"İndi onlara həyatın mənasını necə sübut etmək olar?" - Ukraynanın birinci xanımı
"Ukraynada uşaqlar hər şeylərini itirdilər, zirzəmilərdə bombalar altında, yaralı və ya ölən yaxınlarının yanında qaldılar. İndi onlara həyatın mənalı olduğunu necə sübut etmək olar?".
Sonxeber.az "Report"a istinadən bildirir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya Almaniyanın "Die Welt" nəşrinə müsahibəsində deyib.
Birinci xanımı ukraynalı uşaqlarda sülhə və həyata inamın bərpasının vacibliyini qeyd edib.
"Dünyada onlar üçün yaxşı nə qalıb? Suala cavab axtarmaq üçün milli psixi sağlamlıq və psixososial dəstək proqramına başladım. Dünyanın ən yaxşı ekspertləri mütəxəssislərimizə ölkədə müharibənin törətdiyi ağır fəsadları ilə necə davranmağı öyrətməlidirlər. İndi kömək üçün yalnız belə bir təsirli variant görürəm. Qətiyyən istəmirəm ki, ukraynalı uşaqlar ömürlük xəsarət alsınlar", - Ukraynanın birinci xanımı vurğulayıb.
"Biz onların onlar üçün açıq olan dünyaya inamını bərpa etməliyik", - bunu isə Prezidentin xanımı "Welt am Sonntag" qəzetinin bazar sayında dərc olunmuş müsahibəsində bildirib.
Yelena Zelenskaya Ukrayna ordusundakı 37 mindən çox qadının olduğunu vurğulayaraq, ölkəni bərpa etmək planlarından da danışıb: "Bizi faktiki və psixoloji bərpa işləri gözləyir. İndi ölkəmizdə 1 600-dən çox məktəb, 600 xəstəxana, çoxlu yaşayış evi dağıdılıb. İndi bərpa işlərinə başlayırıq ki, xəstəxanaların, məktəblərin heç olmasa bir hissəsi payıza qədər işləsin.
Əlillərimizin sayı hər gün daha da artır, müharibə uşaqları və böyükləri şikəst edir. Biz onlar üçün ən yaxşı şərait yaratmalıyıq - yenidən qurulan şəhərlərdə həm məkan, həm də psixoloji baxımdan".
Bundan əlavə, Yelena Zelenskaya vurğulayıb ki, Osvensim faciəsindən sonra, Mariupol, Buça və Ukraynanın digər şəhərlərində baş verən faciələrdən sonra "əvvəlki kimi" yaşamaq mümkün deyil.
"Ancaq biz bu əzabı gücə çevirmək istəyirik və bunun üçün mümkün olan hər şeyi edəcəyik", - o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1449 Tarix: 28 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həmin ada 5 milyona satılır - Fotolar
Egey dənizində, Türkiyə sahillərinə yaxın yerləşən Yunanıstana məxsus Strongilo adası 5 milyon dollara satışa çıxarılıb. Təxminən 219 min kvadratmetr ərazisi, üç təbii çimərliyi və toxunulmamış təbiəti ilə seçilən ada şəxsi mülk və ya turizm layihəsi üçün potensial imkanlar vəd edir. "Qafqazinfo"
21 oktyabrŞahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...
Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib. Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan "Diana Unheard" ("Eşidilməmiş Diana") adlı üç hissəli sənədli filmd
21 oktyabrQətər İranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıb
Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa və gəmilərin təhlükəsiz hərəkətini təmin etməyə çağırıb. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin (XİN) Media və kommunikasiyalar departamentinin direktoru İbrahim bin Sultan İbrahi
20 oktyabrKim Çen Inın bacısından sərt bəyanat: Cənubi Koreyaya xəbərdarlıq
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Cənubi Koreyanı sərhəddəki hərəkətlərinə görə tənqid edib. O, iki ölkə arasındakı sərhəd bölgəsində yaranmış vəziyyəti ciddi adlandıraraq Seula xəbərdarlıq edib. The Mirror-a istinadən xəbər verir ki, Kim Yo Conqun sözlərinə görə, Cənubi Koreya hərbçilər
20 oktyabrTürkiyədə maraqlı tapıntı aşkarlandı
Arxeoloqlar 2024-cü ildə Türkiyənin cənub-qərbində aşkar edilmiş Roma dövrünə aid əhəngdaşı kahinliyinin üzərindəki yazıları deşifrə ediblər. Məlum olub ki, daş sütunda qədim sakinlərin heyvan sümüklərindən düzəldilmiş zarlardan istifadə edərək tanrılara verdiyi 56 suala cavab varmış. xəbər verir ki
21 oktyabrFransada baş verən iğtişaşlardan sonra 123 nəfər həbs edilib
Fransanın ədliyyə naziri Cerald Darmanin bildirib ki, etirazlar ölkə daxilində iğtişaşlara çevrildikdən sonra Fransa hakimiyyəti 123 nəfəri həbs edib. xəbər verir ki, nazir "Europe 1" radiostansiyasına və CNews telekanalına verdiyi müsahibədə bildirib ki, "hazırda 123 nəfər həbsdədir
20 oktyabrİldə 7 milyon ton metan: Alimlər Antarktidada gözlənilməz mənbə tapdı
Antarktidadakı pinqvin koloniyaları planetin istiləşməsinə səbəb olan istixana qazlarından biri - metanın mənbəyidir. İspaniyalı alimlərin hesablamalarına görə, pinqvinlərin həyat fəaliyyəti nəticəsində ildə təxminən 490 min ton metan əmələ gəlir. Bu quşların yaşadığı Antarktidanın bütün əraziləri nəzər
20 oktyabrDünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək
Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad
19 oktyabrİqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu
Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları
19 oktyabr