"Bu gün Azərbaycan polisi vəzifə borcuna sadiq qalaraq ona olan etimadı layiqincə doğruldur" - Cavanşir Paşazadə
"Bu gün təhlükəsiz və rahat şəkildə yaşamağımızı polislərimizə və hərbiçilərimizə borcluyuq".
Bunu Sonxeber.az-a açıqlamasında deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, Azərbaycan polisi fəaliyyətinin 104-ci ildönümünü qeyd edir:
"Ölkədəki inkişafın əsas təminatı olan ictimai sabitlik Heydər Əliyev kursununən böyük uğuru, cənab prezident İlham Əliyevin fədakar fəaliyyətinin nəaliyyət göstəricisidir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 iyun tarixində imzaladığı sərəncamla 2 iyul - Polis Günü daxili işlər orqanlarının yaradılması və peşə bayramı kimi qeyd edilir. Bu gün sabitliyin və asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə Azərbaycan polisi böyük rol oynayır. Polisələrimiz pandemiya və 44 günlük Vətən müharibəsində asayişin, təhlükəsizliyin qorunmasında lazım olan bütün addımları ataraq, gecə-gündüz vətəndaşlarımıza xidmət etdilər.
Azərbaycan polisi Dağlıq Qarabağın işğaldan azad olunmasında və erməni təcavüzünün qarşısının alınmasında müstəsna xidmətlər göstərib. Azərbaycan müstəqillik qazandığı ilk dövrlərdə ordu qruuculuğu yox idi. Ordu quruculuğunu həyata keçirənə qədər Azərbaycan polisi torpaqlarımızın qorunması üçün aktiv iştirak edib və aralarında şəhid olanlar da oldu. Eləcə də Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən dörd nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb"
Deputat vurğulayıb ki, bu gün polisimizlə qürur duyuruq:
"Bu gün Azərbaycan polisi vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı layiqincə doğruldur. Mən də öz adımdan polislərimizi təbrik edir, çətin və şərəfli peşələrində uğurlar arzulayıram. Şəhid olan polislərimizə isə Allahdan rəhmət diləyirəm".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Azərbaycanda yağ kəskin bahalaşdı
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
"AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar" - millət vəkili Müşfiq Cəfərov
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi