"Putin ölümcül xəstədir? Özünüzü aldatmağa dəyməz..."

"Putin ölümcül xəstədir? Özünüzü aldatmağa dəyməz...""Bu ilin oktyabr ayında Putinin 70 yaşı tamam olur və qocaldıqca onun sağlamlığına diqqət yalnız güclənəcək"

"Bəziləri onun ciddi xəstə olduğu, bəziləri isə hətta öldüyü qənaətindədir"

"Kreml Putinin sağlamlıq vəziyyətinin əla olduğunu iddia edir..."

"Putin ölsə belə, bu, Ukraynada hərbi əməliyyatların sona yetməsinə kömək etməyəcək"

Son zamanlar Rusiya prezidenti Vladimir Putinin sağlamlığı barədə şayiələr dalğası səngimək bilmir. Anonim və o qədər də anonim olmayan mənbələr iddia edir ki, o, xərçəngdən və Parkinson xəstəliyindən əziyyət çəkir, bəziləri isə az qala onun öldüyünü və oxşarının əvəzləməsini iddia edib.

Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.

Putinin yüksək vəzifəli köməkçiləru ilə görüşündən çəkilən fotoşəkillər az qala mikroskop altında nəzərdən keçirilir: müdafiə naziri Sergey Şoyqu ilə görüşdə o, ağrıdan masadan tutmayıbmı? Onun şişkin sifəti steroid preparatların istifadəsinin əlaməti deyilmi? Titrəyən ayağı Parkinson xəstəliyinə dəlalət etmirmi?

Ötən bazar günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz müsahibəsində Putinin xəstəliyi və ya ölümü barədə gümanları təkzib etməyə məcbur olub.

"Prezident Vladimir Putin hər gün ictimaiyyət qarşısına çıxır, - Lavrov bunu fransız televiziyasına müsahibəsində deyib. - Siz onu ekranlarda görə, çıxışlarını oxuyub dinləyə bilərsiniz. Mən düşünmürəm ki, sağlam düşüncəli insanlar hər hansı xəstəlik və ya pis ovqatın əlamətlərini görə bilər".

O, deyib ki, Putinin sağlamlığının pis olması barədə məlumatları "bu şayiələri yayanların vicdanına buraxır".

Mayın 30-da Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb və Təhlükəsizlik Şurasının iclasını keçirib. Hər iki görüş distansiyadan baş tutub. Putinlə görüşən və karantindən keçməyən köməkçiləri və dünya liderləri prezidentdən on metr aralıda uzun masa arxasında əyləşməli olub.

Bundan öncə uzun illər Rusiyada işləyən sabiq britaniyalı casus bəyan edib ki, Putin "ciddi xəstədir". O, iddia edib ki, onun xəstəliyi Rusiyanın Ukraynaya müdaxiləsinin "elementlərindən biri" olub.

Ötən həftə oxşar bəyanatla Ukrayna hərbi kəşfiyyatının rəisi Kirill Budanov da çıxış edib.

"Onun bir sıra xəstəlikləri var, onlardan biri də xərçəngdir", - bunu Budanov "Ukrainskaya pravda" nəşrinə müsahibəsində deyib. - Lakin Putinin sabah ölməsinə ümid etməyə dəyməz".

O, həmçinin bəyan edib ki, çevriliş "nəticə etibarı ilə Rusiya Federasiyasında rəhbərliyin dəyişilməsinə gətirib çıxaracaq. Bu prosesə artıq start verilib".

May ayında sabiq sovet kəşfiyyatçısı Boris Karpuçkov "Sun" qəzetinə heç bir sübut olmadan məlumat verib ki, Putin "çoxsaylı" xəstəliklərdən, o cümlədən demensiya və Parkinson xəstəliyindən əziyyət çəkir.

"New Lines" jurnalı iddia edir ki, əldə edilən səs yazısında oluqarxlardan biri deyir ki, Putin "qan xərçəngi xəstəsidir". Bu məlumatların heç biri təsdiq edilməyib.

Vaşinqtondakı qanunvericilərdən, kəşfiyyat komitəsindən respublikaçı senator Marko Rubio da söhbətə qoşulub.

