DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Axşam saat 21:00-dan səhər saat 7:30-dək... - VİDEO

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Axşam saat 21:00-dan səhər saat 7:30-dək... - VİDEOSon bir neçə gündə kənd təsərrüfatı məhsulları daşıyan yük avtomobillərinin iştrakı ilə ard-arda qəzalar baş verib.

BAKU.WS ki, bir neçə gün bundan əvvəl Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində kartof daşıyan kiçik tutumlu yük avtomobili idarəetmədən çıxaraq qarşıda olan digər yük avtomobilinə çırpılıb.

Nəticədə yük avtomobillərinin birində olan kürdəmir rayon sakini, 20 yaşlı gənc hadisə yeridə ölüb. Gecə isə paytaxtın Bəşir Bünyadov küçəsində pomidor daşıyan kiçik tutumlu yük avtomobili aşıb. Xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi zərər dəyib. Daşınan məhsul isə yararsız hala düşüb.

Yay mövsümü ilə əlaqədar bölgələrdən paytaxta meyvə-tərəvəz məhsullarının daşınması artıb. Aqrar məhsulları səhər saatlarında paytaxta çatdırmaq üçün əksər sürücülər gecə boyu avtomobil idarə edirlər. Son bir neçə gündə məhz belə nəqliyyat vasitələrinin qəzaya uğraması sürücülərin məsuliyyətli olmalarını aktuallaşdırır.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin, baş inspektoru Araz Əsgərli "Xəzər Xəbər"ə deyib ki, kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin sürücüləri maksimum dərəcədə yollarda diqqətli olmalıdırlar

Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yük avtomobilləri paytaxt ərazisinə yay fəslində axşam saat 21:00-dan səhər saat 07:30-a qədər daxil ola bilərlər. Qışda isə buna 20:00-dan səhər 07:30-a qədər icazə verilir.

Qeyd edək ki, təhlükəsizliyi təmin etmək məqsədi ilə yol polisi yük avtomobilləri sürücülərinə nəzarəti artırıb və vaxtından tez paytaxta daxil olan belə sürücüləri inzibati qaydada cərimə olunurlar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1030   Tarix: 20 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İmtahanda hüquqları pozulan abituriyent və tələbələr nə etməlidirlər? - AÇIQLAMA

İmtahanlarda hüquqi pozuntular abituriyentlər və tələbələr üçün ciddi narahatlıq doğura bilər. Bu hallar həm ədalətli qiymətləndirmə prinsipinə, həm də tələbələrin gələcək akademik və peşəkar imkanlarına birbaşa təsir göstərir. Bəs görəsən imtahanda hüquqları pozulan abituriyent və tələbələr nə etməlidirlər?

10 mart
.

Əməkdar artist ağır itki (FOTO)

Əməkdar artist Gülzar Qurbanovaya ağır itki üz verib. Qaynarinfo xəbər verir ki, aktrisanın anası dünyasını dəyişib. Bu haqda G.Qurbanova özü məlumat yayıb. Anası ilə fotosunu yayımlayan aktrisa "Mənə görə ananı ancaq uca Allahla müqayisə etmək olar. Mənim üçün hər ikisi də müqəddəsdir. Anam məni

9 mart
.

Bu şadlıq sarayı bağlandı - Video

Daha bir yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Xaçmaz şəhərində yerləşən "Elmin" şadlıq sarayında yoxlama keçirilib. Keçirilə

10 mart
.

"Dünyanın heç bir yerində mart ayında buraxılış imtahanı verilmir" - AÇIQLAMA

Martın 9-da 11-ci sinif şagirdləri üçün ölkə üzrə keçirilən buraxılış imtahanından sonra sosial şəbəkələrdə və təhsil ictimaiyyətində müzakirələr başlayıb. Bəzi şagirdlər və təhsil mütəxəssisləri imtahana salınan sualların ayrılan vaxtla tam mütənasib olmadığını, ötən illərlə müqayisədə daha çətin olduğun

10 mart
.

Diqqətsiz addımı az qala faciəyə səbəb olacaqdı - VİDEO

Çində baş verən yol-nəqliyyat hadisəsi təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb. Yolun qarşı tərəfinə keçmək istəyən piyada ehtiyatsız şəkildə hərəkət edərkən yük avtomobili ilə toqquşub. türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı sürücünün ani manevri nəticəsində tırı

10 mart
.

Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir

Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur. Bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. Bu çərşənbəni "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Xalq arasında "əvvəl çərşənbə", "gözə

10 mart
.

Azərbaycanlı şagird Türkiyədə vəfat etdi - Foto

Xaçmazda 8-ci sinif şagirdi Fatimə Zəkiyeva vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə şagirdin təhsil aldığı Xudat şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin sosial şəbəkə hesabında paylaşım edilib. Onun uzun müddət davam edən aplastik anemiya xəstəliyindən əziyyət çəkdiyi v

10 mart
.

İşsizliyin gücü: Qorxunu necə fürsətə çevirmək olar? - Psixoloq yazır

İnsanlar çox zaman öz çətinliklərini gizlətməyə çalışır, sanki zəifliklərini göstərmək ayıbdır. Halbuki məhz bu məqamda yanılırlar. Hər bir insanın taleyində enişlər və yoxuşlar olur. Elə anlar gəlir ki, insan özünü zəif hiss edir, amma məhz bu zəiflik anlarında o, yaşamaq uğrunda mübarizə aparmaq üçü

9 mart
.

Elçin Hüseynov iftar süfrəsi təşkil etdi

Ötən gün müğənni Elçin Hüseynov rəhbəri olduğu "Halikarnas By Niel" Məkanında iftar süfrəsi təşkil edib. Ramazan ayının mənəvi ab-havasında baş tutan tədbir eyni zamanda məkanın yeni adı ilə fəaliyyətinin təqdimatı olub. İftar süfrəsinə sənət aləminin tanınmış simaları, ictimaiyyət nümayəndələr

10 mart