Türkiyə və Rusiya arasında QARŞIDURMA – ABŞ sürətlə GERİ ÇƏKİLDİ

Türkiyə və Rusiya arasında QARŞIDURMA – ABŞ sürətlə GERİ ÇƏKİLDİUkrayna savaşından sonra Ağ Evdə Türkiyənin ABŞ və NATO üçün önəminin nə qədər əvəzedilməz olduğunu nəhayət ki, anlayaraq, qəbul etmək məcburiyyətində qaldılar… Kreml isə rəsmi Ankaraya qarşı imkanı çatan bəzi regionlarda, xüsusilə də, Suriyada problemlər törətmək niyyətinə düşüb, belə davam edərsə, ABŞ və Qərbin də istədiyi kimi, Türkiyə-Rusiya münasibətlərində kəskin ziddiyyətlər qaçılmaz ola bilər…

NATO-nun son sammitindən sonra beynəlxalq məkanda yeni situasya yaranmağa başlayıb. Bu sammitin nəticələri bir çox qəliz beynəlxalq problemlərə yanaşma tərzini dəyişməkdədir. Və bu prosesin bəzi dünya dövlətləri arasında yaxınlaşma ilə yanaşı, ziddiyyətləri də dərinləşdirəcəyi qətiyyən istisna deyil.

NATO-nun Madrid sammitində ən uduşlu nəticə ilə çıxan ölkənin məhz Türkiyə olduğu artıq qətiyyən şübhə doğurmur. Hər halda, rəsmi Ankaranın İsveç və Finlandiyanın NATO üzvlüyünə razılıq verməsinin arxasında olan əsas səbəblər aydınlaşdıqca, bu, açıq-aşkar nəzərə çarpır. Artıq qətiyyən şübhə doğurmur ki, Türkiyə yalnız İsveç və Finlandıya ilə imzalanmış üçtərəfli anlaşmanın müddəaları sayəsində bu iki ölkənin üzərinə yüklənmiş öhdəliklərlə kifayətlənməyib.

Məsələ ondadır ki, Türkiyə ABŞ-la da bəzi önəmli problemlərin həlli ilə bağlı anlaşma əldə edə bilib. Ağ Ev rəsmi Ankaranın uzun müddətdən bəri gündəmə gətirdiyi bəzi tələblərə müsbət qarşılıq verib. Və bütün bunlar əvvəlcə səhnəarxası siyasi-diplomatik təmasların real nəticələridir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Co Bayden arasında NATO sammitində keçirilmiş ikitərəfli görüşdə isə həmin nəticələr sadəcə, növbəti dəfə təsdiqlənərək, elan edilib. Belə ki, rəsmi Ankara ABŞ-a yeni F-16 savaş təyyarələrinin satın alınması, eləcə də, Türkiyənin sahib olduğu F-16-ların modefikasiyasının modernləşdirilməsi ilə bağlı müraciət etmişdi. Və Ağ Ev bu müraciətə müsbət reaksiya verməyə o qədər də tələsmirdi.

Ancaq indi məlum olur ki, bu məsələnin həlli elə də uzaqda deyil. İki ölkənin prezidenti tərəfindən verilən mesajlar Türkiyənin öz hədəfinə çatmaq üzrə olduğunu göstərir. Çünki ABŞ prezidenti Co Bayden Türkiyəyə "F-16" döyüş təyyarələrinin satıla biləcəyini vurğulayıb. Və bu, rəsmi Ankara üçün olduqca böyük hərbi-siyasi uğur sayıla bilər.

Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Ağ Ev sahibi Türkiyəyə "F-16"-ların satışının əsas səbəblərini məhz ABŞ-ın və NATO-nun maraqları ilə arqumentləşdirməyə çalışır. Prezident Co Bayden NATO-nun Madrid sammitinin sonuncu günü mətbuat konfransında bildirib ki, ABŞ Türkiyəyə "F-16" təyyarələri satmalıdır və eyni zamanda, həmin təyyarələri modernləşdirməlidir: "Bunu etmək həm ABŞ-ın, həm də ümumiyyətlə, NATO-nun maraqlarına uyğundur. Prezident P.T.Ərdoğana dedim ki, "F-16"-ları geri qaytarmaq deyil, sadəcə, satmaq məcburiyyətindəyik. Ancaq bunun üçün Konqresin təsdiqi də lazımdır. Düşünürəm ki, biz bu razılığı ala biləcəyik".

