Azərbaycanda varlı adamın nə qədər pulu olmalıdır?

Azərbaycanda varlı adamın nə qədər pulu olmalıdır?Varlı adam kimə deyilir? Bizim ölkədə varlı sayılmaq üçün nələrə sahiblənməlisən və ya nə qədər varidata malik olmalısan?

ABŞ-ın San-Fransisko şəhərində zəngin sayılmaq üçün 5,1 milyon dollar xalis sərvət yetərlidir. Bu, Amerika şəhərləri içində ən yüksək rəqəmdir. Ölkə üzrə orta göstərici isə 2,2 milyon dollardır.Cənubi Kaliforniyada zəngin hesab olunmaq üçün ən az 3,9 milyon dollarınız olmalıdır. Zəngin sayılmaq üçün Nyu-York şəhərində 3,4, Vaşinqtonda 3,3, Sietldə isə 3,2 milyon dollara ehtiyacınız olacaq.

Bu rəqəmlər ABŞ vətəndaşları arasında hər il keçirilən sorğunun bu ilki nəticələridir. Bəs, Azərbaycanda zəngin hesab olunmaq üçün nə qədər pulunuz olmalıdır?
Biz də kiçik bir sorğu keçirmək istədik. Bizim insanımız zəngin olmağı necə düşünür? Sosial şəbəkədə keçirilən sorğunun nəticələrinə əsasən respondentlərin böyük əksəriyyəti 1500 manat maaş almağı zənginlik hesab edir. Maraqlı cavablar var:

"700 manat maaş, günorta naharı müdir verirsə zənginəm".
"Günə on manat" mənə bəs edər

"Qardaşım, günə 10 manat nədir, qəfəsdə quş bəsləyirsən? Toyuğam mən?"

"Bizdə Əmək haqqının 1650 manat olması həm şükür etməyə yetər, həm də özünü qismən zəngin hesab etməyə"

"Ən böyük zənginlik qarın toxluğu yox, nəfs toxluğudur !

Həmçinin doğmalarının və özünün sağlığın yerindədirsə demək ki, zənginsən"

"Borcu olmayan insan zəngin insandır"

"Zəng eləyirlərsə deməli zənginsən"

"Məmur olmaq yetərlidir"

"Bizdə banka kreditin və sələm borcun yoxdursa, günə 20 azn maaş ala bilirsənsə zənginsən. Hələ üstəlik Bakıda evin varsa, altında maşının, yanında da arvad-uşaq varsa, Kaliforniya qələt eləyir"

"2,2 milyon dollara burda 1 normal obyekt ala bilərsən ki, sənə 20-30 min gəlir gətirsin. Hələ banka qoysan daha az, cəmi 4,5 min aylıq faiz götürə bilərsən"

"Aya 10 min gəliri olan Azərbaycanda zəngin hesab olunur. 1500 dən yuxarı maaş alan qismən yaşayır, 1000 manatdan az gəliri olan ailələr bir təhər keçinib gedir, 500 dən az alanlar yaşamır, sürünür".

Bax, belə. Siz necə düşünürsünüz, bizdə zəngin sayılmaq üçün nə qədər vəsait lazımdı?/lent.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2754   Tarix: 08 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Binalar arasında məsafənin azaldılması insan həyatı hesabına aparıla bilməz" - Muxtar Ərturan

Şəhərsalma zamanı binalar arasındakı məsafənin qorunması yalnız ərazidən səmərəli istifadə deyil, həm də sakinlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin yeni tikililərdə binaların bir-birinə həddindən artıq yaxın yerləşdirilməsi yanğın zamanı alovun qonşu binaya keçməsi riskində

20 oktyabr
.

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor

21 oktyabr
.

Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar. Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?. Yeni övladın dünyay

21 oktyabr
.

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind

21 oktyabr
.

Ərzaq qiymətləri yenə artır: Qışda vətəndaşları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Ərzaq məhsullarının qiymətlərində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Sentyabrda isə bu məhsullar üzrə qiymə

21 oktyabr
.

"Sürətlə Yeni Mövsümə" lotereyasının "Changan Q07" qalibi danışdı

və platformalarında keçirilən"Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindəndəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobilin sahibibilinib. Bəxtəvər qalib Rövnəq Əkbərov "Changan Q07" qazanıb. xəbə

20 oktyabr
.

Sabah rayonlara yağış yağacaq

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında oktyabrın 21-də arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

20 oktyabr
.

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə

21 oktyabr
.

Eyni mənzil bir neçə nəfərə satıla bilər: Vətəndaş özünü necə qorumalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən qarşılaşılan əsas risklərdən biri eyni əmlakın bir neçə şəxsə satılmasıdır. Belə hallar vətəndaşın həm ciddi maddi itkilərlə üzləşməsinə, həm də uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb ola bilər. Bəs belə hallarla qarşılaşmamaq, əmlakın hüquqi baxımdan təhlükəsizliyini təmin etmək üçü

21 oktyabr