"Mən sizinlə daha müfəssəl məlumatı bölüşmək istərdim, lakin hələlik onu deyə bilərəm ki, Putinlə nəsə baş verir", - Rubio fevralın sonunda özünün "Twitter"səhifəsində yazıb.

"Layihə" tədqiqat saytının məlumatlarının birində deyilir ki, Putində qalxanabənzər vəzin xərçəngi və ya başqa xəstəlik güman edilir. Jurnalistləri bu nəticəyə gəlməyə Putinin səfərləri zamanı onu müntəzəm olaraq onkoloq və iki otolarinqoloqun ziyarət etməsi barədə məlumatların sosial şəbəkələrə sızması sövq edib.

Həmçinin müəyyən edilib ki, prezidentin tibbi heyəti 2017-2019-cu illərdə iki dəfə artıb.

Kreml Putinin xəstəliyi barədə məlumatları təsdiq etməyib, bəyan edib ki, Rusiya liderinin sağlamlıq vəziyyəti əladir.

Kremlin mətbuat katibi Dmitri Peskov Putinin xəstəlikləri ilə spekulyasıyaları "uydurma və həqiqətə uyğun olmayan" adlandırıb.

Rusiya prezidentinin xəstəlikləri və travmaları haqqında şayiələr artıq iyirmi ilə yaxındır davam edir və bunun da günahı müəyyən mənada Kremldədir, çünki Putinin sağlamlığı və yeri barədə məlumatlar ciddi surətdə gizlədilir.

Hakimiyyətə gəldiyi gündən Putin özünün cəsarətli və idman obrazını saxlamağa çalışıb. Onun at üstündə köynəksiz gəzintiləri, dzüdo və xokkeylə məşğul olması sələfi Boris Yeltsindən fərqini göstərib, çünki Yeltsin güclü içən olub, sağlamlığının zəif olması sonucda onu pis liderə çevirib.

Lakin keçmişdə Putin bir neçə həftə yoxa çıxanda xokkey və dzüdo məşğələləri zamanı idman travmaları alması barədə məlumatlar yayılıb. Bu yaxınlarda o, deyib ki, öz prezidentliyinin əvvəlində atdan yıxılıb.

Kreml müntəzəm olaraq "konservlər"dən istifadə edir, yəni əvvəlcədən reportajlar çəkilir, belə təəssürat yaranır ki, iclaslarda özü iştirak edir, əslində isə özü oralarda olmur. Belə hallardan biri koronavirus zamanı baş verib, Kreml iddia edib ki, Putin Moskvadadır, eyni zamanda onun Soçidə oxşar kabineti olduğu barədə məlumat yayılıb.

Müharibə başlanandan bəzi məlumatlarda Putinin ağrılı bədən dili diqqəti çəkib. Güman edilib ki, Putinin belində problemlər ola bilər. Onun bədəninin vizual görüntüləri onunla izah edilib ki, ictimaiyyət qarşısında korset və ya zirehli gödəkcə gəzdirə bilərdi.

Lakin ekspertlər hələlik bu fikirdədir ki, Putinin sağlamlıq vəziyyəti barədə məlumatlar kifayət qədər deyil. Amerikanın üç hərbi və kəşfiyyat eksperti "Business İnsider" nəşrinə bəyan edib ki, belə şayiələr etimad doğurmur.

İstefada olan briqada generalı, Rusiyada müdafiə məsələləri üzrə sabiq attaşe Kevin Rayanın sözlərinə görə, ardıcıl şayiələr Putinin təbqidçilərinin arzu etdiklərini gerçəklik kimi qəbul etməyin əlaməti ola bilər. Onlar hesab edir ki, Putinin ölümü hansısa üsulla Ukraynada müharbəyə son qoya bilər.

Rayan deyib ki, Putinin ölümə yaxın olması və ya hansısa ciddi xəstəlikdən əziyyət çəkməsinin heç bir sübutunu görməyib və vurğulayıb ki, hətta o, ölsə belə, bu, heç də atəşin dayandırılmasına və ya Ukraynada hərbi əməliyyatların sona yetməsinə kömək etməyəcək.

