"Şuşa Bəyannaməsi bu istiqamətdə atılan ən önəmli addımlardandır" - FOTO
Bakıda "Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü" adlı konfrans keçirilib.
Sonxeber.az-ın məlumatına görə, konfrans Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə baş tutub.
Açılışda ilk öncə BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edib. O, konfrans çərçivəsində müzakirə olunacaq mövzuları sadalayıb.
Sədr bildirib ki, davamlı olaraq Azərbaycan bütün sahələrdə qardaş Türkiyə dövləti ilə bir sıra strateji məsələləri həll edib və Şuşa Bəyannaməsi bu istiqamətdə atılan ən önəmli addımlardan biridir.
Konfransda Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin direktoru Ufuk Ulutaş, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı, azərbaycanlı və türkiyəli ekspertlərlə yanaşı, Özbəkistanın, Tacikistanın da səfirləri iştirak ediblər.









Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1230 Tarix: 13 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabr