Ölkədə ordu quruculuğu ilə bağlı tədbirlər planlı şəkildə davam edir

Ölkədə ordu quruculuğu ilə bağlı tədbirlər planlı şəkildə davam edirVarlığımızın, müstəqilliyimizin qarantı, sərhədlərimizin qoruyucusu, ölkədə sabitliyin təminatçısı kimi şərəfli, müqəddəs peşə sahiblərinin bayramı olan Silahlı Qüvvələr Günü hər il respublikamızda təntənə ilə qeyd olunur. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun həqiqi mənada dünyada sayılıb-seçilən ordulardan olduğunu rəşadəti, hərbi hazırlığı, döyüş təcrübəsi ilə təsdiqləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, ən müasir hərbi avadanlıq və texnika ilə təmin olunmuş Silahlı Qüvvələrimizin əsgər və zabitləri XXI əsrin müharibə tarixini yazdılar. Vətən müharibəsində qazanılan Zəfərdən sonra ənənəyə uyğun keçirilən Silahlı Qüvvələr Günü daha izdihamla, xalq-ordu birliyinin təntənəsi kimi qeyd olunur. Builki Silahlı Qüvvələr Günü əlamətdar hadisə ilə də yaddaşlarda qaldı. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev həmin gün Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi.
İlk dəfə ötən il dekabrın 24-də Hadrutda həyata vəsiqə alan, ordu quruculuğunda yenilik olan Komando Briqadalarının sonrakı illərdə də yaradılacağını bildirən Ali Baş Komandan İlham Əliyevin bu vədi də də reallaşdı. Bu günlərdə Kəlbəcərə səfəri zamanı yeni komando qüvvələrinin hərbi hissəsinin açılması onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra da ordu quruculuğu prosesi sürətlə davam edir, komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər, qarşıda duran bütün vəzifələri yerinə yetirmək, sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Əsgər və zabitlərlə görüşlərində Prezident, Ali Baş Komandan İlham Əliyev hər dəfə vurğulayırdı ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyik. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Azərbaycan xalqı haqq-ədaləti öz gücü ilə bərpa edərək Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Güclənən maliyyə imkanları hesabına Silahlı Qüvvələrimizin ən müasir hərbi texnika, avadanlıqlarla təmin edilməsi iqtisadi müstəqilliyimizin, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin hazırlığına göstərdiyi diqqətin, xalq–ordu birliyinin, gənclərimizdə daim yüksək olan vətənpərvərlik ruhunun nəticəsidir.
Artıq tarixin arxivinə göndərilən Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 30 ildə sülh danışıqlarına sadiq qalan Azərbaycan heç vaxt müharibə tərəfdarı olmamışdır. Xalqımızın yeganə məqsədi, istəyi torpaqlarımızın qeyd–şərtsiz öz sahiblərinə qaytarılması, qaçqınların və məcburi köçkünlərin doğma yerlərinə dönməsi idi. 44 gün davam edən Vətən müharibəsini Qələbə ilə başa çatdıran, bölgədə yeni reallıqlar yaradan Azərbaycan istəyinə nail oldu, haqqı-ədaləti öz gücünə bərpa etdi. Hazırda erməniləri dəstəkləyən qüvvələr belə artıq postmüharibə dövrünün reallıqlarını qəbul edir, Azərbaycanla razılaşırlar.
Ordu quruculuğunda islahatların davam etdirilməsində məqsəd dünyaya Azərbaycanın qüdrətli dövlət kimi, güclü orduya malik olmasını çatdırmaqdır. Açılışında iştirak etdiyi yeni hərbi hissədəki çıxışında Prezident İlham Əliyev ordu quruculuğu ilə bağlı tədbirlərin planlı şəkildə davam etdirildiyni, Laçında və azad edilmiş digər rayonlarda eyni təyinatlı hərbi hissələrin yaradılacağını bildirmişdir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti və qətiyyəti sayəsində Kəlbəcər bir güllə atılmadan azad edildi. İşğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də bərpa –quruculuq işləri davam etdirilir. İnfrastruktur, elektrik, su təchizatı yenilənir. Bu işlər sürətlə davam edir.

Bəhrəm Atakişiyev - ehtiyatda olan polkovnik,
müharibə veteranı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1054   Tarix: 29 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr