"Meymun çiçəyi" Azərbaycana çata bilər? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, İngiltərədə "meymun çiçəyi" adlanan yeni virus aşkarlanıb. Bəs bu virusun əlamətləri nədir? Azərbaycanda yayılma təhlükəsi varmı?
Məsələ ilə bağlı Sonxeber.az-a infeksionist Vüqar Cavadzadə açıqlama verib.
O bildirib ki, bu virus ilk dəfə 1958-ci ildə xəstə meymunlarda aşkarlanıb:
"Yəni bu xəstəliyin infeksiya mənbəyi meymunlardır. Amma virus meymunlardan insanlara keçə bilir. Yayılması isə hava-damcı yolları ilə baş verir.
"Meymun çiçəyi" xəstəliyi tək-tək rast gəlinən bir xəstəlik olduğu üçün pandemiyaya çevrilmə ehtimalı yoxdur. Lakin xəstəlik artdıqca epidemiyalar müşahidə oluna bilər.
"Meymun çiçəyi"ndə ölüm faizi ədəbiyyat məlumatlarına əsasən 1-10%-dir.
Bu virusa yoluxmuş insanlarda ümumi əlamətlər təqribən iki həftədən sonra üzə çıxır. Bu əlamətlərə bədən hərarətinin qalxması, əzginlik, zəiflik, halsızlıq, əzələ-sümük ağrıları daxildir. Daha sonra isə bütün bədəndə səpkilər yaranmağa başlayır.
Səpkilər əvvəl ləkəli şəkildə olur. Sonra isə "papula", "vezikula"ya çevrilir və sonda səpgilər irinləyir. İrinləmə vaxtı xəstənin vəziyyəti ağırlaşa bilər, çünki bu zaman xəstənin hərarəti yüksəlir, kəskin intoksikasiya əlamətləri olur. Hətta ağır hallarda xəstələrdə infeksion toksiki şok da baş verə bilər. Xəstə sağaldıqdan sonra dəridə ömürlük çapıqlar qalır.
"Meymun çiçəyi" virus olduğu üçün müalicəsində ona təsir edən konkret antiviral preparat mövcud deyil. Müalicəsi patogenetik və
simptomatik aparılır. Xəstə ilə kontaktda olmuş şəxslər 17 gün təcrid etməlidir. Xəstəliyin qarşısını almaq üçün ümumi profilaktik tədbirlər və vaksinasiya aparıılmalıdır.
"Meymun çiçəyi"nə yaxın bir xəstəlik də təbii çiçəkdir. Təbii çiçəyə qarşı vaksinasiya olunan şəxslər "meymun çiçəyi"nə qarşı da qorunmuş olurlar.
Meymun çiçəyinin bizim ölkəyə çatma məsələsinə gəldikdə isə, ümumiyyətlə, infeksiyalar sərhəd tanımır. İnsanların ölkələrə qarşılıqlı səfərləri infeksiyanın daşınmasına, digər şəxslərin yoluxmasına səbəb ola bilər".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?
Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav
5 oktyabrTəbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri
7 oktyabrDərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17 oktyabrQlobal istiləşmə insanları sağlam dəridən məhrum edir
İqlim dəyişikliyi bütün dünyada insanların dərisinə ciddi zərər vurur və yeni xəstəlik dalğalarının yaranmasına səbəb olur. Qaynarinfo xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupunun gəldiyi bu nəticələr Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV
30 sentyabrHansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18 oktyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabrYeməkdən sonra şişkinliyin səbəbi bu xəstəliklər ola bilər - XƏBƏRDARLIQ
Yeməkdən sonra qarında şişkinlik bir çox insanda müşahidə olunan və qidalanma vərdişləri, həzm prosesi və qəbul edilən qidalarla bağlı yarana bilən haldır. Lakin şişkinliyin tez-tez təkrarlanması, uzun müddət davam etməsi və digər əlamətlərlə müşayiət olunması həzm sistemi ilə bağlı hər hansı problemi
5 oktyabrXərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun
Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütün xərçəng xəstəliklərinin 12 faizi infeksiyalarla əlaqəli olub. Bu, təxminən 2,
4 oktyabrGözləriniz əsl yaşınızı göstərə bilər
Yeni araşdırma süni intellektlə aparılan göz müayinələrinin insanların bioloji yaşlanma sürətini və bəzi gizli sistem xəstəlikləri erkən mərhələdə müəyyən edə biləcəyini ortaya qoyub. xəbər verir ki, Cənubi Koreyanın Seul milli universitetinin alimləri gözün arxa hissəsində yerləşən tor qişanı (retinanı
30 sentyabr