Asan yolla viza almaq üçün 5 QIZIL QAYDA

Asan yolla viza almaq üçün 5 QIZIL QAYDAXaricə səyahət etmək istəyənləri ən çox düşündürən mövzulardan biri də viza almaqdır. Bəzən kimlərinsə viza almaq prosedurunun çətinliyi ilə bağlı fikirləri insanları o qədər qorxudur ki, onlar hətta səyahət niyyətlərindən belə daşınırlar.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən səyahət üzrə bloger Aysel Əlizadə qeyd edib ki, viza almaq ölkələrə görə dəyişdiyinə görə burada vahid qayda yoxdur:

"Bu isə bəzən viza almaq istəyən insanlarda xeyli çaşqınlıq yaradır. Həll yolunu isə gedəcəkləri ölkənin viza şərtlərini incələmək əvəzinə, dosta müraciətdə görürlər. Ağızdan-ağıza dəyişik səslənən fikirlər sayəsində isə insanların çaşqınlığı bir az də artmış olur".

Uzun müddət etdiyi səyahətlərdən və araşdırmalardan sonra səyahət üzrə bloger Aysel Əlizadənin asan yolla viza almaqla bağlı ümumiləşdirdiyi 5 qızıl qayda isə bunlardır:

1. Dünyanı qarış-qarış gəzmiş insana belə, ilk vizasını almaq müəyyən qədər çətin görünüb. Bu səbəbdən narahat olmayın. Siz də öz ilk vizanızı alacaqsınız və bununla da bu sahədə müəyyən təcrübə qazanacaqsınız.

2. Vizanı alacağınız ölkənin səfirliyinin saytına daxil olaraq sənəd siyahısı ilə yaxından tanış olun. Hər bir ölkənin tələbləri fərqli olar bilər. "Dayım oğlu səfər edərkən bu sənədləri hazırlamışdı" , "rəfiqəm filan sənədləri təqdim edərək viza aldı" kimi düşüncələrdən maksimum uzaq olun. Viza almaq üçün mövcud rəsmi səhifələrə və sənəd siyahısına fokuslanın.

3. Səyahət edəcəyiniz ölkənin səfirliyi ilə sənədləri yığmazdan öncə əlaqə yaradın. Sənəd siyahısı ilə bağlı yaranan bütün suallarınızı onlara ünvanlayın. Gərəkdiyi halda səfirliyi dəfələrlə narahat edin. Unutmayın ki, onların sizin bütün suallarınıza cavab vermə öhdəliyi var.

4. Çalışın "fake" sənədlərdən istifadə etməyin. Sənədlərinizin maksimum düzgünlüyünə əmin olun. Yadınızda saxlayın ki, sənədləriniz qaydasındadırsa və interpolun axtarışında olan cinayətkar deyilsinizsə, sizə viza veriləcək.

5. Hoteli və biletləri "bron etmək" əvəzinə birbaşa ödəniş edərək almağınızı məsləhət görərdim. Düşünə bilərsiniz ki, nə danışır? Çünki bəzi insanlar öncədən hoteli rezerv etməyə viza almaq təminatı kimi baxırlar və daha sonra qorxuya düşürlər ki, "mənə viza verməsələr, pulum batacaq".

Bu anda qayıdırıq birinci bəndə, sakitləşirik və oxumağa davam edirik.

Sənədlərinizin qaydasında olması ilə yanaşı, bütün lazımi bronların ödənişi olduğu halda, vizanızı daha rahat alacaqsınız. Çünki viza verən şəxslərdə sizin haqqınızda artıq sual yaranmayacaq və həqiqətən də, turist olduğunuz aydın olacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 910   Tarix: 09 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Binalar arasında məsafənin azaldılması insan həyatı hesabına aparıla bilməz" - Muxtar Ərturan

Şəhərsalma zamanı binalar arasındakı məsafənin qorunması yalnız ərazidən səmərəli istifadə deyil, həm də sakinlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin yeni tikililərdə binaların bir-birinə həddindən artıq yaxın yerləşdirilməsi yanğın zamanı alovun qonşu binaya keçməsi riskində

20 oktyabr
.

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor

21 oktyabr
.

Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar. Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?. Yeni övladın dünyay

21 oktyabr
.

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind

21 oktyabr
.

Ərzaq qiymətləri yenə artır: Qışda vətəndaşları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Ərzaq məhsullarının qiymətlərində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Sentyabrda isə bu məhsullar üzrə qiymə

21 oktyabr
.

"Sürətlə Yeni Mövsümə" lotereyasının "Changan Q07" qalibi danışdı

və platformalarında keçirilən"Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindəndəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobilin sahibibilinib. Bəxtəvər qalib Rövnəq Əkbərov "Changan Q07" qazanıb. xəbə

20 oktyabr
.

Sabah rayonlara yağış yağacaq

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında oktyabrın 21-də arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

20 oktyabr
.

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə

21 oktyabr
.

Eyni mənzil bir neçə nəfərə satıla bilər: Vətəndaş özünü necə qorumalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən qarşılaşılan əsas risklərdən biri eyni əmlakın bir neçə şəxsə satılmasıdır. Belə hallar vətəndaşın həm ciddi maddi itkilərlə üzləşməsinə, həm də uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb ola bilər. Bəs belə hallarla qarşılaşmamaq, əmlakın hüquqi baxımdan təhlükəsizliyini təmin etmək üçü

21 oktyabr