Koronavirus kabusu geri qayıdır? - Yenidən sərtləşdirmə olacaq? - AÇIQLAMA
Azərbaycanda son günlər koronavirusa yoluxanların sayında artım qeydə alınıb. Belə ki, dünənki statistika göstərdi ki, ölkədə sutka ərzində 36 yeni yoluxma qeydə alınıb. Hazırda aktiv xəstə sayı isə 164 nəfərdir.
BAKU.WS xəbər verir ki, Azərbaycanla qonşu ölkələrdə də koronavirusa yoluxma ilə bağlı artımlar müşahidə edilir. Belə ki, Türkiyə və Gürcüstan mətbuatında "Kabus geri qayıdır?" başlıqlı xəbərlər dərc edilməyə başlayıb.
Mövcud durumda ölkədə koronavirusa yoluxanların sayında artımın səbəbi nədir? Azərbaycanda koronavirusa yoluxanların sayı arta bilərmi? Yoluxma artacağı təqdirdə yenidən karantin sərtləşdirilə bilərmi?
Bu suallara cavab tapmaq üçün tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. Professor BAKU.WS-ə açıqlamasında yaxın gələcəkdə karantinin sərtləşdirilmə ehtimalını istisna etmədi:
"Koronavirus hələlik davam edən pandemiyadır. Sosial şəbəkədəki bəzi şəxslərin fikirlərini kənara qoysaq, COVID-19 ciddi pandemiyadır. Omikron koronavirusun mutasiya edən sonuncu ştammı deyil. Mutasiyalar davam etdiyi üçün pandemiya bitməyib. ÜST də bununla bağlı heç bir raport verməyib.
Nəzərə almaq lazımdır ki, koronavirusla bağlı yumşaldılmaların olması pandemiyanın sona çatması mənasını vermir. Epidemioloji vəziyyətə uyğun olaraq karantin yenidən sərtləşdirilə bilər. Yoluxma təkcə qonşu ölkələrdə deyil, Almaniya və digər Avropa ölkələrində də artır. Yoluxanların arasında iki doza vaksin olunanlar da var. COVID-19 sürətlə mutasiyaya uğrayan virusdur. Virus əslində yoxa çıxmalı və ya orqanizmdə sitomeqalovirus kimi lövbər salıb qalmalıdır. Bu proses baş vermədiyi üçün reallıqla barışmalıyıq. Epidemioloji vəziyyət ciddiləşərsə, buna uyğun karantinin sərtləşdirilməsi tədbirləri görülə bilər".
Tibb elmləri doktoru hesab edir ki, yoluxmaların yenidən artması bəzi ölkələrdə vaksinasiyanın aparılmaması ilə əlaqədardır: "Bəzi ölkələrdə isə vaksinasiya çox zəif aparılıb. Çünki onların səhiyyə sistemi çox aşağıdır. Nəticədə kollektiv immunitet formalaşmayıb. Virus da imkan tapır ki, yeni mutasiyalar əmələ gəlsin. Bu gün qloballaşan dünyada yaşayırıq və hər hansı yerdən yeni mutasiya ştammı çıxır və sürətlə yayılır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1018 Tarix: 30 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Azərbaycanda bəzi kateqoriyadan olan şəxslərə əməkhaqlarının 80 və ya 100 faizi həcmində pensiya təyin edilməsi pensiya sistemindəki güzəştləri, sosial ədalət prinsipini və dövlət büdcəsinə düşən yükü yenidən gündəmə gətirir. Xüsusi kateqoriyalar üçün nəzərdə tutulan bu mexanizmlər xidmətin xarakteri
20 oktyabrOrdubada qar yağdı
Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə
21 oktyabrŞəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20 oktyabrPensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda pensiya kapitalının vətəndaşlara hansı şərtlərlə və nə dərəcədə əlçatan olması məsələsi hələ də müzakirə mövzusu olaraq qalır. Vətəndaşlar fərdi hesablarında toplanan pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsini gözlədikləri halda, bu istiqamətdə gözlənilən dəyişikliklə
20 oktyabrSabah Bakıya və rayonlara yağış yağacaq
Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
21 oktyabr"Sürətlə Yeni Mövsümə" lotereyasının "Changan Q07" qalibi danışdı
və platformalarında keçirilən"Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindəndəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobilin sahibibilinib. Bəxtəvər qalib Rövnəq Əkbərov "Changan Q07" qazanıb. xəbə
20 oktyabrÖvladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar. Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?. Yeni övladın dünyay
21 oktyabr