Kardiologiya İnstitutu əlil olmaq istəyənlərə SAXTA DİAQNOZLAR YAZILIR? – ŞOK SƏNƏDLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kordiologiya İnstitutunda əlil olmaq istəyən və ya əlillik üçün təkrar müraciət etmək istəyən vətəndaşlara maddi maraqlar müqabilində heç bir həqiqəti əks etdirməyən sənədlərin verilməsi prosesi gedir.
Hələlik əlimizdə olan bir sıra sənədlərlə onu deyə bilərik ki, İnstitutun bəlli bir kəsimi Biləsuvardan olan çoxsaylı pasientlərlə əlaqəyə girərək onların sağlamlıq vəziyyətini təhrif edən diaqnozlar düzüb-qoşaraq elektron sistemə yerləşdirilmədən vətəndaşlara saxta hesab edilən EPİKRİZ nümunələri paylayırlar. Bu isə sənədlərin bilə-bilə saxtalaşdırılması cinayəti sayılır.
Demokratik.Az saytının əldə etdiyi sənəd nümunələrində EPİKRİZləri öz imzası ilə təsdiq edən kardioloq-həkimlər Kərimova Lalə Qabil qızı və Xudiyeva.G.M soyadlı xanımlardır. Ehtimal etmək olar ki, məhz adıkeçən həkimlər EPİKRİZlə bərabər guya müayinə və müalicədən keçənlərə istədikləri analiz nəticələrini və exokardioqrama nümunələrini almaqda da vasitəçilik edirlər.
Mənbəmizin bildirdiyinə görə, sözügedən ünvanda sağlam adamlara belə sənədlərin yazılması, rüşvətlə insanların real sağlamlıq vəziyyətinin ağırlaşdırılması və xəstələrin bu yolla aldadılması adi haldır. Eləcə də verilmiş sənədlərin elektron müraciət zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən tanınmadığı, sənədlərdə yazılanların bazaya yerləşdirilmədiyi, ambulator-konsultativ poliklinika şöbəsinin adından yazılan sənədlərin saxtalaşdırılaraq sadəcə mövcud kağızlarda cızmaqara edildiyi iddia edilir.
O da bildirilir ki, deyilən özbaşınalıqlardan əziyyət çəkən, aldadılaraq maddi zərər görən 100-lərlə adam var. Onların rayonlardan Bakıya kim tərəfindən göndərildiyi, şəbəkənin uzantılarının tezliklə müəyyən edilərək aşağıda təqdim edəcəyimiz sənədlərə hüquqi qiymətin verilməsi hesab edirik ki, olduqca vacib faktordur. Fakt özlüyündə korrupsiya əməlidirsə, digər tərəfdən də əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində aparılan müsbət işlərə kölgə salmaqdır.
İnanaq ki, deyilənlər İnstitutun rəhbəri direktoru Gülnaz Dadaşova üçün də araşdırma mövzusu olacaq, o da əgər xəbərsizdirsə… /Demokratik.Az




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Süni intellekt indi də oğurluq etdi
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
Sabah Bakıya yağış yağacaq
Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl bazarında son vəziyyət
"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video