Bakıda memarlıq abidəsi üzərində tikilən üçüncü mərtəbə SÖKÜLÜR - YENİLƏNİB + FOTO/VİDEO
Bakının Yasamal rayonu İslam Səfərli küçəsi, 12 ünvanında 1880-ci ildə inşa edilən tarixi memarlıq abidəsi üzərində qanunsuz olaraq tikilən mərtəbə sökülür.
Oxu.Az prosesin görüntülərini təqdim edir:
11:31
Paytaxtın Yasamal rayonu İslam Səfərli küçəsi, 12 ünvanında 1880-ci ildə inşa edilən tarixi memarlıq abidəsi olan binanın sahibi tərəfindən dam örtüyündə mansard inşa edildiyi müəyyən olunub.
Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı dərhal müvafiq tədbirlər görülüb və sahibkara xəbərdarlıq edilib:
"Tarixi binanın üzərində hər hansı tikinti işlərinin aparılmasının yolverilməz olduğu izah olunub. Kommunal Təsərrüfat Birliyinin nümayəndələri sahibkarı tarixi bina üzərində inşa edilən mansardı sökməyə məcbur ediblər. Hazırda ərazidə söküntü işləri aparılır. Məsələ Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılır".
09:55
Bakı şəhərində memarlıq abidəsi üzərində üçüncü mərtəbə tikilir.
Bu barədə tanınmış memar, professor Elçin Əliyev paylaşım edib.
O bildirib ki, əsrlər boyu Bakı sakinləri şəhərin bənzərsiz memarlığını, gözəl küçələrini və bu gün bizim hamımızın fəxr etdiyi binaları yaradıblar:
"Dünyanın hər yerindən müxtəlif millətlərdən olan on minlərlə insan, Avropanın hər yerindən yüzlərlə memar Azərbaycan memarları ilə birlikdə, təəssüf ki, bu gün bizim qoruya bilmədiyimiz şəhərin bənzərsiz gözəlliyini bizə miras qoyublar.
Bakını sevən vətəndaşların iradəsi iddialı bisavadların yolverilməz hərəkətləri nəticəsində əzilir və iflic olur, onlar üçün əsas mənfəətdir və onun naminə müqəddəs olan hər şeyin üstündən keçməyə hazırdırlar. Bu cinayətlər tarixi irsin qorunmasına nəzarət etmək üçün yüksək vəzifələrə təyin edilən korrupsioner məmurların köməyi ilə həyata keçirilir, onlar öz vəzifələrindən əsasən çoxsaylı ömürlük müavinətlər qazanmaq üçün istifadə edirlər.
Bu gün İslam Səfərli küçəsi, 12 ünvanında gəzərkən gördüm ki, 1880-ci ildə tikilmiş və Azərbaycan dövləti tərəfindən qorunan memarlıq abidəsi üzərində üçüncü mərtəbə tikilir".
"Avropa klassisizm memarlığının sərtliyi ilə seçilən ikimərtəbəli yaşayış binası primitiv üçüncü mərtəbənin tamamlanması ilə eybəcərləşəcək. Əlaqə saxladığım inşaatçıların sözlərinə görə, bütün lazımi icazələr alınıb. Axı bu necə ola bilər?! Cənab mədəniyyət naziri, nə baş verdiyini izah edin! Əgər cəmiyyət və ölkə başçısı memarlıq abidəsinin təhlükəsizliyinə nəzarət etməyi sizə həvalə edibsə, hansı əsasla tarixi binanın üstünün tikilməsinə icazə vermisiniz?!" - deyə o qeyd edib.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Azərbaycanda yağ kəskin bahalaşdı
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
"AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar" - millət vəkili Müşfiq Cəfərov
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi