Küveyt Əmiri ölkə parlamentini buraxdı
Küveytin dövlət telekanalında bu ölkənin Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın adından çıxış edən vəliəhd şahzadə Şeyx Məşal əl-Əhməd əs-Sabah çərşənbə günü Küveyt parlamentinin buraxıldığını və konstitusiya qaydalarına uyğun olaraq ümumi seçkilər keçiriləcəyini bildirib.
"Qafqazinfo" KUNA agentliyinə istinadla xəbər verir ki, vəliəhd şahzadə Küveyt Milli Assambleyası ilə icra hakimiyyəti arasında fikir ayrılığının da aradan qaldırılmasını ölkənin inkişafı naminə mühüm amil adlandırıb. Bəzi məmurları da tənqid edən Şeyx Məşal qeyd edib ki, parlamentlə hökumət arasında nifaq Küveytdə milli həmrəyliyə zərər verir. O əlavə edib ki, Milli Assambleyanın buraxılması və seçkilərin təyin edilməsi ilə bağlı fərman hüquqi tənzimləmələr yekunlaşdıqdan sonra yaxın bir neçə ay ərzində veriləcək.
"Biz xalqın öz nümayəndələrini seçməsinə müdaxilə etməyəcək, növbəti Milli Assambleyanın işinə və ya onun spikeri, müxtəlif komitələrin seçilməsi ilə bağlı məsələlərə qarışmayacağıq. Bununla belə, vətəndaşları ölkənin mənafeyini məzhəb və tayfa mənsubiyyətindən üstün tutmağa çağırırıq", - deyə vəliəhd şahzadə vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1053 Tarix: 22 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fransada baş verən iğtişaşlardan sonra 123 nəfər həbs edilib
Fransanın ədliyyə naziri Cerald Darmanin bildirib ki, etirazlar ölkə daxilində iğtişaşlara çevrildikdən sonra Fransa hakimiyyəti 123 nəfəri həbs edib. xəbər verir ki, nazir "Europe 1" radiostansiyasına və CNews telekanalına verdiyi müsahibədə bildirib ki, "hazırda 123 nəfər həbsdədir
20 oktyabrDünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək
Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad
19 oktyabrKim Çen In komaya düşüb? - Bacısı yerinə keçə bilər
Şimali Koreya lideri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü barədə sosial şəbəkələrdə iddialar yayılıb. "Qafqazinfo" "The Sun" nəşrinə istinadən xəbər verir ki, iddialara görə, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən o
20 oktyabrMilanda kütləvi iğtişaşlar səbəbindən qoşunlar yerləşdirilib
İtaliya hökuməti 17-18 oktyabr iğtişaşlarından sonra Milana 500 əsgər göndərəcək. xəbər verir ki, "The Guardian" qəzeti yazır ki, ölkədə artan yaşayış qiymətlərinə etiraz edən nümayişçilər polislə toqquşub, dizayner geyim mağazaları da daxil olmaqla, mağazalar talan edilib və dağıdılıb. Hərbçiləri
20 oktyabrKim Çen Inın bacısından sərt bəyanat: Cənubi Koreyaya xəbərdarlıq
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Cənubi Koreyanı sərhəddəki hərəkətlərinə görə tənqid edib. O, iki ölkə arasındakı sərhəd bölgəsində yaranmış vəziyyəti ciddi adlandıraraq Seula xəbərdarlıq edib. The Mirror-a istinadən xəbər verir ki, Kim Yo Conqun sözlərinə görə, Cənubi Koreya hərbçilər
20 oktyabr