"Ətraf satqınlarla doludur, azərbaycanlılar kabinetdən nə vaxt çıxdığımı da bilir..."
Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan iyunun 30-da Xankəndidə keçirilən toplantıda ermənilərin Laçın şəhərini tərk etməyə məcbur olacaqlarını bildirib.
Separatçıların toplantısında "Laçın dəhlizi" əsas müzakirə mövzusu olub. Arayik Arutyunyan bildirib ki, Xankəndini Ermənistanla birləşdirəcək "Laçın dəhlizi"nə çəkilən alternativ yolun istifadəyə verilməsilə ermənilər Laçın şəhərini tərk edəcəklər.
O, Laçının Sus və Zabux kəndlərində məskunlaşan ermənilərlə bağlı vəziyyətin də yaxşı olmadığını vurğulayıb.
"Hər şeyə baxmayaraq, biz Laçından yan keçməliyik. Biz heç kimə deməmişik ki, Laçından çıxın, amma mən hesab edirəm ki, soydaşlarımız çətin ki, Laçında qalıb yaşamağa davam etsin".
O, Laçının Zabux kəndində qanunsuz məskinlaşan ermənilərlə bağlı Rusiya tərəfilə danışıqlar aparıldığını da qeyd edib.
Yeni yoldan danışan Arutyunyan "gələcək təhlükəsizlik məsələlərinə əsaslanaraq, fikrimizcə, ən yaxşı variantı seçdik. Burada açmaq istəmədiyim sirlər var" deyib.
Separatçıların suallarını cavablandıran A.Arutyunyan erməniləri satqınlıqda da ittiham edib:
"Təəssüflər olsun ki, ətrafımızda elə bir xain şəbəkə var ki, azərbaycanlılar hətta mənim kabinetdən çıxıb "parlamentə" nə vaxt gəldiyimi bilirlər".
Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ bölgəsindən Ermənistana gedən, Laçın şəhərindən yan keçən yeni yolun 2022-ci ilin sonunadək istifadəyə veriləcəyini bəyan edib.
32 kilometrlik yeni yola Rusiya sülhməramlıları nəzarət edəcək.
Qarabağ bölgəsindən Ermənistana gedən, Laçın şəhərindən yan keçən yeni yol istifadəyə veriləndən sonra Laçın şəhəri və rayonun hazırda rusların nəzarətində qalmış kəndləri Azərbaycanın nəzarətinə qaytarılacaq.
Söhbət "Laçın dəhlizi" adlandırılan 5 kilometr enindəki zolaqda yerləşən Laçın şəhəri və rayonun 6 kəndi - Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabuxdan gedir. (modern.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir