Dünyanın ən yaxşı hotelləri məlum oldu
Kosta-Rikada yerləşən "Tulemar Bungalows&Villas" mehmanxanası beynəlxalq "Səyahətçilərin seçimi - 2022" mükafatına layiq görülüb.
Mehmanxana dünyanın ən yaxşı hoteli seçilib.
"Tulemar Bungalows&Villas" Sakit okeana baxan bir təpənin yamacında, cəngəllikdə yerləşir.
O, yerləşdiyi ərazi ilə yanaşı, turistləri xidmət səviyyəsi, təmizliyi və təbii mənzərələri ilə cəlb edir.
Siyahıda ikinci yerdə Qramadoda (Braziliya) yerləşən "Colline de France" hoteli qərarlaşıb. Hotelin qonaqları müəssisənin üslubunu qeyd edərək, onu dünyanın ən romantik hotelləri siyahısında birinci yerə qoyublar. Qonaqlar işçi heyətini də yüksək qiymətləndiriblər.
Üçüncü yeri Yunanıstandakı "İkos Aria" tutub. Beşulduzlu hotel geniş qumlu çimərliyi, təmiz dənizi və gözəl mənzərələri ilə turistlərin qəlbini fəth edib.
Ən yaxşı hotellər arasına Maldiv adaları, İndoneziya, İsveçrə, Türkiyə, İspaniya və Misirdəki bir neçə hotel də düşüb.
Qeyd olunur ki, reytinq dünyanın müxtəlif ölkələrindən olan səyahətçilərin il ərzində "TripAdvisor" saytında yazdığı milyonlarla şərh və rəylər əsasında tərtib edilib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1634 Tarix: 16 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağ Evdən İrana hücumla bağlı açıqlama: ABŞ seçkilərə qədər zərbə endirməyəcək
Ağ Ev ABŞ-ın noyabr ayında keçiriləcək aralıq seçkilərindən əvvəl İrana hücum etməyəcəyini açıqlayıb. Bəyanat regionda mümkün yeni hərbi əməliyyatlarla bağlı müzakirələrin intensivləşdiyi bir vaxtda verilib. Associated Press-ə istinadən xəbər verir ki, Ağ Evin sözçüsünün müavini Anna Kelli İsrailin Ba
22 oktyabrUkrayna özünün peyk rabitə sistemini yaradır
Ukrayna "Nokia" və İCEYE şirkətləri ilə əməkdaşlıq çərçivəsində özünün peyk rabitə sistemini yaradacaq. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. "İCEYE peyk kəşfiyyatı sahəsində ixtisaslaşıb və 2022-ci ildən bəri Ukrayna ilə əməkdaşlıq edir. "Nokia" telekommunikasiy
23 oktyabrHörmüz boğazında iki tanker minalara düşüb
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Hörmüz boğazının cənub marşrutundan keçməyə çalışan iki tanker dəniz minalarına məruz qalıb. xəbər verir ki, gəmi minalara tuş gəlib. İİKK gəmilərin müəyyən edilmiş qaydaları pozduğunu və icazəsiz marşrut üzrə hərəkə
24 oktyabrPentaqon "Global Thunder" strateji nüvə qüvvələri təlimlərinə başlayır
ABŞ Strateji Komandanlığının (USSTRATCOM) verdiyi məlumata görə, ABŞ-da illik "Global Thunder 27" strateji nüvə qüvvələri təlimi başlayıb. xəbər verir ki, USSTRATCOM-un bəyanatında deyilir: "Global Thunder 27 təlimləri strateji qüvvələrin müxtəlif nümayəndələrindən şəxsi heyəti əhatə edir
23 oktyabr