Bu arada isə oktyabr ayında Putinin 70 yaşı tamam olur, qocaldıqca onun sağlamlığına diqqət, ehtimal ki, yalnız güclənəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1692   Tarix: 25 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-İran müharibəsində gərginlik artır: Danışıqlar dayanıb, neftin qiyməti yüksəlir

ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik danışıqlarda irəliləyiş əldə olunmur, regionda hərbi qarşıdurmanın yenidən genişlənməsi və enerji təchizatında problemlərin yaranması ilə bağlı narahatlıqlar artır. ABC News-un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İranla müharibəni

21 oktyabr
.

Kallas: Rusiya ərzaqdan silah kimi istifadə edir

Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Kaya Kallas Rusiyanı Qara dənizdə gəmilərə hücumları artırmaqda və qlobal ərzaq təhlükəsizliyinə zərər vurmaqda ittiham edib. xəbər verir ki, Kallas bu barədə Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, son 1

20 oktyabr
.

Bu ölkənin dövlət borcu yeni rekord həddə çatıb

ABŞ Maliyyə Nazirliyinin məlumatlarına görə, ABŞ-ın milli borcu rekord həddə - 40 trilyon dollara çatdıqdan sonra iki ayda təxminən 400 milyard dollar artıb. xəbər verir ki, ABŞ-ın milli borcu 40 trilyon dollar həddini keçib və oktyabrın əvvəlində bu məbləğə daha dörddə bir trilyon əlavə olunub. Xəzinədarlığı

21 oktyabr
.

Aİ Ukrayna müharibəsi başa çatana qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

Rusiyaya qarşı sanksiyalar Ukraynada münaqişə başa çatana qədər qüvvədə qalacaq. APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa Parlamentinin Strasburqda keçirilən iclasında bildirib. "Rusiya müharibəni dayandırmayana qədər heç bir sanksiyanı ləğv etməyəcəyik"

21 oktyabr
.

Marko Rubio Özbəkistana səfərə gedib

ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana gedib. "Report" bu barədə " "a istinadən xəbər verir. Dövlət katibini Səmərqənd hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyor Saidov və digər rəsmi şəxslə

19 oktyabr
.

Türkiyədə maraqlı tapıntı aşkarlandı

Arxeoloqlar 2024-cü ildə Türkiyənin cənub-qərbində aşkar edilmiş Roma dövrünə aid əhəngdaşı kahinliyinin üzərindəki yazıları deşifrə ediblər. Məlum olub ki, daş sütunda qədim sakinlərin heyvan sümüklərindən düzəldilmiş zarlardan istifadə edərək tanrılara verdiyi 56 suala cavab varmış. xəbər verir ki

21 oktyabr
.

Serbiya Maliyyə Nazirliyi: Rusiyanın NIS-dəki payı Macarıstanın MOL şirkətinə satılacaq

ABŞ sanksiyaları altında olan Rusiya-Serbiya şirkəti "Serbiya Neft Sənayesi"nin (NIS) səhmlərinin nəzarət zərfinin Macarıstanın neft-qaz şirkəti MOL-a satılması haqqında müqavilə imzalanıb. "Report" xəbər verir ki, bu barədə Serbiyanın Baş nazirinin birinci müavini və maliyyə nazir

21 oktyabr
.

Honkonqda kriptovalyuta şirkətinin əməkdaşı fırıldaqçıların qurbanı olaraq 500 min dollardan çox pul itirib

Honkonqda kriptovalyuta mübadiləsi şirkətinin əməkdaşı "WhatsApp" messencerində saxta işçi qrupu yaradılması yolu ilə həyata keçirilən dələduzluq nəticəsində 4 milyon Honkonq dollarından çox, təxminən 500 min ABŞ dolları itirib. xəbər verir ki, polis son iki həftə ərzində oxşar üsulla törədilmi

19 oktyabr
.

Türkiyə Səudiyyə Ərəbistanına hərbçilər göndərəcək

Türkiyə hakimiyyəti Səudiyyə Ərəbistanında hərbi kontingentin yerləşdirilməsinə icazə verən sənədi parlamentə təqdim etməyi planlaşdırır. xəbər verir ki, "Reuters" bu barədə hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) olan deputata istinadən məlumat yayıb. Deputatın sözlərinə görə, sənə

21 oktyabr