məlumatlarının saxtalaşdırılması alıcıların vaxtı keçmiş məhsulları bilmədə

21 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr
.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr