Azərbaycanın PSİXOLOQ BAZARI – "Biri Qərbə, biri Şərqə, biri də bilmirsən hara dartır..."

Azərbaycanın PSİXOLOQ BAZARI – "Biri Qərbə, biri Şərqə, biri də bilmirsən hara dartır..."Çox kreativik. İstənilən məsələyə həmən reaksiya veririk. Özü də yanaşmamız çox orjinal olur. Və yanaşmamızın bəzən dünyada anoloqu olmur. Ən maraqlısı da odur ki, istənilən ideyanı kommersiyalaşdıra bilirik. Məsələn, qloballaşan dünyamızda insanlar hər an streslə üzləşir, psixoloji sarsıntı keçirir.

Təbii ki, bu stresi üzərimizdən atmağa bəzən özümüzdə güc tapa bilmirik. Bu zamansa həkimə, daha doğrusu isə psixoloqa üz tuturuq. Psixoloq da ki, maşallah N qədərdir. Yerindən duran psixoloji yardım məntəqəsi açır. 2-3 nəfəri də yığıb başına caamata "psixoloji yardım" göstərir.

Ən qəribəsi də budur ki, özünü psixoloq kimi cəmiyyətə sırıyanların çoxunun heç bu sahə ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Məsələn, bu gün çox populyar olan xanım psixoloqlardan biri uzun illər stüardesa kimi çalışıb. Və günlərin birində göylərdən yerə enən xanım psixoloq olmaq qərarına gəlib. Və bu gün ölkəmizin ən bərkgedən psixoloqlarından biridir.
Göz dəyməsin, xanım psixoloqun tərtib etdiyi yardım paketinin qiyməti də pis deyil. Məsələn, ailə-cütlük terapiyaları və sindromlar, psixoloji narahatlıqlar üsrə seansın 1 saatı 150, cinsəllik və cinsi disfunksiyalar üzrə 1 saatlıq seans 200, daxilə baxış-özünü dərk etmə üzrə 1 saatlıq seans 300 (!) manat və s. Əgər pasiyent əcnəbidirsə onda o bütün xidmətlər üzrə əlavə 100 manatından keçməlidir.

Göründüyü kimi psixoloqlarımızın qiymət siyasəti də pis deyil. Di gəl ki, ortada psixoloji yardım yoxdur.

Psixoloqun yanına gedəndən sonra əvvəlki durumdan çıxdığını və yaxud fikrinin dəyişdiyini söyləyən çox az adama rast gəlirik.

Məsələnin digər təəssüf doğuran tərəfi odur ki, psixoloqların pasiyentə yanaşma tərzləri də fərqlidir. Hərə təhsil aldığı ölkələrin mental xüsusiyyətləri ilə pasiyentə yaxınlaşır. Məsələn, Avropa təhsili alan psixoloqlar psixoloji yardımdan daha çox gender bərabərliyini təbliğ edirlər.

Problemdən çıxış yolu kimi qadının şərti azadlığını əsas gətirirlər. Təəssüf ki, psixoloqlarımızın sırasında feministlər də kifayət qədərdir.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən tanınmış sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, "bəzən məndən müsahibə alanda, hansısa psixoloqdan da fikir alırlar. Baxıram, mat qalıram. Kitab cümlələriynən danışırlar. Qardaş, psixoloq həyatı bilməlidir. İndi qəribə dəb yaranıb.

Deyirlər ki, filankəs Amerikada, və yaxud Fransada qurtarıb gəlib. Əsas odur ki, o işinin peşəkarı olsun, savadlı olsun. Xaricdə təhsil almaq yaxşıdır, amma öz xaqlnın məxsusi xüsusiyyətlərini bilmədən psixoloq danışa bilməz.

Biri Qərbə, biri Şərqə, biri də bilmirsən hara dartır. Biri bir test çap elətdirir, gələnin qarşısına qoyur. Psixoloq imtahan götürən müəllim deyil, stresi götürən təbibdir. Çox təəssüf ki, bizdə psixoloqlar özlərini müəllim kimi aparır. Pasiyenti müalicə eləmir, ona yeni şeylər öyrədir. Vəssəlam...".

Bu günkü psixoloqların bəziləri qədimdəki cindarları xatırladır. Onlar insanları ətrafındakı yaxşı şeylərdən qidalanmağı, onlara sarılmağı yox, gündə onun yanına gəlib, hazırladığı prodseduru qəbul etməyi tövsiyyə edirlər. Bəzi psixoloqlar hətta masaj xidmətləri də göstərir. Guyaki, psixoloji problemi masajla atmaq olur. Bu isə sadəcə savadsızlıq nümunəsidir.

Bu məsələnin ən ağrılı tərəfi isə odur ki, psixoloqlar çox zaman ailə dəyərlərini baltalayırlar. Sevginin azadllığını təbliğ edirlər. Pasiyentə şəxsi hisslərini övlada, ata-anaya və ailə başçısına sevgi və hörmətdən daha üstün tutmağı tövsiyyə edirlər.
Ona görə də hazırda qadınlarımız boşanmaya əvvəlki illərdən daha çox həvəs göstərirlər. Bu da ondan irəli gəlir ki, bəzi psixoloji məntəqələr qrant alır. Qrantlar isə elə-belə verilmir.../Bizim.Media


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 939   Tarix: 09 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Binalar arasında məsafənin azaldılması insan həyatı hesabına aparıla bilməz" - Muxtar Ərturan

Şəhərsalma zamanı binalar arasındakı məsafənin qorunması yalnız ərazidən səmərəli istifadə deyil, həm də sakinlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin yeni tikililərdə binaların bir-birinə həddindən artıq yaxın yerləşdirilməsi yanğın zamanı alovun qonşu binaya keçməsi riskində

20 oktyabr
.

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor

21 oktyabr
.

Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar. Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?. Yeni övladın dünyay

21 oktyabr
.

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind

21 oktyabr
.

Ərzaq qiymətləri yenə artır: Qışda vətəndaşları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Ərzaq məhsullarının qiymətlərində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Sentyabrda isə bu məhsullar üzrə qiymə

21 oktyabr
.

"Sürətlə Yeni Mövsümə" lotereyasının "Changan Q07" qalibi danışdı

və platformalarında keçirilən"Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindəndəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobilin sahibibilinib. Bəxtəvər qalib Rövnəq Əkbərov "Changan Q07" qazanıb. xəbə

20 oktyabr
.

Sabah rayonlara yağış yağacaq

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında oktyabrın 21-də arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

20 oktyabr
.

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə

21 oktyabr
.

Eyni mənzil bir neçə nəfərə satıla bilər: Vətəndaş özünü necə qorumalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən qarşılaşılan əsas risklərdən biri eyni əmlakın bir neçə şəxsə satılmasıdır. Belə hallar vətəndaşın həm ciddi maddi itkilərlə üzləşməsinə, həm də uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb ola bilər. Bəs belə hallarla qarşılaşmamaq, əmlakın hüquqi baxımdan təhlükəsizliyini təmin etmək üçü

21 oktyabr