Kadırov Putinə "yumşaqlığına" görə tənqid edib
Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından artıq iki ay keçib. Rusiya-Ukrayna müharibəsində adı tez-tez hallanan Çeçenistan prezidenti Ramzan Kadirov Rusiya prezidenti Vladimir Putinə çağırış edərək onu "Ukraynaya qarşı mülayim davrandığı " üçün tənqid edib.
Böyük Britaniya mediası Putindən sonra Rusiyanın ən zəngin siyasətçisi olduğuna inanılan Kadirovun Rusiya hərbi birlikləri arasında Putinlə bağlı narazılıqları da qızışdırdığını irəli sürüb. Kadirov Putindən Ukraynanın böyük şəhərlərini ələ keçirməyi və vəziyyəti idarə edə bilmək üçün güclü bombardmanlar etməsini tələb edib.
"İkinci mərhələyə başlamağımız - Xarkov, Kiyev, Xerson da daxil olmaqla bütün şəhərələrə tamamilə daxil olmağımız və idarəetməni yaratmağımız lazımdır",- deyə Kadirov bildirib. O həmçinin qeyd edib ki, hər zaman döyüşməyə hazırdır:
"Bizimlə münasibət yaratmaq istəyən ölkələrlə dialoqa davam edin. Sanksiya istəyərlərsə, sanksiyalara qarşı döyüşərik. Müharibə istəyərlərsə, müharibə edərik. Bir döyüşçü kimi dövlətin rəhbərliyindən bu qərarı almasını xahiş edirəm. Nə qədər tez olsa, o qədər yaxşıdır. Biz Putindən əmr gözləyirik. Yoldaş Ali Baş Komandan qulluqçularımız hazırdır".
Xatırladaq ki, Rusiya Federasiyasının tərkibində Çeçenistan Muxtar Respublikasının lideri Ramzan Kadirov bir müdət əvvəl Ukraynanın cənubundakı Luqansk və Donetsk bölgələrini tammailə azad edəcəklərini, daha sonra isə Kiyev və digər şəhərləri alacaqlarını bildirmişdi. Rusiyanın əməliyatlarının təkcə Mariupolla bitməyəcəyini vurğulayan Kadırov bütün şəhərlərə və bütün kəndlərə hücumların olacağını bildirmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1247 Tarix: 08 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avstriya Rusiya diplomatlarını qovdu
Avstriya Xarici İşlər Nazirliyi dörd rus diplomatı ölkədən çıxaracaq. xəbər verir ki, bu barədə "Profil" nəşri məlumat yayıb. Məlumata görə, onlar arzuolunmaz şəxs elan ediliblər. Həmin şəxslər casusluqda şübhəli bilinirlər
23 oktyabr"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır
Amerika kəşfiyyatı İranın xaricdə işləyən ABŞ diplomatlarına və vəzifəli şəxslərinə qarşı sui-qəsdlər təşkil etmək planlarına dair məlumatlara malikdir. "Report"un "Axios"a istinadən məlumatına görə, bu barədə oktyabrın 23-də ABŞ Dövlət katibi Marko Rubiyoya göndərilmiş xidməti qeydd
24 oktyabrUkrayna özünün peyk rabitə sistemini yaradır
Ukrayna "Nokia" və İCEYE şirkətləri ilə əməkdaşlıq çərçivəsində özünün peyk rabitə sistemini yaradacaq. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. "İCEYE peyk kəşfiyyatı sahəsində ixtisaslaşıb və 2022-ci ildən bəri Ukrayna ilə əməkdaşlıq edir. "Nokia" telekommunikasiy
23 oktyabrDünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər
İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c
22 oktyabrKomaya düşdüyü deyilirdi - Çinə səfər etdi
Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Cənubi Koreyanın "Yonhap" agentliyi yayıb. Kim Çen Inın Çinə səfəri bu yaxınlarda Dandun bölgəsində iki ölkə arasında yeni açılan körpü vasitəsilə baş tutduğ
24 oktyabr