Azərbaycanda məktəb direktoru şagirdi təhqir edib: "Yoxundur, nənənin "ştanı"nı geyin" - İDDİA
Azərbaycanda 6-ci sinif şagirdi məktəb direktoru tərəfindən psixoloji təzyiqə və təhqirə məruz qalıb.
Goranboy rayonu Səfikürd kənd orta məktəbinin direktoru Lamiyə Abışova məktəbli ətəyinin yerinə şalvarla gələn şagirdi dərsdən kənarlaşdırıb.
Bu barədə Bizim.Media-ya şagirdin atası Şəhruz Əsədov məlumat verib.
O, məktəb direktorunun qızı ilə kobud rəftar etdiyini və iki gün ard-arda dərsə buraxmadığından gileylənib:
"Qızın məktəbli ətəyi yararsız hala düşdüyü üçün şalvarla getməli olub. Direktorun "niyə ətək geyinməmisən" sualına qızım "yoxumdur" deyə cavab verib. O, isə qızımı sinif yoldaşlarının yanında aşağılayaraq, "yoxundur, get qonşudan al, ya da nənənin "ştanı"nı geyin" deyə cavab verib və onu dərsdən çıxararaq evə göndərib. Mən direktora zəng edib, "imkanım yoxdur, ay sonunda maaş alanda uşağa yeni geyim alacağam, niyə elə biabırçılıq edirsiniz?" dedim. O, isə "bəli demişəm, uşağına ətək alarsan, sonra məktəbə gələr" cavabını verdi. Bu gün qızım yenə dərsə gedəndə direktor tərəfindən məktəbə buraxılmayıb".
Ata uşağına psixoloji travma yaşadan, onu dərsdən yayındıran direktor barədə tədbir görülməsini istəyir:
"İndi mənim imkanım yoxdur deyə qızım tədrisdən kənarda qalmalıdır? Özünə də izah etdim ki, geyimi ay sonunda ala bilərəm. Fəhlə adamam, o qədər gəlirim yoxdur. Niyə qıza psixoloji təzyiq göstərir və uşağın yanında məni də aşağılayır? Elə kobud rəftar edib ki, qızım ağlaya-ağlaya evə gəlib.
Dərsə buraxmayıb evə göndərir. Bəs qorxmur ki, yeniyetmə qızdır, başına yolda iş gələr?", - deyə ata əlavə edib.
Goranboy Rayon Təhsil Şöbəsinin müdir əvəzi Kifayət Rzayeva açıqlamasında məsələdən xəbərdar olduğunu, direktor və valideyndən izahat aldıqlarını deyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2162 Tarix: 27 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?
Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray
21 oktyabrAzərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə
21 oktyabrMariya Şarapova Bakıya gəlir
Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor
21 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabrQadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər
22 oktyabrAzərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabr