Qurbanlıq heyvanların satış və kəsim yerləri AÇIQLANDI - SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramında fəaliyyət göstərəcək heyvan satışı və kəsimi yerləri barədə məlumat yayıb.
Agentlikdən Big.az-a bildirilib ki, iyulun 9-10-da qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək.
Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.
Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə əlavə məlumatlar veriləcək. Vətəndaşlar həmin ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları http://afsa.gov.az/uploads/satish_2022.pdf linkə daxil olmaqla əldə edə bilərlər.
Qurban bayramı günlərində respublika üzrə 134 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 61-də həm kəsim, həm satış, 54-də qurbanlıq heyvanların satışı, 19-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.
Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları http://afsa.gov.az/uploads/kesim_2022.pdf linkə daxil olmaqla və ya aşağıdakı cədvəldən əldə edə bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1040 Tarix: 02 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Dünyanın heç bir yerində mart ayında buraxılış imtahanı verilmir" - AÇIQLAMA
Martın 9-da 11-ci sinif şagirdləri üçün ölkə üzrə keçirilən buraxılış imtahanından sonra sosial şəbəkələrdə və təhsil ictimaiyyətində müzakirələr başlayıb. Bəzi şagirdlər və təhsil mütəxəssisləri imtahana salınan sualların ayrılan vaxtla tam mütənasib olmadığını, ötən illərlə müqayisədə daha çətin olduğun
10 martAzərbaycanda VƏZİFƏLİ ŞƏXS FACİƏLİ şəkildə öldü
Şəkidə dəm qazından boğulub ölən qadınla bağlı təfərrüat məlum olub. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb. Şuşa rayon sakini olan mərhum Kəmalə Yaqub qızı Quliyeva Şuşa mədəniyyət evində dərnək rəhbəri olub. 09:20. Şəkidə 47 yaşlı qadın faciəli şəkildə ölüb. -ın məlumatın
10 martƏt yeyən qadınlara PİS XƏBƏR
Qadınlara süd vəzi xərçəngi riskini artıran bəzi gündəlik vərdişlərlə bağlı xəbərdarlıq edilib. Onkoloq Kaylee Bhangdia bildirib ki, həyat tərzində yol verilən bəzi səhvlər sinə xərçəngi ehtimalını artırır. Onun sözlərinə görə, qidalanmada qırmızı ətin həddindən artıq istifadəsi süd vəzi xərçəngi riskin
8 martElxan Qaraxanoğlu "Manset.az"ı məhkəməyə verdi - İddiası rədd edildi
xəbər portalı bəzi müğənnilərə efir qadağası qoyulması ilə bağlı məlumat yayımladıqdan sonra müğənni Elxan Qaraxanoğlu saytımızla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib. O, müraciətində xəbərin saytdan silinməsini, təkzib olunmasını və üzr istənilməsini tələb edib. Nərimanov Rayon Məhkəməsind
10 martAzərbaycanlı şagird Türkiyədə vəfat etdi - Foto
Xaçmazda 8-ci sinif şagirdi Fatimə Zəkiyeva vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə şagirdin təhsil aldığı Xudat şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin sosial şəbəkə hesabında paylaşım edilib. Onun uzun müddət davam edən aplastik anemiya xəstəliyindən əziyyət çəkdiyi v
10 martPolis daha bir tiktokeri saxladı
Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. "Qafqazinfo"nun məlumatına görə, tədbirlərlə "TikTok"da "privattee.ss" hesabı ilə canlı yayımda təhqiramiz ifadələ
10 martAZAL Naxçıvana birbaşa uçuşları bərpa edir
Azərbaycan Hava Yolları (AZAL) 9 mart 2026-cı il tarixindən etibarən Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir. xəbər verir ki, bu haqda "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrut
9 martPensiyaçılara ŞAD XƏBƏR: Tarix açıqlandı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq martın 11-də respublika üzrə pensiyaların qrafikdən əvvəl tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fond
10 mart