Nazirlikdən müəllimləri şalvar geyinməyə qoymayan direktorla bağlı AÇIQLAMA
Sosial şəbəkələrdə Sumqayıtda yerləşən 14 nömrəli məktəbin direktoru Fatma Bayramovanın səs yazısı yayılıb. Səs yazısında direktor qadın müəllimlərə hədə-qorxu gələrək bildirir ki, heç kəs məktəbə şalvar geyinməsin. Əks halda onları şagirdlərin yanında təhqir edəcək.
Nazirlikdən Qafqazinfo.az-ın müraciətinə cavab olaraq bildirilib ki, səs yazısının Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin direktoruna aid olduğu təsdiqlənib:
"Direktor izahatında qadın müəllimlərdən birinin səhhətində ciddi problemlər olduğu üçün direktordan şalvar geyinmək üçün müvəqqəti icazə aldığını, digər müəllimlərin də bundan istifadə edərək müəllimə yaraşmayan geyimdə (dar şalvarda) məktəbə gəldiklərini bildirib.
Bununla bağlı valideynlər məktəb direktoruna müraciət edərək şagirdlərin evdə qadın müəllimlərin geyimlərini müzakirə etdiyini bildiriblər. Direktor tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bir neçə qadın müəllim yenə həmin geyimdə məktəbə gəldikləri üçün direktorun vatsap qrupuna səs ataraq onlara ciddi iradını bildirdiyi məlum olub.
Direktorun izahatı alınaraq bir daha belə hallara yol verilməməsi ilə bağlı xəbərdarlıq edilib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2796 Tarix: 27 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?
Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray
21 oktyabrAzərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə
21 oktyabrMariya Şarapova Bakıya gəlir
Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor
21 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabrQadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər
22 oktyabrAzərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabr