İlham Əliyev Xorvatiya Prezidentini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçə təbrik məktubu göndərib.
Sonxeber.az-ın məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan ilə Xorvatiyanı dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirir. Xoş ənənələrə əsaslanan əlaqələrimizin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlığın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əsasda səmərəli işbirliyimizin genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl surətdə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Xorvatiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 470 Tarix: 28 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Rəşad İsmayılovu nazir təyin etdi
Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb
10 fevralPrezident mükafata görə belə təşəkkür etdi - Foto
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif olunması haqda paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir"
4 fevralPrezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətinə Palatanın Yaxın Şərq
9 fevralABŞ vitse-prezidentinin Bakıya səfəri uğurlu sayılmalıdır
ABŞ vitse-prezidenti Vensin fevralın 10-11-də Azərbaycana səfəri sülh prosesinə dəstək baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya" imzalanıb. Sənədə əsasən
11 fevralVaşinqtonda imzalanmışdı, Bakıda möhürləndi
Məlum olduğu kimi, ABŞ-nin Vitse-prezidenti Jey Di Vens ölkəmizə 10 fevral tarixli səfəri çərçivəsində Prezident İlham Əliyev ilə "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya" imzalanıb. "Qafqazinfo"nun məlumatın
10 fevral