Paytaxt Bakının infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin edilib

Paytaxt Bakının infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin edilibİyun ayının 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" mövzusunda 11-ci sessiyası işini davam etdirib. Bu sessiyada videoformatda çıxış edin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra vacib məqamlara toxunub.
İlk növbədə qeyd edilib ki, 30 il əvvəl öz müstəqilliyini yenicə bərpa edən Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilib. Bu mühüm hadisə ilə əlaqədar bu ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir. Tədbirdə iştirak edən müxtəlif ölkələri təmsil edən nümayəndələr Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Azərbaycanın əldə etdiyi tərəqqi, eləcə də azad olunmuş ərazilərin dirçəldilməsi və oraya həyatın qaytarılması ətrafında müzakirələr aparıblar.
Cənab Prezident öz çıxışında vurğulayıb ki, "2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi" və "Yeni Şəhər Gündəliyi" dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsi təmin edilib. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.
Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxtımız Bakı şəhərində yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. Bir sözlə Azərbaycan parklar ölkəsinə çevrilir. Prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil daha da artır. Artıq şəhərdəki park, bağ və istirahət məkanlarının sayı 300-ə yaxındır.
Az müddət ərzində paytaxtımız Bakı şəhərində əvvəllər istifadəsiz olan, baxımsız qalmış, həmçinin bəzi işbazlar tərəfindən müxtəlif məqsədlərdən ötrü zəbt edilərək hasarlanmış ərazilərdə xeyli müasir park salınmış, həmçinin bir neçə park əsaslı təmir edilərək paytaxt sakinlərinin istifadəsinə verilib və bu prosses davam edir. Vətəndaşlarımızda yeni istirahət mədəniyyəti formalaşır.
Ümid edirik ki, ölkə başçısının bu istiqamətdəki səyləri nəticəsində paytaxtımız Bakı şəhərində yaşıllıqların, istirahət parkları və bağlarının sayı daha da artacaq, bu parklarda vətəndaşlarımızın rahatlığı, istirahəti üçün yaradılan şəraitdən tam razı qalacaqlar.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl qələm" mükafatı laureatı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 799   Tarix: 29 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İki qardaş dövlət arasındakı əlaqələrin yeni mərhələyə yüksəldilməsi

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi və iki qardaş dövlət arasındakı əlaqələrin yeni bir mərhələyə yüksəldilməsidir. Bəyannamənin imzalanması elə bir zaman kəsiyinə təsadüf edir ki, həm mənəvi, həm də siyasi yükünə görə, bundan dah

9 iyun
.

"İlham Əliyevin çıxışı qlobal enerji siyasətində yeni baxış ortaya qoyub" - POLİTOLOQ

"Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin açılışındakı proqram xarakterli çıxışı, sadəcə regional deyil, qlobal enerji siyasətinin fəlsəfəsini yenidən formalaşdıran geostrateji manifest xarakteri daşıyır. Dövlət başçısının təhlili 30 il əvvəl əsası qoyulmuş stratej

2 iyun
.

Qlobal enerji təhlükəsizliyinin əsas dayaqlarından biri

Azərbaycan regional və qlobal böhranların müzakirəsi və həll yollarının axtarılması baxımından mühüm platformaya çevrilib. Cənubi Qafqazın siyasi, iqtisadi və humanitar mərkəzi statusunu möhkəmləndirən Azərbaycan bəşəri problemlərin həllində, beynəlxalq münasibətlər sistemini tənzimləyən qərarların qəbulunda

1 iyun
.

"Gənclər bilməlidirlər ki, müstəqillik təkcə əldə edilən deyil, həm də qorunub saxlanılan dəyərdir" - AÇIQLAMA

"15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin taleyini müəyyən edən ən mühüm tarixi mərhələlərdən biridir. Məhz 1993-cü ilin iyununda ölkədə dərin siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və dövlət idarəçiliyində yaranmış xaos fonunda xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevi

9 iyun
.

İlham Əliyev: "Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir"

"Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirib. Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-il

1 iyun
.

İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI

Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:. 2-ci dərəcəli "Əmək" orden

5 iyun
.

İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"u

1 iyun
.

"Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindəndir" - DEPUTAT

"İnsan hüquq və azadlıqlarının qorunması bu gün Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət bu sahədə insan hüquq və azadlıqlarının müdafiəsi, eləcə də vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial fəallığının artırılması istiqamətində davaml

29 may
.

İlham Əliyev Trampın həmin hədiyyəsini Orra göstərdi - Video

Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr ilə bu gün keçirilən görüş zamanı ona ABŞ Prezidenti Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini göstərib. "Qafqazinfo" xəbər verir ki, bu, "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin qüvvəsini

1 iyun