İlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİB

İlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBMayın 28-də Bakıda 7 saylı "ASAN xidmət" mərkəzinin və "Bilim Bakı" mərkəzinin açılışı olub.

Sonxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.

Dövlət başçılarına məlumat verildi ki, paytaxtda tikilmiş yeni "ASAN Həyat" Kompleksi üç hissədən ibarətdir. Kompleksdə 7 saylı Bakı "ASAN xidmət" mərkəzi və "INNOLAND", "Bilim Bakı" mərkəzi və ASAN İnnovativ İnkişaf Mərkəzi, həmçinin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının yeni inzibati binası yerləşir.

Bildirildi ki, tikintisinə 2019-cu ildə başlanılan kompleksin iki hissəsi - "ASAN xidmət" mərkəzi və "INNOLAND", "Bilim Bakı" və ASAN İnnovativ İnkişaf mərkəzlərinin inşası 2022-ci ilin mayında başa çatdırılıb. Üçüncü hissə isə cari ilin sonunadək hazır olacaq.

Kompleksdə yerləşən "ASAN xidmət" mərkəzi Bakıda yeddinci, ümumilikdə ölkə üzrə 23-cü mərkəzdir. Mərkəz Bakıda xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq inşa edilib və ərazi məhdudiyyəti olmadan vətəndaşlara xidmət göstərəcək. Ümumilikdə 288 əməkdaşın və 50 könüllünün çalışacağı mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 325-dən çox xidmət həyata keçiriləcək.

Qeyd edək ki, mərkəzdə "ABAD" publik hüquqi şəxsin sayca 11-ci etnobutiki, habelə 2-ci "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti də nəzərdə tutulur. Fəaliyyətə 2018-ci ilin noyabrından başlayan "INNOLAND" tərəfindən bu günədək inkubasiya dövründə 50, akselerasiya dövründə isə 36 startap ilə iş həyata keçirilir. "INNOLAND" Türkiyə, Macarıstan, Makedoniya, Koreya Respublikası, ABŞ, Almaniya, Litva və Estoniya kimi ölkələrdən olan təşkilatlarla beynəlxalq əməkdaşlıq qurub.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "ASAN xidmət" və "Bilim Bakı" mərkəzlərini işə saldılar.

Sonra dövlət başçıları "Bilim Bakı" mərkəzi ilə tanış oldular.

Məlumat verildi ki, bu mərkəz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə təsisçisi Selçuk Bayraktar olan Türkiyə Texnologiya Komandası Vəqfi arasında imzalanmış əməkdaşlıq barədə protokola əsasən yaradılıb. Mərkəzin fəaliyyəti ümumtəhsil mərkəzlərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönəlib, elmi biliklərin təcrübədə necə tətbiq olunduğunu müşahidə etmək imkanı yaradır. Mərkəzdə hər biri 20 şagird yerlik 6 laboratoriya fəaliyyət göstərəcək. Bunlar təbiət elmləri, texnologiya, riyaziyyat, astronomiya, kosmos və aviasiya, dizayn və sahibkarlıq laboratoriyalarıdır.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan laboratoriyalarda təcrübə aparan şagirdlərlə söhbət etdilər.

Bildirildi ki, "Bilim Bakı" mərkəzində perspektiv ehtiyacları nəzərə alan, layihə əsaslı, gündəlik həyat problemlərinin həllinə yönələn və şagirdlərə XXI əsrin bacarıqlarına yiyələnmək imkanı verən "Deneyap Texnologiya" proqramı həyata keçiriləcək. Burada 11 əməkdaş fəaliyyət göstərəcək və Türkiyə Texnologiya Komandası Vəqfinin təlim proqramı əsasında tədris aparılacaq. Müvafiq təlim proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılıb.

Kompleksdə ASAN İnnovativ İnkişaf Mərkəzi də fəaliyyət göstərəcək. Bu mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət orqanlarında vətəndaşlara xidmət sahəsində kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə töhfə vermək, bilik və bacarıqların artırılması istiqamətində təlimlər həyata keçirməkdir.

Dövlət başçılarına məlumat verildi ki, Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası həm də ixrac səbətində yer alır. Agentliyin ekspertləri tərəfindən müxtəlif ölkələrdə təlimlər keçirilir, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilir. İndiyədək Dövlət Agentliyi və tabeliyindəki qurumlar öz fəaliyyətləri çərçivəsində 15 ölkə və 2 beynəlxalq təşkilatla müqavilələr imzalayıblar.

Sonda Azərbaycan və Türkiyə prezidentlərinə xatirə hədiyyələri təqdim olundu.

Qeyd edək ki, hazırda Azərbaycanda 22 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir, 5-nin isə inşası davam etdirilir. Bu günədək "ASAN xidmət" mərkəzlərinə 8 milyon 88 mindən çox vətəndaşın 52 milyondan çox müraciəti daxil olub. Regionlarda 10 səyyar "ASAN xidmət" avtobusu və səyyar "ASAN qatar" vasitəsilə də vətəndaşlara xidmətlər göstərilir. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də 7 saylı Bakı "ASAN xidmət" mərkəzinin və "Bilim Bakı" mərkəzinin açılışında iştirak ediblər.

Sonxeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBİlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBİlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBİlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBİlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBİlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBİlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBİlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBİlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBİlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBİlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBİlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBİlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBİlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBİlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBİlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBİlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBİlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBİlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİBİlham Əliyev və Ərdoğan ASAN Xidmətin açılışında - YENİLƏNİB


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3965   Tarix: 28 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr