Putinin keçmiş kürəkəninin də villasına həbs qoyuldu - Siyahı
Fransada rusiyalı oliqarxlara məxsus daha 3 malikanəyə həbs qoyulub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.
Telekanalın məlumatına görə, ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyi həbs edilən Rusiya əmlakları siyahısına Rusiyanın alüminium nəhəngi "Rusal" şirkətinin rəhbəri Oleq Deripaskanın 2005-ci ildə alınmış Sankt-Trope və Ramatyuel bələdiyyələri arasında yerləşən böyük villasını əlavə edib.
Biarrits şəhərindəki ikinci villa isə Rusiyanın ən böyük neft-kimya şirkəti "Sibur"un bir neçə yüz milyonluq bazar dəyəri ilə 100 dollara pay alan rus oliqarxı, Rusiya Prezidenti Vladimir Putinin keçmiş kürəkəni Kirill Şamalova (Katerina Tixonovanın keçmiş həyat yoldaşı, 2013-2018-ci illərdə evli olublar – red.) məxsusdur. BFM TV-nin məlumatına görə, onun atası Nikolay Şamalov Putinin "şəxsi bankiri" kimi tanınır.
Üçüncü həbs edilmiş malikanə Sen-Jan-Kap-Ferrada yerləşir və onu 2000-ci illərdə almış çeçen iş adamı, "Alliance" qrupunun prezidenti Musa Bajayevə məxsusdur. Villa Versalın yanında yerləşən məşhur saray əsasında tikilib.
Qeyd edək ki, Avropa İttifaqında sanksiya tətbiq edilən rusiyalı oliqarxların əmlaklarına həbs qoyulur, hesabları dondurulur. BFM TV xəbər verir ki, Fransa artıq dörd yaxta, altı helikopter və 30-a yaxın villanı dondurub.
"Forbes"in aprelin 17-nə olan məlumatına görə, Fransa sanksiyaya məruz qalan rus oliqarxların ümumi dəyəri 920 milyon dollar olan 41 mülkünü dondurub.



Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 2060 Tarix: 28 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Husilər İsrailə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüblər
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər İsrailə növbəti raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüblər. "Report" TASS-a istinadən xəbər verir ki, hərəkatın nümayəndəsi Yəhya Saria bildirib ki, üsyançı qüvvələr Təl-Əvivdəki hərbi obyektə hipersəsli ballisti
3 may 2025Tramp Uitkoff və Kuşnerin İslamabada səfərini ləğv edib
ABŞ Prezidenti Donald Tramp xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana səfərini ləğv edib. "Report"un məlumatına görə, o, bunu "Fox News" telekanalının jurnalisti Aişə Hesniyə deyib. Jurnalist "X" sosial şəbəkəsində yazı
26 aprelXaricə səfərdən əvvəl bu 4 məqama diqqət edin - Ekspertdən TÖVSİYƏ
Fransada keçirilən etiraz aksiyaları fonunda Azərbaycan Xarici İşlər Nazirliyinin bu ölkəyə səfərlə bağlı xəbərdarlıq və tövsiyələri turistlərin səyahət planlarına yenidən baxmasına səbəb ola bilər. Təhlükəsizliklə bağlı narahatlıqlar bəzi şəxslərin səfərlərini təxirə salmasına, alternativ istiqamətlə
21 oktyabrHakan Fidan: "Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəs səylərini dəstəkləyir"
"Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə yetirməyə hazırdır". -ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Ukrayna üzrə qondarm
11 may 2025Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı
ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo
21 fevralAİ Hörmüz boğazından keçidlə bağlı SEPAH-la danışıqlara başlayıb
Avropa ölkələrinin nümayəndələri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması məsələsi ilə bağlı İranın hərbi-dəniz qüvvələri, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH) danışıqlara başlayıblar. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb
17 mayBoğulma hadisələri daxili turizmə təsir göstərir - AÇIQLAMA
Yay mövsümündə çimərliklərdə baş verən boğulma halları və təhlükəsizliklə bağlı problemlər cəmiyyətin ciddi narahatlıq doğuran məsələlərindən birinə çevrilir. Bu cür hadisələr təkcə insanların həyatı üçün risk yaratmır, həm də ölkənin turizm imicinə və daxili turizmin inkişafına təsir göstərən amillərdə
5 avqustKİV: ABŞ-də minlərlə nümayişçi miqrasiya xidmətinə qarşı çıxıb
ABŞ-nin bəzi şəhərlərində Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) fəaliyyətinə qarşı etiraz aksiyaları keçirilib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb. "ICE - rədd ol!" - şüarının səsləndirildiyi qeyd olunub. Qəzetin məlumatın
1 fevral