Tokayevin Putinin üzünə dediyi möhtəşəm sözlər...
Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda – Rusiya Prezidenti Vladimir Putinin yanında "dxr" və "lxr"i "kvazidövlət"lər adlandırdı. Və bunu BMT Nizamnaməsi ilə izah etdi.
"BMT Nizamnaməsindəki iki əsas prinsip – ölkələrin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ indi bir-biri ilə ziddiyyət təşkil edir. Lakin bütün dünyada millətlərin öz müqəddəratını təyin etmə hüququ reallaşarsa, indi BMT-yə üzv olan 193 dövlət əvəzinə 500-600 dövlət yaranacaq ki, bu da xaosa səbəb olacaq. Buna görə biz nə Tayvanı, nə Kosovanı, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanıyırıq. Bu prinsip Luqansk və Donetskdə olan kvazidövlət ərazilərinə də şamil olunacaq", – Tokeyev deyib.
Putinin yanında dediyi bu sözləri bir qədər yumşaltmaq üçün "bu, səmimi suala səmimi cavabdır" deyə əlavə də edib.
Yanvar hadisələri fonunda Qazaxıstan Prezidentinin bu çıxışı cəsarətlidir, xüsusilə Putinin yanında. Amma Tokayevin bu məsələdə kiçik tərəddüdü belə öz əleyhinə olardı, təkcə ona görə yox ki, BMT Nizamnaməsi bunu tələb edir, burada söhbət Qazaxıstanın ərazi bütövlüyündən gedir. Tokayev də bilir ki, Ukrayna ərazisini "rusların və rusdilli əhalinin müdafiəsi" iddiası ilə işğal edən Rusiyada Qazaxıstanın şimal bölgəsinin eyni iddia ilə "ilhaqı" planı həmişə mövcud olub.
Tokayev əslində Putinə "Qazaxıstanda eyni ssenariyə imkan vermərik" deyir./Axar
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1340 Tarix: 19 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər
İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c
22 oktyabrRusiya hərbi təyyarələri ard-arda qəzaya uğrayıb
Rusiyanın Kalininqrad vilayətində hərbi təlim uçuşu yerinə yetirən "Su-30" tipli çoxməqsədli qırıcı təyyarə qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, insident döyüş dəsti olmayan planlı uçuş zamanı baş verib. Hər iki pilot təyyarə düşməzdən əvvəl katapult edərək xila
22 oktyabrABŞ-İran münaqişəsi 2027-ci ilin əvvəlinə qədər səngiyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ ilə İran arasındakı müharibənin 2027-ci ilin əvvəlinə qədər səngiyəcəyini və enerji ticarətinin il ərzində tənzimlənəcəyini təxmin edir. xəbər verir ki, bu barədə BVF-nin Yaxın Şərq və Mərkəzi Asiyada iqtisadi inkişaf perspektivləri ilə bağlı müntəzəm hesabatında deyilir
22 oktyabrRusiya Ukraynaya kütləvi hücum etdi: ölənlər və yaralananlar var
Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə raket və dronlarla hücumları nəticəsində ölən və yaralananlar var. Kiyevdə yaşayış binalarına və nəqliyyat infrastrukturuna ziyan dəyib, Xarkov, Donetsk və Çerniqov vilayətlərində də mülki əhali arasında itkilər qeydə alınıb. "Associated Press"i
22 oktyabrSüni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
"Spotify" platforması aşağı keyfiyyətli məzmun və spam hesab etdiyi çox süni intellektlə yaradılmış 50 milyondan çox musiqini tövsiyə sistemindən çıxarıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, şirkət bu addımları həqiqi sənətçilərin əsərlərini ön plana çıxarmaq v
22 oktyabrÇində baş verən zəlzələ nəticəsində 16 nəfər ölüb
Çinin Tibet Muxtar Vilayətinin Bakken qraflığının Naqqu şəhərində baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində ən azı 16 nəfər ölüb, 32 nəfər yaralanıb. xəbər verir ki, zəlzələ nəticəsində 16 nəfər ölüb, 32 nəfər isə yaralanıb. Agentliyin cümə gecəsi olan məlumatlarına görə, yaralılardan 11-nin vəziyyət
23 oktyabrRusiya Kiyevə 21 ballistik raket atdı
Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumları həyata keçirib. The Guardian-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqlamasına görə, Rusiya qüvvələri Kiyevə üç dalğa ilə azı 21 ballistik raket atıb. Hücumlar nəticəsində paytaxtda yaşayış evləri və enerji infrastruktur
23 oktyabr