Azərbaycanın bu rayonuna göydən DAŞ DÜŞDÜ - FOTO
Zaqatalaya yad cisim düşüb.
Bu barədə Lent.az-a rayonun Uzuntala kənd sakini Nəriman Nuriyev məlumat verib.
Onun sözlərinə görə, ötən gün saat 16 radələrində Katex çayının kənarında balıq tutarkən havadan qəribə uğultu səsi eşidib. Dərhal sonra isə meşəlik əraziyə nə isə düşüb. Həmin əraziyə gedən Nəriman oradan isti daş parçası tapıb.
N. Nuriyev bu barədə Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Uzuntala kəndi üzrə icra nümayəndəsi Sona Xasıyevaya məlumat verib. Nümayəndəlik də öz növbəsində hadisə ilə bağlı rayon rəhbərliyini məlumatlandırıb.
N. Nuriyev meşədə tapdığı yad cismi kənd icra nümayəndəliyinin qarşısına gətirib. Kəndə gələn rayon rəhbərliyi tərəfindən daşa baxış keçirilib. Daşın çəkisi 10 kiloqramdır.
Düşən yad cisimlə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3268 Tarix: 01 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ali Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?
Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr
21 oktyabrKamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi
Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib
20 oktyabrZəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Azərbaycan hərbçisi Nəsimi Musayevin Zəngəzurda saxlanılma anına dair kadrlar yayılıb. xəbər verir ki, müvafiq kadrları Ermənistanın nəşri tirajlayıb. Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Zəngəzuru
20 oktyabrSüni intellekt indi də oğurluq etdi
"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut
21 oktyabrToyda iylənmiş ət verilən "Çıraq Palace"da yoxlama - Video
Mediada "Çıraq Palace" şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib. "Qafqazinfo" xəbər verir ki, yoxlama Bakı şəhəri
20 oktyabr