Maraqlıdır ki, Türkiyə prezidenti R.T.Ərdoğanın açıqlaması da Ağ Ev sahibi Co Baydenin dedikləri ilə üst-üstə düşür. İsveç və Finlandiya ilə imzalanmış üçtərəfli anlaşmanı, eləcə də NATO-nun Madrid sammitinin yekun nəticələrinin Türkiyəni böyük diplomatik uğuru hesab edən Türkiyə lideri Ağ Ev sahibi ilə əldə olunan anlaşmanı da yüksək qiymətləndirib. O, bildirib ki, prezident Co Baydenin "F-16"-lar ilə bağlı mövqeyindən məmnundur: "Prezident C.Baydenin mövqeyi Türkiyəyə bu problemi həll etməkdə dəstək ola bilər. Ona görə də, "F-16-lar" ilə bağlı prosesi sürətləndirmək üçün ABŞ-a nümayəndə heyəti göndərmək niyyətindəyik".

Göründüyü kimi, ABŞ və Türkiyə arasında "buzlar əriyir" və köhnəlmiş bəzi problemlərin həll istiqamətində artıq ciddi addımlar atılmağa başlayıb. Böyük ehtimalla Ukrayna savaşından sonra Ağ Evdə Türkiyənin ABŞ və NATO üçün önəminin nə qədər əvəzolunmaz olduğunu nəhayət ki, anlayaraq, qəbul etmək məcburiyyətində qaldılar. Və bu baxımdan, rəsmi Ankaranın Ağ Evlə Suriya böhranı ilə bağlı da müəyyən anlaşmalar əldə etdiyi qətiyyən istisna deyil.

Məsələ ondadır ki, rəsmi Ankara Suriya ərazisində PKK/YPG terror təşkilatına ABŞ-ın dəstək verməsindən narazıdır. Eyni zamanda, rəsmi Ankara Suriyada terrorçuların nəzarəti altına olan ərazilərdə hərbi əməliyyatlar aparmaqla, Türkiyə sərhədlərində 30 kilometrlik təhlükəsizlik zonası yaratmaq niyyətindədir. Və son vaxtlara qədər PKK/YPG-ni dəstəkləyən ABŞ Türkiyənin antiterror əməliyyatlarına etiraz edirdi.

Maraqlıdır ki, ABŞ və Türkiyədən hələlik bu mövzuda hər hansı açıqlama olmasa da, məhz Rusiya mənbələri Ağ Evin rəsmi Ankaranı məmnun etmək üçün PKK/YPG-ni "qurban" verdiyini iddia edirlər. Üstəlik, Rusiya siyasi dairələri ABŞ və Türkiyə arasındakı son yaxınlaşma meyillərindən qətiyyən məmnun deyillər. Çünki, Kremlə ABŞ-la ziddiyyətləri kəskinləşən Türkiyə ilə tərəfdaşlıq daha cəlbedici görünür.

Onu da qeyd edək ki, Türkiyə prezidenti R.T.Ərdoğanın İsveç və Finlandiyanın üzvlüyü sayəsində NATO-nun genişlənməsinin Ukrayna savaşı ətrafında yaranmış qəliz vəziyyətin nizamlanmasına müsbət təsir göstərəcəyini bildirməsi də, Kremldə qıcıq doğurub. Rusiya siyasi dairələrində Türkiyə liderinin bu mövqeyi rəsmi Ankaranın Ukrayna savaşına münasibətdə NATO ilə eyni xətdə keçməsi kimi dəyərləndirirlər. Yəni, hesab edirlər ki, Türkiyə bundan sonra Rusiyanın maraqlarına zidd olaraq, NATO-nun Ukrayna savaşına yönəlik atdığı addımları daha qətiyyətlə dəstəkləyəcəyini dolayısı mesajını verir.

Ona görə də, Kreml artıq Türkiyənin maraqlarına zidd əks addımlarla reaksiya verməyə başlayıb. Rusiya XİN-dən bəyan ediblər ki, Türkiyənin Suriyada planlaşdırdığı hərbi əməliyyatlar suveren dövlətin ərazi bütövlüyünə qəsd hazırlığı xarakter daşıyır və bu, yolverilməzdir. Və nə qədər qəribə də olsa, bunu məhz müstəqil Ukraynaya qarşı işğalçı müharibə aparan bir dövlət – Rusiya bəyan edir.

Bütün bunlar onu göstərir ki, Rusiya Türkiyəyə qarşı imkanı çatan bəzi regionlarda, xüsusilə də, Suriyada müəyyən problemlər törətmək niyyətinə düşüb. Halbuki, Kremldə də yəqin ki, Rusiyanın Türkiyəyə əngəl yaratmasının rəsmi Ankara ilə bir çox digər əməkdaşlıq sahələrində kəskin qarşıdurmaya yol aça biləcəyini anlayırlar. Əgər, Kreml bütün bunları bildiyi halda, rəsmi Ankara ilə qarşıdurmaya qərar vermək niyyətinə düşübsə, deməli, yaxın vaxtlarda ABŞ və Qərbin də istədiyi kimi, Türkiyə-Rusiya münasibətlərində kəskin ziddiyyətlər qaçılmaz ola bilər./Yeni Müsavat


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1693   Tarix: 02 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu ölkədə iğtişaşların vurduğu ziyan 1 milyard avronu keçdi

Fransadakı kütləvi iğtişaşlar sığorta şirkətləri üçün etirazların yaratdığı ən bahalı hadisələrdən birinə çevrilə bilər. xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat verib. Morningstar DBRS analitiklərinin fikrincə, sığortaçıların məruz qaldığı itkilər 1,2 milyard avroya çata bilər. Əgə

21 oktyabr
.

Yəməndə husilərin hücumları zamanı 8 nəfər ölüb

Son 48 saat ərzində Yəməndəki husilərin Taiz əyalətinə hücumları nəticəsində səkkiz dinc sakin ölüb, daha 26 nəfər isə yaralanıb. "Report"un "Al Jazeera"ya istinadən xəbər verir ki, bu, Yəmən Hüquq və Azadlıqların Müdafiəsi Şəbəkəsinin hesabatında qeyd olunub. Təşkilatın məlumatın

21 oktyabr
.

İran 75 min etirazçını öldürüb - Tramp

İslam respublikası 8 ay ərzində ölkədə 75 min etirazçını öldürüb. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Bəzi insanlar iranlıların niyə etiraz etmədiyinə təəccüblənirlər. Küçənin başında pulemyotlar olanda və sizi güllələyəndə etiraz etmək bir az çətin olur", - o əlavə edib

20 oktyabr
.

Trampın reytinqi rekord həddə düşdü - Seçkidə uduza bilər

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənən amerikalıların göstəricisi 31 faizə düşüb. Avqust ayında bu göstərici 38 faiz təşkil edirdi. xəbər verir ki, bu barədə "Reuters" agentliyinin sifarişi ilə "Ipsos" sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində bildirilir. "Reuters"

20 oktyabr
.

"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır

İran ABŞ prezidenti Donald Trampı siyasi olaraq zəiflətmək üçün danışıqları qəsdən uzadır. Bunu iranlı rəsmilər "Reuters"ə açıqlamada deyiblər. Onların sözlərinə görə, Tehran Trampa seçkiqabağı siyasi qələbə vermək istəmir. "İran ABŞ və İsrailin yeni hücumlarına hazırlaşır, müharibəni

20 oktyabr
.

Həmin ada 5 milyona satılır - Fotolar

Egey dənizində, Türkiyə sahillərinə yaxın yerləşən Yunanıstana məxsus Strongilo adası 5 milyon dollara satışa çıxarılıb. Təxminən 219 min kvadratmetr ərazisi, üç təbii çimərliyi və toxunulmamış təbiəti ilə seçilən ada şəxsi mülk və ya turizm layihəsi üçün potensial imkanlar vəd edir. "Qafqazinfo"

21 oktyabr
.

Milanda kütləvi iğtişaşlar səbəbindən qoşunlar yerləşdirilib

İtaliya hökuməti 17-18 oktyabr iğtişaşlarından sonra Milana 500 əsgər göndərəcək. xəbər verir ki, "The Guardian" qəzeti yazır ki, ölkədə artan yaşayış qiymətlərinə etiraz edən nümayişçilər polislə toqquşub, dizayner geyim mağazaları da daxil olmaqla, mağazalar talan edilib və dağıdılıb. Hərbçiləri

20 oktyabr
.

Türkiyədə maraqlı tapıntı aşkarlandı

Arxeoloqlar 2024-cü ildə Türkiyənin cənub-qərbində aşkar edilmiş Roma dövrünə aid əhəngdaşı kahinliyinin üzərindəki yazıları deşifrə ediblər. Məlum olub ki, daş sütunda qədim sakinlərin heyvan sümüklərindən düzəldilmiş zarlardan istifadə edərək tanrılara verdiyi 56 suala cavab varmış. xəbər verir ki

21 oktyabr
.

Serbiya Maliyyə Nazirliyi: Rusiyanın NIS-dəki payı Macarıstanın MOL şirkətinə satılacaq

ABŞ sanksiyaları altında olan Rusiya-Serbiya şirkəti "Serbiya Neft Sənayesi"nin (NIS) səhmlərinin nəzarət zərfinin Macarıstanın neft-qaz şirkəti MOL-a satılması haqqında müqavilə imzalanıb. "Report" xəbər verir ki, bu barədə Serbiyanın Baş nazirinin birinci müavini və maliyyə nazir

21 oktyabr