Erməni hərbçi dövlətə xəyanətə görə həbs edildi - VİDEO
Ermənistanda hərbi qulluqçu dövlətə xəyanətdə ittiham olunur.
Lent.az Ermənistan mətbuatına istinadla bildirir ki, saxlanılan hərbçi "N" saylı hərbi hissənin komanda heyəti, silah-sursat, hərbi texnika, hərbçilərin sayı, həmçinin Müdafiə Nazirliyinin bəzi hissələrinin yerləşdiyi yer barədə məlumatlara malik olub.
Xəyanətdə ittiham olunan hərbçi "ok.ru" sosial şəbəkəsi vasitəsilə xarici xüsusi xidmət orqanlarının nümayəndəsi ilə əlaqə saxlayıb. Bundan sonra 2 milyon dram (təxminən 5 min dollar) alacağı vədi müqabilində, hərbi hissə haqqında məlumatları, hərbi zirehli texnikanın sayı və növlərini, təlim mərkəzində keçirilən təlimlərin məqsədlərini və s. məlumatları toplayıb xarici kəşfiyyat orqanlarının nümayəndəsinə göndərib.
Hərbçi dövlətə xəyanət maddəsi ilə açılmış cinayət işi çərçivəsində saxlanılıb. O, əməllərini etiraf edib, daha sonra təqsirləndirilən şəxs qismində cəlb edilərək həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1506 Tarix: 28 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabr20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabr