Lavrov deyir "hücum etməmişik", Putin isə...

Lavrov deyir "hücum etməmişik", Putin isə...Rusiyanın xarici işlər naziri Sergey Lavrov BBC-yə müsahibəsində deyib ki, Rusiya Ukraynaya hücum etməyib.

Lakin o Ukraynada Rusiyanın "xüsusi əməliyyatını" izah edərkən deyib ki, "Rusiyanın NATO-nun Ukraynanı özünə çəkməməsini Qərbə başa salmaq üçün başqa çıxış yolu qalmamışdı".

BBC-nin Ukraynada dinc əhalinin başına gətirilən müsibət və iztirablar, BMT insan haqları üzrə ali komissar Mişel Baçeletin hesabatı barədə sualına cavab verərkən Lavrov deyib ki, BMT-nin baş katibinədək bütün məmurlar Qərbin təzyiqi altındadır: "Rusiya ipək deyil. Rusiya necə varsa elədir və biz özümüzü olduğumuz kimi göstərməkdən utanmırıq".

İyunun 17-də Rusiya prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumunda etdiyi çıxışda bəyan edib ki, Ukraynada "xüsusi əməliyyat" davam etdiriləcək və onun bütün məqsədlərinə çatılacaq. O deyib ki, "birqütblü dünya nizamının dövrü artıq keçib".

Putin Avropa İttifaqını öz "suverenliyini tamamilə itirməkdə" və "özgələrin çaldığını oynamaqda" ittiham edib. Onun sözlərinə görə Qərb beynəlxalq əməkdaşlıq anlayışını bilərəkdən iflasa uğradıb.

Putin Rusiyaya qarşı sanksiyaları "axmaq və düşünülməmiş" adlandırıb və bildirib ki, Rusiya öz iqtisadi vəziyyətini addım-addım normallaşdıracaq, ABŞ və Avropa isə əksinə özlərinin qoyduğu sanksiyalardan böyük ziyan görəcək. Onun sözlərinə görə bu ziyanın məbləği 400 milyard dollara çata bilər.

Putin iddia edib ki, ABŞ və Qərbdəki iqtisadi tənəzzül Ukrayna müharibəsi ilə deyil, Böyük yeddilərin G7 qrupunun apardığı məsuliyyətsiz makroiqtisadiyyat siyasəti ilə bağlıdır. Ukrayna taxılının Qara dəniz portlarından çıxa bilməməsi məsələsinə toxunan Putin deyib ki, portları Ukraynanın özü minalayıb və əslində Rusiya taxılın ixracına maneçilik törətmir.

Lakin Putin bunun ardınca deyib ki, o Ukraynanın taxılı satıb puluna silah ala biləcəyindən narahatdır. Putin Rusiya iqtisadiyyatının sabitləşdirilməsi üçün planlaşdırılan tədbirlərdən danışıb.

Rusiya prezidenti Rusiya biznesmenlərini Rusiyada işləməyə çağırıb. O deyib ki, "investisiyalarınızı bura yatırın, burada böyük potensial var, öz eviniz daha etibarlıdır". Putinin sözlərinə görə "buna qulaq asmayanlar xaricdə milyonlarını itiriblər".

Lakin Qərbi kəskin tənqid edən Rusiya prezidenti bunu da deyib ki, "Rusiya açıq iqtisadiyyat kimi inkişaf edəcək və Qərbin misli görünməmiş sanksiyalarına baxmayaraq təcrid olunmayacaq". O əlavə edib ki, Rusiya Qərb şirkətləri ilə əməkdaşlığı davam etdirəcək.

Putin ümid etdiyini bildirib ki, Rusiya qazı yeni marşrutlarla axmaqda davam edəcək. Onun sözlərinə görə Rusiya öz iqtisadiyyatını onunla əməkdaşlıq etmək istəyənlərin hesabına genişləndirəcək./Yenisabah


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1185   Tarix: 19 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ABŞ-İran müharibəsində gərginlik artır: Danışıqlar dayanıb, neftin qiyməti yüksəlir

ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik danışıqlarda irəliləyiş əldə olunmur, regionda hərbi qarşıdurmanın yenidən genişlənməsi və enerji təchizatında problemlərin yaranması ilə bağlı narahatlıqlar artır. ABC News-un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İranla müharibəni

21 oktyabr
.

Dünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər

İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c

22 oktyabr
.

Rusiya hərbi təyyarələri ard-arda qəzaya uğrayıb

Rusiyanın Kalininqrad vilayətində hərbi təlim uçuşu yerinə yetirən "Su-30" tipli çoxməqsədli qırıcı təyyarə qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, insident döyüş dəsti olmayan planlı uçuş zamanı baş verib. Hər iki pilot təyyarə düşməzdən əvvəl katapult edərək xila

22 oktyabr
.

ABŞ-İran münaqişəsi 2027-ci ilin əvvəlinə qədər səngiyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ ilə İran arasındakı müharibənin 2027-ci ilin əvvəlinə qədər səngiyəcəyini və enerji ticarətinin il ərzində tənzimlənəcəyini təxmin edir. xəbər verir ki, bu barədə BVF-nin Yaxın Şərq və Mərkəzi Asiyada iqtisadi inkişaf perspektivləri ilə bağlı müntəzəm hesabatında deyilir

22 oktyabr
.

Rusiya Ukraynaya kütləvi hücum etdi: ölənlər və yaralananlar var

Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə raket və dronlarla hücumları nəticəsində ölən və yaralananlar var. Kiyevdə yaşayış binalarına və nəqliyyat infrastrukturuna ziyan dəyib, Xarkov, Donetsk və Çerniqov vilayətlərində də mülki əhali arasında itkilər qeydə alınıb. "Associated Press"i

22 oktyabr
.

Belçikada həmkarlar ittifaqları irimiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırır

Belçikanın üç əsas həmkarlar ittifaqı - "Ümumi Əmək Federasiyası", Xristian Həmkarlar İttifaqları Konfederasiyası və "Synova" noyabrın 23-də Brüsseldə irimiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Onla

22 oktyabr
.

Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı

"Spotify" platforması aşağı keyfiyyətli məzmun və spam hesab etdiyi çox süni intellektlə yaradılmış 50 milyondan çox musiqini tövsiyə sistemindən çıxarıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, şirkət bu addımları həqiqi sənətçilərin əsərlərini ön plana çıxarmaq v

22 oktyabr
.

Çində baş verən zəlzələ nəticəsində 16 nəfər ölüb

Çinin Tibet Muxtar Vilayətinin Bakken qraflığının Naqqu şəhərində baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində ən azı 16 nəfər ölüb, 32 nəfər yaralanıb. xəbər verir ki, zəlzələ nəticəsində 16 nəfər ölüb, 32 nəfər isə yaralanıb. Agentliyin cümə gecəsi olan məlumatlarına görə, yaralılardan 11-nin vəziyyət

23 oktyabr
.

Rusiya Kiyevə 21 ballistik raket atdı

Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumları həyata keçirib. The Guardian-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqlamasına görə, Rusiya qüvvələri Kiyevə üç dalğa ilə azı 21 ballistik raket atıb. Hücumlar nəticəsində paytaxtda yaşayış evləri və enerji infrastruktur

23 oktyabr