"Belə tərifləri eşidəndə xəcalət çəkirəm, deyirəm ki, bəlkə məni ələ salırlar?"
"Hal-hazırda evdəyəm, səhhətimlə məşğulam. Şükür Allaha, özümü babat hiss edirəm, baxmayaraq ki, ağrılarım olur. Əsa ilə hərəkət edirəm, ayağlarım bir az ağrıyır. Sənət yoldaşlarım da zəng edib, mənimlə maraqlanırlar. Evə gəlmək istəyirlər, amma mən evdə tapılmıram. Bütün günü həkimlərdə, reabilitasiya mərkəzlərində oluram deyə onları evimdə qonaq edə bilmirəm".
Sonxeber.az xəbər verir ki, bunu Moderator.az-a xalq artisti Lətifə Əliyeva deyib. O, daha sonra əlavə edib.
"55 ildən çoxdur ki, mən sənət aləmindəyəm. Rəhmətlik Lütfü Məmmədbəyovun bir televiziya tamaşası vasitəsilə ilk dəfə efirə çıxmışam. O illərdən fəaliyyətdə olmuşam. Daha sonra Gənc Tamaşaçılar teatrına gəldim. İnsanın yolu kəsilirsə o onu bərbad hala qalır. İncimişəm, küsmüşəm. Axı mən də özümə görə bir aktyoram, dahi deyiləm. Özümü heç kimdən artıq tutan insan deyiləm. Mən görürəm ki, o insan məni ayaqlayıb gedir, amma mən ona hörmət edirəm. Mənə heç olmasa bu yaşımda bir rol versinlər. Mən də çəkilmək istəyirəm, bütöv seriala çəkmirsənsə heç olmasa 5-10 seriyasına çək. Axı mənim də qohum-əqrabam, qonşum var. Mən nə qədər onların suallarına cavab verim? Küçədə tamaşaçılar məni görüb deyir ki, gözümüz səni axtarır, elə bilirik ki, bu ana rolunu sən oynayacaqsan. Bir dəfə də oğlumla şəhərdə gəzirdim. Sən demə mən görmürəm, amma bir qadın məni izləyir. Birdən-birə gəldi o qadın məni qucaqladı. Dedi ki, nə yaxşı salamatsınız, görünmürsünüz, niyə oynamırsınız? Belə tərifləri eşidəndə əzab çəkirəm, düşünürəm ki, bəlkə də məni ələ salırlar. Amma o insanlara mən minnətdaram ki, məni mənim yadıma salırlar" deyə xalq artisti bildirib.
Lətifə Əliyeva ona sənətdə mane olan insanlardan danışıb.
"Vaxtilə oynamaq istədiyim obrazları mənə verməyiblər, mane olublar. Əgər o maneələr olmasaydı mən bundan da çox oynayardım. Görürdüm ki, mənə uyğun obrazları başqa həmkarlarım oynayır. Halal da xoşları olsun. Mən neyləyə bilərdim? Sadəcə incik düşürdüm. Sonuncu dəfə teatrda "Vurğuna Vurğun gəlin" tamaşasını oynadım. İnsanlar hamısı təəccüblə qarşıladılar. Mən həmin poemada olan 10 obrazı oynadım. İstedad, zəhmət necə olar? Hazırda isə yaş həddi ilə bağlı teatrda çalışmıram. Səhhətim imkan verdiyi halda teatra gedib, tamaşalarda oynamaq istəyirəm. Teatr rəhbərliyinin hər zaman diqqətini, qayğısını hiss edirəm. Hər biri sağ olsunlar" deyə aktrisa bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı
Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin
25 sentyabrAzərbaycanın Xalq artisti vəfat etdi
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand
9 sentyabrXalq artisti Alim Qasımovun 69 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə
14 avqustRəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"
Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda
8 iyulFəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto
Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb
17 avqustMehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım
Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"
3 avqust1700 illik nadir "Odisseya" parçası tapıldı
Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar
18 sentyabr"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir
Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə
23 iyul