"Kül sənin təpənə olsun, rəis haqqında mahnı olur?" – Mirəliyev əsəbiləşdi
"Rəis haqqında mahnı nə deməkdir, başa düşmürəm. Nə əcəb görən bu xanım rəisinin adını çəkməyib. (Gülür) Demək istəyirəm ki, artıq insanlarımız televiziyaya baxmırlar. Hamı internet televiziyasına baxır. Sən bu "Rəisim" mahnısını Azərbaycan xalqına niyə sırıyırsan? Bunu bir məclisdə sevgilin üçün oxuya bilərsən. Amma rəis haqqında mahnı olur? Bu gün rəis var, sabah yoxdur. Ölkə, məmləkət, region haqqında oxu. Kül sənin təpənə olsun, ay qız. Görün bunlar hansı yolla pul qazanmaq istəyirlər. Nə olsun ki, qadınsan, mərd olun. Belə edib xalqı niyə gözdən salırsınız?"
Sonxeber.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev son zamanlar tənqidlərə səbəb olan "Rəisim" mahnısı haqda danışarkən deyib. Ə.Mirəliyev Xəzər televiziyasında aldadılmasından da söz açıb:
"Dünən məni aldadıb Xəzər televiziyasına aparıblar. Guya ki, yeni bir maşın şou verilişi yaradıblar. Bir neçə nəfər də döyüşçü paltarı geyinib, əllərində dəyənək, üzlərində maskayla dayanıblar. Guya bunlar komandanın qolburanlarıdır. Onlar xoşlarına gəlməyən adamın qolundan tutub oyundan kənara atırlar. Dedim ki, ay bala, burax qolumu, özüm gedirəm. Deyir ki, yox, mən özüm qolundan tutub səni verilişdən uzaqlaşdırmalıyam. Mən də onları söydüm. Bunlar layihəni Rusiya kanalından oğurlayıblar. Görürlər baxan yoxdur və ona görə məni çağırıblar ki, guya verilişdə qalib gəlsən, pul verəcəyik. Mən yetimi aldadıb verilişə aparmışdılar. Qızım deyir ki, ata, sən məni biabır elədin, o boyda hörmətin var. Dedim ki, ay qızım, 3-5 min pul verəcəklərini dedilər, mən də getdim. Mən də "polis qardaşım", "Rəisim" mahnısı oxumuram ki".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı
Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin
25 sentyabrAzərbaycanın Xalq artisti vəfat etdi
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand
9 sentyabrXalq artisti Alim Qasımovun 69 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə
14 avqustRəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"
Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda
8 iyulFəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto
Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb
17 avqustMehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım
Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"
3 avqust1700 illik nadir "Odisseya" parçası tapıldı
Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar
18 sentyabr"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir
Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə
23 iyul