"Fəxri adı mənə Zeynəb Xanlarova verdirdi, kənd uşağı olduğuma görə mənə dəstək oldu..."

"Fəxri adı mənə Zeynəb Xanlarova verdirdi, kənd uşağı olduğuma görə mənə dəstək oldu...""Bir az xəstəyəm, barmağımı şəkərdən kəsiblər, 3-4 dəfə gözümdən əməliyyat olunmuşam. Gözümün biri sıradan çıxıb, digəri isə çox az görür. Ona görə də Fizuliyə, doğma Qoçəhmədli kəndimizə hələ də gedə bilməmişəm. Amma getmək arzusundayam. Şuşadan Fizuliyə asfalt yol çəkirlər, qoy o yol tam çəkilib bitsin, yayda həmin yolla Fizuliyə gedəcəyəm. Kəndimiz üçün, bulaqları, yaylaqları, dağları üçün çox darıxmışam. Mən o dağlarda qoyun otarırdım, səsim dağlarda əks-səda verirdi. Kənddə iki mərtəbəli ev tikdirmişdim, ermənilər hər şeyi məhv ediblər".
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış muğam ustadı Süleyman Abdullayev deyib. O daha sonra əlavə edib.
"Fəxri adı mənə Zeynəb Xanlarova verdirdi, kənd uşağı olduğuma görə mənə dəstək oldu...""Seyid Şuşinksi o vaxt Fizuliyə gəlib, istedadlı uşaqları seçib Bakıya aparırdı. Mən də gəlib ifa etdim və bəyənib Bakıya dəvət etdi. Bakıda gəlib bacımgildə qaldım. O vaxt Əlibaba Məmmədov, Qulu Əsgərov, Elmira Rəhimova, Zeynəb Xanlarova kim sənətkarlarla birgə təhsil alırdım. Seyid Şuşinskinin çox qəribə dərs demək texnikası var idi, bütün kursları bir-birinə qatıb, dərs deyirdi. Muğamları bir-birimizdən öyrənirdik. Zeynəb Xanlarova görürdü ki, kənddən gəlmişəm, kənd uşağıyam, məni çox istəyirdi, dəstək olurdu. Bacı-qardaş münasibətimiz var idi. Hətta o Milli Məclisdə çıxış edəndən sonra mənə "Əməkdar artist" fəxri adını verdilər. Dedim ki, Zeynəb xanım, bu günə qədər verməyiblərsə, artıq istəmirəm, daha gecdir! Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələn kimi xalq artistlərinə prezident təqaüdü verdi. O zaman mənim nə adım var idi, nə də bu günki tanınırdım. Bir nəfər ona demişdi ki, Süleyman yaxşı oxuyandır, onun yanında qalmışdı. Demişdilər ki, sənə "Əməkdar artist" adını verəcəyik. Mən də gəlib anama demişdim, anam demişdi ki, artist nədir ki, qoy uşaq mahnısını oxusun! Mən də bunu həmin adama deyəndə onu gedib Heydər Əliyevə çatdırmışdı. Bu sözüm ulu öndərin xoşuna gəlmişdi. O vaxt prezident təqaüdlərini xalq artistlərinə verirdilər. Təqaüdləri verəndə demişdi ki, bir qara oğlan var, onun adı niyə siyahıda yoxdur? Bir nəfər yalandan demişdi ki, o müsavatçıdır! Heydər Əliyev demişdi ki, elə şey ola bilməz, tapın onu! Məni axtarıb tapıb, prezident təqaüdü vermişdilər" deyə sənətkar bildirib.

Dədə Süleyman muğam sənətinin bu günki vəziyyətindən də danışıb.

"Mənə "Dədə" ləqəbini xalq özü verib. Çünki həmişə bu xalqın işinə yaramışam, toylarına pulsuz getmişəm. Heç vaxt getdiyim toylarda pul danışmamışam, amma ondan da yaxşı yola salıblar məni. Əvvəldən kasıblarla dolanan adam olmuşam. Bu günki xanəndələrin hamısından razıyam, o qədər istedadlı gənclər var ki. Hamısının adı yadımda qalmayıb, amma elə gözəl oxuyurlar ki, ürəyim dağa dönür. Eldəniz Məmmədovu o vaxt uşaq vaxtı Fizulidə mən kəşf etmişəm. Maşallah indi görün hansı səviyyədədir?! Qavalımın birini Eldənizə, digərini isə Qoçaq Əsgərova hədiyyə etmişəm" deyə xanəndə bildirib.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3290   Tarix: 21 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr
.

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand

9 sentyabr
.

Xalq artisti Alim Qasımovun 69 yaşı tamam olur

Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə

14 avqust
.

Rəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"

Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda

8 iyul
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

3 avqust
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr
.

"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir

Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə

23 iyul