"Smart Qarabağ" Hakatonunun qalib komandaları seçilib

"Smart Qarabağ" Hakatonunun qalib komandaları seçilibRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN), eləcə də Türkiyənin Teknoloji Takımı Vakfının (T3 Vakfı), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı çərçivəsində "Smart Qarabağ" Hakatonunun qalib komandaları müəyyən edilib.

Bu barədə RİNN-ə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycandan 20 və Türkiyədən 10 komanda işğaldan azad edilmiş Qarabağın bərpası istiqamətində təhsil, kənd təsərrüfatı, nəqliyyat, ev təsərrüfatı, enerji sərfiyyatı, su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrində "Ağıllı həllər" hazırlayaraq münsiflər heyətinə təqdim edib.

Münsiflər heyəti mövzunun aktuallığı, konsepsiya və plan, həmçinin komandanın səriştəlilik potensialı, təqdimat bacarığı, istifadə olunan yeni texnologiyalar və təklif edilən texniki həllər, o cümlədən layihənin iqtisadi səmərəliliyi və reallaşma potensialını əsas götürərək qalib komandaları müəyyən edib.

Azərbaycanın "Safe Karabakh" komandası – "Safe Karabakh" mobil tətbiqi I yerin, Türkiyənin "Sytematör" komandası - SİNA dronu (Əkinçilik sahəsində zərərvericilərə qarşı istifadə olunan və ərazini dərmanlayan dron) II yerin, Türkiyənin A komandası – "Dayanıqlı ekoloji ağıllı şəhər modeli" III yerin qalibi olub.

"Smart Qarabağ" Hakatonu üzrə mükafat fondu 1-ci yer üzrə 10 min ABŞ dolları, 2-ci yer üzrə 5 min ABŞ dolları və 3-cü yer üzrə isə 3 min ABŞ dolları təşkil edir.

Bununla yanaşı, tapşırığı daha yaxşı həll etməyə çalışan 8 komandaya "Ən yaxşı layihə təqdimatı" nominasiyasında diplom və suvenir şəklində mükafat təqdim olunub. Bu nominasiyada təhsil sahəsi üzrə "Red Right Hand", kənd təsərrüfatı sahəsi üzrə "Empticus", nəqliyyat sahəsi üzrə "Landcopter", ev təsərrüfatı sahəsi üzrə "Read Teammers", enerji sərfiyyatı sahəsi üzrə "Buta Grup", ətraf mühit sahəsi üzrə "İTU Bees R&D Team və təhlükəsizlik sahəsi üzrə "Ejder" komandası mükafatlandırılıb. Diplom nüfuz əlamətini ehtiva edir və pul ekvivalenti yoxdur.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1108   Tarix: 28 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr