"Badamlı 75 il" stimullaşdırıcı tirajlı lotereya kampaniyası - 1-ci mərhələ, 1-ci tiraj - FOTO

"Badamlı 75 il" stimullaşdırıcı tirajlı lotereya kampaniyası - 1-ci mərhələ, 1-ci tiraj - FOTO"Badamlı mineral sular" MMC-nin 75 illik yubileyi münasibətilə təşkil etdiyi "Badamlı 75" tirajlı stimullaşdırıcı lotoreyanın ilk mərhələsinin ilk tirajının qalibləri 29.05.2022 -ci il tarixində müəyyən olundu. "Badamlı"nın rəsmi feysbuk və instagram səhifələrində canlı efirində baş tutan lotereyada uğurlu qeydiyyatdan keçmiş kodlar arasından 25 kod yəni 25 iştirakçı bir-birindən dəyərli hədiyyələr qazanıb.

Belə ki, ilk tirajda lotereya iştirakçıları lotereya çərçivəsində 8 ədəd iPhone 13, 8 ədəd Samsung Galaxy S21, 3 ədəd HP notbuk, 3 ədəd JBL qulaqlıq,3 ədəd Elektrikli skuter qazanıblar.
Qalib kodların sahibləri Bakı şəhəri, Abşeron, Lənkəran, Quba, Şəki, Tərtər rayonlarından və Naxçıvan MR-nın Naxçıvan şəhəri, Şahbuz və Ordubad rayonlarından qeydiyyatdan keçmiş iştirakçılar olmuşdurlar. Azərbaycanın ilk milli su markası olan "Badamlı" istehlakçıları üçün tirajlı stimullaşdırıcı lotereyasında qalib kodların sahibləri canlı yayımda lotereyanın uduş fondundan dəyərli hədiyyələr qazanan kodların özlərinə aid olduğunu gördükdə keçirdikləri hisslərin əvəzsiz olduğunu və ailələrinə yaşadılan bu sevinc üçün şirkət rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
"Badamlı 75 il" stimullaşdırıcı tirajlı lotereya kampaniyası - 1-ci mərhələ, 1-ci tiraj - FOTOŞirkət əməkdaşları "Badamlı"nın tirajlı stimullaşdırıcı lotereyasında çoxlu sayda mobil avadanlıqlar və digər dəyərli hədiyyələr qazanan qalib kodların sahiblərinə "Badamlı mineral sular" MMC-nin Bakı və Naxçıvan şəhərlərində yerləşən ofislərində 3 iyun 2022-ci il tarixdən etibarən hədiyyələri təqdim etməyə başlayıblar.
2022 -ci il 1 may - 25 dekabr tarixləri arasında keçiriləcək tirajlı stimullaşdırıcı lotereyada "Badamlı"nın qazlı və qazsız məhsullarını alaraq möhtəşəm hədiyyələr qazana bilərsiniz.
Qeyd edək ki, hər ay keçiriləcək Badamlı stimullaşdırıcı tirajlı lotereyası iki mərhələdən ibarətdir. Birinci mərhələdə müxtəlif dəyərli hədiyyələr, ikinci mərhələdə isə avtomobil oynanılır. Lotereyada iştirak etmək üçün "Badamlı" sularının qapaqlarının altındakı və ya evlərə sifariş zamanı onlara təqdim olunan kuponların arxasında olan 9 rəqəmli kodu 75il.badamlı.az saytında, həmçinin (055) 575-1947 vatsap nömrəsində qeydiyyatdan keçərək lotereyada iştirak etmək hüququ qazanır. Lotereyada hər bir iştirakçı lotereyada qalib olmaq üçün iki şans qazanır: Birinci dəfə qeydiyyatdan keçdiyi tiraj zamanı və ikinci dəfə isə 25 dekabr 2022-ci il tarixində avtomobilin oynanıldığı lotereya zamanı. Lotereya iştirakçılarından kodların olduğu qapaq və kuponları atmamaq xahiş olunur. Qalib olduqları zaman onlar iştirakçılar tərəfindən mütləq şəkildə "Badamlı" şirkətinə təqdim olunmalıdır.

Xatırladaq ki, stimullaşdırıcı lotoreyanın ikinci tirajı 2022-ci il 26 iyun tarixlərində "Badamlı"nın İnstagram @badamli1947 hesabından, Facebook və Youtube kanalı üzərindən canlı yayım vasitəsilə izləyə bilərsiniz.
Lotereyanın nəticələri canlı yayımda, kütləvi informasiya vasitələrində, sosial media platformalarında və 75il.badamli.az saytında elan ediləcək.
Qeyd edək ki, lotereya 1 may-25 dekabr 2022 -ci il tarixləri arasında hər ay keçiriləcək və lotereyada ümumilikdə 226 uduş oynanılır.
75 ədəd - iPhone 13
75 ədəd - Samsung Galaxy S21
25 ədəd - HP Notbuk
25 ədəd - SEGWAY: Elektrikli Skuter
25 ədəd - JBL T510BT qulaqlıq
1 ədəd BESTUNE T99 minik avtomobili
Daha çox Badamlı, daha çox şans

Məqaləyə dair fotomateriallar:
"Badamlı 75 il" stimullaşdırıcı tirajlı lotereya kampaniyası - 1-ci mərhələ, 1-ci tiraj - FOTO"Badamlı 75 il" stimullaşdırıcı tirajlı lotereya kampaniyası - 1-ci mərhələ, 1-ci tiraj - FOTO"Badamlı 75 il" stimullaşdırıcı tirajlı lotereya kampaniyası - 1-ci mərhələ, 1-ci tiraj - FOTO"Badamlı 75 il" stimullaşdırıcı tirajlı lotereya kampaniyası - 1-ci mərhələ, 1-ci tiraj - FOTO


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1791   Tarix: 04 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr
.

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand

9 sentyabr
.

Xalq artisti Alim Qasımovun 69 yaşı tamam olur

Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə

14 avqust
.

Rəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"

Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda

8 iyul
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

3 avqust
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr
.

"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir

Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə

23 iyul