Yaralı aparan təyyarə Salyanda yerə çırpıldı - 84 il əvvəl baş verən qəzanın TARİXÇƏSİ

Yaralı aparan təyyarə Salyanda yerə çırpıldı - 84 il əvvəl baş verən qəzanın TARİXÇƏSİTarix: 5 sentyabr 1938

Keçmiş SSRİ-dəki staxanovçuluq hərəkatı Azərbaycanda da vüsət alıb. Staxanovçu olmaq istəyən sadə insanlar gecə-gündüz əlləşir, rəhbərlər isə istismarın dozasını artırır.

Belə bir dövrdə və gündə Azərbaycan SSR-dəki Hacıqabul aeroportunda dislokasiya olunmuş 222-ci aviadəstənin pilotu Salyan rayonunun Xıllı qəsəbəsindəki Sumbatov adına kolxozun pambıq sahəsini dərmanlamaq üçün saat 4.00-da havaya qalxır. Dərmanlama başa çatdıqdan sonra o, "АП" (Аэропыл) tipli təyyarəyə mindirdiyi 2 staxanovçunu kənd üzərində gəzdirmək üçün alçaqdan 2 dövrə vurur. Sonra tarlaya yaxın düzənlik sahəyə enir.

Bundan sonra isə kolxozçuların birinin evində yeyib-içmək başlayır və pilot yxılanadək "samoqon" içir. Yeyb-içmək bitdikdən sonra pilot yenə də staxanovçulara kəndin üstündə gəzmək təklif edir. Halbuki belə bir uçuş ümumiyyətlə qadağan idi.

Hər 2 qabaqcıl kolxozçu razı olur və pilot təyyarəni yenidən havaya qaldıraraq 10-15 metr yüksəklikdən uçmağa başlayır. Bu zaman həyətlərdən birində hürkən at kəndiri qıraraq 14 yaşlı oğlana ağır xəsarət yetirir. Pilot endikdən sonra hadisədən xəbər tutur və uşağı təyyarə ilə Salyan xəstəxanasına aparmaq üçün götürür. Kənd sakinləri etiraz etmir.

Uşağı və aviatexniki arxa oturacağa yerləşdirən pilot təkrarən Sumbatov kolxozunun meydançasından havaya qalxır. Tələsdiyi üçün Salyan xəstəxanası yaxınlığında dövrə vurmadan enmək istəyən pilotun ilk cəhdi alınmır və o ikinci dövrəyə gedir. Təyyarə 5-6 metr yüksəlsə də, sürət az olduğu üçün idarəetmə itir və mühərrik tam dövrlə işlədiyi halda maşın burnu üstə yerə çırpılır. Hadisə saat 11.30-da baş verir.

Burnu üstə yerə çırpılan təyyarənin pilotu saat 16.00 radələrində xəstəxanada canını tapşırır. Aviatexnik başından yüngül xəsarət alır. Atın xəsarət yetirdiyi xıllılı yeniyetmə isə qəzadan sağ-salamat qurtulur. Hər ikisinə ilkin tibbi yardım göstərildikdən və izahatları alındıqdan sonra xəstəxanadan buraxılırlar.

Qəzaya səbəb kimi 222-ci dəstədə hökm sürən intizamsızlıq göstərilir. Hadisədən sonra Salyan rayonunda pambıq sahələrinin deflorasiyası da ləngiyir.

Nəzərə alaq ki, bu hadisə həm də, Stalin repressiyasının ən qorxulu dövründə, insanların hər addımının izləndiyi vaxtda baş verib.
Bir qədər də Sumbatov barədə.

Yuvelian Davıdoviç Sumbatov-Topuridze 1933-cü ildə Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə rəis müavini təyin edilib, 1934-cü il mart ayının 31-dən 1938-ci il yanvar ayının 7-nə qədər isə Azərbaycan SSR xalq daxili işlər komissarı vəzifəsində çalışıb.
Azərbaycan xalqına qarşı repressiyaların əsas təşkilatçılarından və icraçılarındandır./Lent


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1390   Tarix: 26 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr