Kadırovun yaydığı xəbər yalan çıxdı
Ukrayna hərbçilərinin Lisiçanskda mühasirəyə alınması və şəhərin Rusiya qoşunları tərəfindən ələ keçirilməsi barədə xəbərlər təkzib olunub.
Bu barədə mediaya açıqlama verən Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç Çeçenistan lideri Ramzan Kadırovun yalanını üzə çıxarıb.
Ukrayna rəsmii Kadırovun Lisiçanskın ələ keçirilməsi haqda dediklərinin həqiqətdən uzaq olduğunu bildirib. Arestoviç açıqlamasında Kadırovu tiktoker kimi təqdim edib:
"Tanınmış tiktokerin simasında Rusiya tərəfi Severodonetski təxminən 45 gün əvvəl aldıqlarını iddia etmişdi. Ay yarım çəkdi. Lisiçanskın mərkəzində deyillər, nəzarətə götürməyiblər".
***
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukrayna hərbçilərinin Lisiçanskda müttəfiq qüvvələr tərəfindən mühasirəyə alındığını elan edib.
Bu barədə Çeçenistan lideri "Telegram" kanalında yazıb.
"Əməliyyat məlumatını Rusiya qəhrəmanı Axmat-Xaji Kadırov adına xüsusi polis alayının komandiri Zamid Çalayev verib", - Kadırov bildirib. O tezliklə şəhərdə genişmiqyaslı hücumun başlanacağını qeyd edib.
Kadırovun sözlərinə görə, qəsəbədə bütün giriş-çıxışlar bağlanıb, Ukrayna ordusunun gedəcək yeri yoxdur: "Çox səy göstərsəniz belə, sıx mühasirə halqasını aça bilməyəcəksiniz"./Modern
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1624 Tarix: 03 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt artıq dünyanı məhv etməyə başlayıb - Yeni ARAŞDIRMA
Süni intellekt infrastrukturunun inkişafı təkcə texnoloji irəliləyiş deyil, həm də ciddi ekoloji problemə çevrilir. Süni intellektin sürətli inkişafı güclü hesablama sistemlərini dəstəkləmək üçün getdikcə daha çox məlumat mərkəzlərinin yaradılmasını tələb edir. Lakin texnoloji tərəqqi ilə yanaşı, ekoloj
19 iyulRusiyada bu cinayətlərə görə tutulanların hamısı müharibəyə göndəriləcək
Rusiya Dövlət Dumasına Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq təqsirləndirilən şəxslərin və məhkumların həbsdən yayınmasının mümkün olduğu cinayət əməllərinin siyahısını genişləndirən qanun layihəsi təqdim edilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Rusiya hökuməti Dövlət Dumasına həbsxanalard
19 iyulİsrailin Livanın cənubuna endirdiyi zərbələrdə azı dörd nəfər həlak olub
Şənbə günü İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) pilotsuz uçuş aparatlarının Livanın cənubundakı Nəbatiyyə şəhərinə və onun ətrafına zərbələr endirməsi nəticəsində azı dörd nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb. Məlumata görə, dronları
19 iyulİnsanlar ünsiyyət zamanı niyə göz təmasından yayınır?
Həmsöhbətimizə söhbət zamanı necə baxmağımız davranışımız, mimikalarımız və danışıq tərzimiz qədər haqqımızda məlumat verə bilər. Bununla belə, bir çox insan baxışlarının şübhə, narahatlıq və ya gizli hissləri ifadə edə biləcəyinin fərqində olmur. Qaynarinfo xəbər verir ki, "Verywell Mind"
20 iyulGecələr tərləmənin beş səbəbi: Həkimdən açıqlama
Gecələr tərləmək ciddi xəstəliklərin əlaməti ola bilər. -ın xəbərinə görə, bu barədə ümumi praktika həkimi Amir Xan "Daily Mirror" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Amir Xan bu vəziyyəti yaradan səbəbləri açıqlayıb. Mütəxəssisin sözlərinə görə, gecə tərləməsi menopauza və perimenopauza
18 iyul